Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin Qarabağ səmasında guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır.
Baki-xeber.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.
Erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib.