Türkiyənin İstanbul şəhərindən Yunus Sarıkan da Prezident İlham Əliyevə məktub yazıb: “Allahın mərhəmətinin daim üzərinizdə olması arzusu ilə Sizi salamlayıram. Bizim ölkələrimiz bir ananın iki oğludur. Mən də Vətənim üçün canımı, qanımı fəda etməyə hazıram. Azərbaycan vətəndaşlığını təsdiq edən sənədim olmasa da, canımla, qanımla bu ölkənin vətəndaşı olduğumu sübut edəcəm. Vətənimiz, anamız, qanımız eynidirsə, biz də Vətən müharibəsində iştirak etməliyik.
Məni şanlı bayraq altında Qələbəyə gedən yolda yürüməkdən məhrum etməyin. Biz Vətənimizə uzanan əlləri kəsərik. Düşmənin ürəyinə qorxu salarıq. Allah yar və yardımçınız olsun. Allaha əmanət olun. Yaşasın Türkiyə, yaşasın Azərbaycan!”
Baki-xeber.com