Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Obyektiv Rusiya ekspertlərinin “Rossiya-1” TV-dəki müsahibələrə sərrast yanaşmaları – “Paşınyan hamının qapısını çaldı, Sorosa da zəng etdimi?”

Image


Cəbhədə son erməni təxribatları Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllini artıq mümkünsüz hala gətirir. Elə bu səbəbdən Azərbaycan ərazilərinin işğalına artıq güc vasitəsilə son qoyulacağı qaçılmaz sayılır. Bu zaman qələbənin mütləq şəkildə Azərbaycanın tərəfində olacağı bütün dünya boyu etiraf edilir.

  • Müharibənin məsuliyyəti tam Ermənistanın üzərindədir

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh müstəvisində həllində daim maraqlı tərəf kimi çıxış edib. Ancaq Ermənistanın hərəkətləri, xüsusən da baş nazir Nikol Paşinyanın fəaliyyəti, dedikləri sülhün üzərindən xətt çəkməkdə idi. Bunun ardınca düşmənin cəbhə təxribatları vəziyyəti daha da qarışdırdı. Məhz bu vəziyyətdə Azərbaycanın düşmən təxribatlarına güc yolu ilə cavab verməkdən başqa çıxış yolu qalmadı.  “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə etdiyi çıxışda Azərbaycan Prezidenti İlham Əliyev də məsələni bu rakursdan çox aydın izah edib: “Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər? Axı, ATƏT-in Minsk Qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük”.

Beləliklə, bu açıqlamadan görünür ki, hazırda cəbhə zonasında hərbi əməliyyatların başlanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Twitter" səhifəsində yazdığı statusda da xüsusi olaraq vurğulayır: “Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi “60 dəqiqə” verilişinin canlı yayımını izlədim. Əliyev Paşinyanı yerində oturtdu - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbi məhz budur”. O, daha bir paylaşımında isə Paşinyanın dünya liderlərinə zənglərini xatırladıb: “Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?”.

Beləliklə, təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistanın siyasəti münaqişənin daha da alovlanmasına xidmət edir.  Belə ki, bu ölkə işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmaq əvəzinə, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini əməlləri ilə açıq şəkildə nümayiş etdirir.

  • Razılıq olmasa, ermənilərin itkisi böyük olacaq

Sentyabrın 27-dən indiyə qədər davam edən hərbi əməliyyatların gedişində düşmən çoxsaylı itkilərə məruz qalıb. Düşmənin müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı erməni tərəfini daha çox itkiyə məruz qoyur. Azərbaycanın şərtləri qəbul edilmədiyi halda, xüsusən işğal altındakı ərazilərdən düşmən ordusu çıxmadığı halda bunun güc yolu ilə həyata keçirilməsi qaçılmaz sayılır. Görünür, hadisələr elə bu səpkidə də inkişaf edəcək. Çünki son döyüşlər bir daha sübut etdi ki, Ermənistan Cənubi Qafqazda sabitliyi pozan başlıca amildir. Onlar nifrət, kin, işğalçı düşüncəsi və əməli ilə bölgədə sülhün, sabitliyin, əməkdaşlığın yaranmasına mane olur. Elə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da məsələni məhz bu rakursdan izah edir: “Danışıqlar, ilk növbədə Ermənistanın təqsiri üzündən pozulduğuna görə müharibənin bərpası labüd oldu.  Ermənistan rəhbərlərinin mövqeyi açıq-aşkar danışıqları pozmağa yönəlmişdi. Bu, əməkdaşlığa qarşı atılan addımları özündə ehtiva edirdi”.

Ekspert xatırladır ki, “Qarabağ klanı”  hakimiyyətdən uzaqlaşdıqdan sonra hamı Ermənistanda yeni iqtidarın Qarabağ məsələsini  həll etmək yolu ilə irəli gedəcəyinə ümid edirdi: “ Lakin seçkilər keçdi, heç bir dəyişiklik də olmadı. Hərbi əməliyyatların bu halda başlaması yalnız vaxt məsələsi idi. Hamının yekdil fikrincə, Dağlıq Qarabağ uğrunda döyüş əməliyyatları aparmaq Azərbaycanın haqqıdır, çünki dünyanın bütün ölkələri Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, BMT də bu mənada qəti mövqeyini dəfələrlə ifadə edib. Rusiya da dəfələrlə bildirib ki, Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı hər hansı öhdəlik daşımır”. Politoloq Rusiyanın bu münaqişəni həll etməkdə tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib: “Həll yolu Rusiya tərəfindən çoxdandır təklif edilib. Bu, Kazan düsturunun əsasıdır”. Bununla belə, ekspertin rəyincə, Rusiya KTMT vasitəsilə Ermənistan hökumətinə təsir göstərə bilməz: “Rusiya Ermənistan rəhbərliyini dəfələrlə Azərbaycanla danışıqlar masasına əyləşin, Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarın, müvəqqəti sülh sazişi imzalayıb Dağlıq Qarabağın ümumi statusuna dair geniş danışıqlara başlayın deyə təklif edib. Ermənistan qulaq asmır. Ona görə də indi Rusiyanın Ermənistana dəstəyi məhduddur. Nikol Paşinyan da amerikanyönümlü, əks-Rusiya siyasətçi kimi tanınır. O, Sorosun adamıdır. Bizdə ona etimad etmirlər, amma Ermənistanın daxili işlərinə də qarışmırıq. Yəni erməni xalqının öz işidir, əgər Paşinyanı bəyənirlərsə, qoy Paşinyan olsun. Belə vəziyyətdə hərbi əməliyyatların gedişində Ermənistanın itkiləri artacaq”. Ekspert bunu Azərbaycanın güclü orduya malik olması ilə izah edir.

Digər tərəfdən Ermənistanda ictimai-siyasi və iqtisadi vəziyyət keçmiş iqtidarların dövründəkindən fərqlənmir. Əhalinin güzəranı günü-gündən ağırlaşır və bu halda müharibəni davam etdirmək Ermənistan üçün çox çətindir. Ermənilərin başlıca dolanışıq mənbəyi sayılan Rusiyanın qapılarını bağlaması isə Ermənistanda gərginliyi daha da artırıb. Ermənistandakı mövcud hökuməti və onun yürütdüyü siyasəti Rusiya, hətta ABŞ da tam dəstəkləmir. Onlar hakimiyyətdəki siyasi qüvvələrin təcrübəsizlikdən ölkəni daha ağır vəziyyətə sürüklədiyini bilirlər. Belə vəziyyətdə Ermənistanın müqavimət imkanları sıradan çıxır.

  • Ermənistan beynəlxalq miqyasda da ciddi zərbələr alıb

Azərbaycan ordusunun hərbi əməliyyatlarının gedişində ciddi itkilərə məruz qalan Ermənistan beynəlxalq miqyasda da sərt zərbələr alır. İlk növbədə o baxımdan ki, Azərbaycanın başladığı hərbi əməliyyatlar beynəlxalq miqyasda da dəstəklənir. ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland bunun səbəblərini belə izah edir: “Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib. Bu da Azərbaycanın işğala qarşı addımlarına tam haqq qazandırır. ABŞ-ın da əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır”.

O da faktdır ki, bugünədək nə BMT-nin, nə də ATƏT-in Minsk Qrupunun Ermənistana ünvanlanan çağırışları nəticə verib. Digər tərəfdən, atəşkəs razılaşması olması və diplomatik görüş prosesi davam etdiyi halda Ermənistan silahlı qüvvələri hücum edirsə, dünya qəbul edir ki, Azərbaycan özünü müdafiə etmək haqqına sahibdir. Burada Azərbaycanın hərbi əməliyyatlarını dayandıra biləcək yeganə hüquqi amil BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı lazımi tədbirləri görməsi ola bilər. Türkiyənin Mərmərə Universitetinin eksperti Səlami Kuran məsələ ilə bağlı bildirir: “ATƏT-in Minsk Qrupu beynəlxalq hüquqa əsasən işğal altında olan Dağlıq Qarabağın Azərbaycana geri qaytarılması nöqtəsində 30 ildir heç bir dəqiq addım atmayıb. BMT Təhlükəsizlik Şurası 4 qətnamənin qəbulundan sonra onların həyata keçirilməsi üçün daha effektiv addımlar atsaydı, Ermənistan bu işğala son vermiş olacaqdı. Bu addımlara siyasi, diplomatik və iqtisadi sanksiyalar daxildir. BMT-nin vəzifəsi qınamaq, atəşkəs mesajı vermək deyil. Siyasi açıqlamalarla işin içindən çıxmağa çalışır, sanksiya mərhələsinə keçə bilmir. Beynəlxalq hüququ çeynəyən Ermənistan da bundan cəsarətlənir. Azərbaycan da bu durumda “göbəyini özü kəsir”. Digər ekspertlər də beynəlxalq hüququn tam Azərbaycanın yanında olduğunu bildirir və bu şəraitdə Bakının istəyinə daha asan çatacağını qeyd edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ