Hərbi əməliyyatlar davam etdirilir. Bu müddət ərzində Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vurulub.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistanın hərbi infrastrukturu və texnikaları sıradan çıxarılır. Nəticədə, Azərbaycan Ordusu Ermənistanın müqavimətini sarsıdıb: "30 il müddətində ermənilər hərbi istehkam sistemi qurublar. Qısa müddət ərzində bu istehkam sıradan çıxarılıb ki, Ermənistan Azərbaycana qarşı təcavüzə son qoyulsun".