Ağdamdan müəllim Cabir Məmmədov Prezident İlham Əliyevə müraciət edib. “Torpaqlarımızın azadlığı uğrunda Sizin komandanlığınız altında atılan addımları alqışlayır, Sizə bu haqq işimizdə mübarizəyə görə təşəkkürümü bildirirəm. İnşallah, ən qısa zamanda Qələbə xəbərini alacağımızdan əminəm. Mən də bir vətəndaş olaraq hər an döyüşə atılmağa, üzərimə düşən hər bir vəzifəni şərəflə yerinə yetirməyə hazıram.
Allah millətimizi, dövlətimizi, ordumuzu və bu haqq savaşında bizə dəstək olan dost və qardaşlarımızı qorusun. Ən qısa zamanda qələbə çalacağımıza, üçrəngli bayrağımızın işğal altındakı bütün torpaqlarımızda dalğalanacağına, tarixi Azərbaycan ərazilərinin düşməndən azad ediləcəyinə əminəm. Allah bu haqq savaşında yar və yardımçınız olsun” - deyə məktub müəllifi vurğulayır.
Baki-xeber.com