Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Azərbaycandan düşmənə qarşı uğurlu gediş...

Image


Zəbt edilmiş Azərbaycan ərazilərində başlanan hərbi əməliyyatların nə ilə nəticələnəcəyi barədə bu gün maraqlı mülahizələr irəli sürülür. Digər maraqlı məqam burada kənar geosiyasi oyunçuların hansı mövqe tutacağıdır.

Söhbət, xüsusən Türkiyə və Rusiyadan gedir.  Nüfuzlu “Əl-Monitor” dərgisi bu xüsusda maraqlı araşdırma dərc edib. Burada qeyd edilir ki, Dağlıq Qarabağ uğrunda yenidən başlamış döyüşlərdə Qafqazda Rusiya və Türkiyəni cəlb edəcək tammiqyaslı qarşıdurma qorxusu böyüyür: “Türkiyə Ermənistanı qanunsuz Kürdüstan Fəhlə Partiyasından (PKK) olan kürd yaraqlılarını və Suriyadakı muzdlu əsgərlərini Qarabağda yerləşdirməkdə ittiham edib. Öz növbəsində, Azərbaycan da Rusiyanı Gümrüdə, Türkiyə sərhədi yaxınlığındakı baza vasitəsilə Ermənistana çox sayda silah göndərməkdə günahlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yeniləyib və deyib ki, Ermənistan dərhal Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Ermənistanı o, “bölgədə sülh üçün ən böyük təhdid” adlandırıb. Ərdoğanın sözlərinə görə, mövcud toqquşma Azərbaycanın Dağlıq Qarabağı geri alması üçün bir fürsətdir: “Son inkişaflar bölgədəki bütün nüfuzlu ölkələrə real və ədalətli həll yolları təqdim edib. Ümid edirik ki, bu fürsətdən istifadə ediləcək”. Ərdoğan qeyd edib ki, Rusiya, Fransa və ABŞ-ın rəhbərlik etdiyi Minsk Qrupu 30 ilə yaxındır münaqişəni həll edə bilmədiyindən, Azərbaycan istər-istəməz təşəbbüsü öz əlinə almalı idi. Ermənistan ümumi hərbi səfərbərliyə başlayıb və hər iki ölkədə hərbi vəziyyət elan edilib. Azərbaycanın hava sahəsində Türkiyədən başqa bütün uçuşlara qadağa qoyulub. Mülki insanlar da daxil olmaqla, onlarla insanın öldüyü və hər iki tərəfdən yüzlərlə insanın yaralandığı bildirilir. Ermənistan baş naziri Nikol Paşinian bildirib ki, “Cənubi Qafqazda genişmiqyaslı müharibənin astanasındayıq”. Rusiya, ABŞ və NATO, İran döyüş əməliyyatlarının dərhal dayandırılmasına çağırıb. Türkiyə ilə Azərbaycanı güclü etnik və tarixi əlaqələr bağlayır. Kürd tərəfdarı fraksiya xaricində Türkiyə parlamentindəki əsas siyasi partiyalar Azərbaycanın müdafiəsi üçün ortaq bir bəyannamə imzalayıb. Türkiyə Azərbaycan nefti və təbii qazı üçün əsas ixrac yoludur. Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyənin ən böyük xarici investorudur.

Indilikdə isə mövcud döyüş turunun intensivliyi və miqyası Azərbaycanın Dağlıq Qarabağ və ətraf əraziləri itirdiyi dövrdən bəri möhkəmlənmiş və Ermənistana üstünlük verən status-kvonu dəyişmək üçün əsas yaradır. Londonda yerləşən “Chatham House” düşüncə mərkəzinin Qafqaz proqramının direktoru Laurens Broers qeyd edib ki, toqquşmalar “ərazilərin qaytarılmasına yönələn bir əməliyyat ola bilər. Hərbi qalibiyyət paket üstünlüklü yeni atəşkəslə nəticələnəcək”. Türkiyə, Qafqaz və Orta Asiya üzrə mütəxəssis Firdevs Robinson də eyni fikirdədir: “Azərbaycanda ölkə ərazisinin əhəmiyyətli bir hissəsinin itirilməsi on illərdir göynəyən bir yara olub, lakin ictimai təzyiqlər artmaqdadır. Minsk Qrupu son illərdə maksimum təsirsiz hala gəlib. Prezident seçkiləri Birləşmiş Ştatların diqqətini yayındırıb və avropalılar pandemiya ilə mübarizə aparırlar, odur ki, son gərginləşmənin vaxtı mükəmməl fürsətdir”. Azərbaycanın nə qədər irəliləyəcəyini və Türkiyənin onu nə qədər dəstəkləyəcəyini hələ bilmək olmaz. İyul ayında Azərbaycanın Ermənistanla beynəlxalq sərhədində toqquşmalar baş verdikdə, ən azı 16 nəfərin ölümü ilə Azərbaycanda işğala qarşı etirazlar artıb. Bakının küçələrinə çıxan minlərlə insan hökumətin müharibə elan etməsini və digər itirilmiş ərazilərlə birlikdə Dağlıq Qarabağı geri qaytarmasını tələb edib. Dağlıq Qarabağ azərbaycanlılar üçün siyasi spektrdə mövcud olan bir məsələdir. Ermənilər və diasporadakı qardaşları üçün də Dağlıq Qarabağ eyni mənalıdır. Əksər ermənilər Türkiyənin Azərbaycana dəstəyindən ciddi narazıdır. Kolumbiya Universitetində Yaxın Şərq, Cənubi Asiya və Afrika Araşdırmaları müəllimi Xatçik Muradyan bildirir: “Prezident Ərdoğanın Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” olduğunu və “Türk millətinin bütün imkanları ilə bu gün, hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarının yanında olduğunu” bildirən tvitləri yalnız bu hakim düşüncəni gücləndirməyə xidmət edir”. Türkiyənin Ermənistanla diplomatik əlaqəsi yoxdur və şərq qonşusu ilə sərhədləri Azərbaycanla həmrəy olaraq möhürlənib. Ərdoğan İsveçrənin vasitəçiliyi ilə Ermənistanla münasibətləri normallaşdırmaq üçün 2009-cu ildə imzalanan protokolları ləğv edib. Firdevs Robinsonun fikrincə, Türkiyə-Azərbaycan faktoru regionda çox şeyi həll edir: “Prezident Əliyevin praqmatik bir lider olduğunu xatırlamaq gərəkdir, ölkəsinin Rusiya ilə sıx əlaqələri var və Azərbaycan İsraildən silah alır. Azərbaycanın gedişləri dəqiq hesablanıb. Bu səbəbdən Rusiya prosesə müdaxilə etmir və bu da ermənilərin narazılığını artırır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ