Niderland Krallığının Tilburg şəhərindən Uğur Aslan da Prezident İlham Əliyevə müraciət edib. “Mən Niderlandda yaşayan türklərin adından Sizi sevgi və hörmətlə salamlayıram. Zalıma, zülmə qarşı mübarizənizdə yanınızda olmaqdan qürurlanaram. Türk Sülahlı Qüvvətlərinin sırasında Vətənim üçün necə xidmət etmişdimsə, Azərbaycanın gələcəyi naminə də elecə xidmət etməyə hazıram.
Allah Türkü qorusun, daim uca etsin!”
U.Aslan Prezidentə ünvanladığı ürək sözlərini ən sevdiyi misralarla bitirib:
Bir ananın iki oğlu, Bir ağacın iki qolu, O da ulu, bu da ulu, Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə.
Baki-xeber.com