“Ölkəniz üçün ciddi, eyni zamanda, qürurlu məqamda “Napoli-Bakı” Assosiasiyasının Azərbaycanın və xalqınızın yanında olduğunu ifadə edirik. Münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq davasında İtaliyanın və napolilərin Sizi tam dəstəklədiyini bildiririk. Bir daha Napoli-Bakı Assosiasiyası və Azərbaycanın bütün italyan dostlarının lazım ola biləcək istənilən dəstəyə hazır olduqlarını bildirirəm.
Azərbaycanın yanındayıq”. Bu fikirləri Prezident İlham Əliyevə müraciətində İtaliya Respublikasının Napoli şəhərindən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia yazıb.
Baki-xeber.com