Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindən Ufuk Haytaoğlu Prezident İlham Əliyevə müraciət edib: “Sizə və xalqınıza Vətən uğrunda savaşınızda yeni uğurlar arzulayır, ilk qələbələrinizi təbrik edirəm.
Mən azərbaycanlı xanımla ailə qurmuşam. Xoşbəxt bir evim, Sencer və Atabey adlı 2 oğlum var.
Bir millətimiz, iki dövlətimiz var. Oğullarım və həyat yoldaşım hazırda Bakıda Sizə əmanətdir. Mən onlara görə bir saniyə belə narahatlıq keçirmirəm. Çünki Azərbaycanın əmin əllərdə olduğunu bilirəm.
Onu da bilirəm ki, güclü Azərbaycan Ordusunun heç bir köməyə ehtiyacı yoxdur. Düşmənə qarşı gücünüz yetərlidir. Amma hər zaman Sizə və ölkənizə xidmət etməyə hazıram”-deyə U.Haytaoğlu Azərbaycan Prezidentinə müraciətində vurğulayıb.
Baki-xeber.com