Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə raketlər atılır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan bununla beynəlxalq konvensiyaları kobud pozur. Ermənistan Silahlı Qüvvələri Smerç raketlərindən Füzuli və Cəbrayılın mülki vətəndaşlarına raket atəşi açıb.
20-yə yaxın evə zərərə dəyib. Bu gün də Vardenisdən Şəmkirdə Toçka U raketi atılıb. Bir daha bəyan edirik ki , Azərbaycanın öz təhlükəsizliyini müdafiə etmək üçün cavab atəşi açılacaq. Bu Ermənistanın bir daha acizliyini göstərir və bütün məsuliyyət onların üzərinə düşür. 20-dən artıq mülki şəxs həlak olub, 50-dən artıq şəxs yaralanıb mülki obyektlərə ziyan dəyib.