Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Ordumuz düşməni tam sarsıdır – Bakının haqlı mövqeyi dünya mediasında...

Image


Dünya mediasının gündəmində yenə əsas yer alan mövzulardan biri də Ermənistan təxribatlarından sonra cəbhədə ordumuzun düşmənə qarşı başladığı əks hücumdur. Ermənistan bu xüsusda dünya ictimaiyyətini Azərbaycan əleyhinə yönəltməyə çalışsa da, artıq əks effektlə üzləşib. Bunu rus hərbi ekspert İqor Korotçenko “Moskva-Bakı” portalına açıqlamasında da təsdiq edir.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan bu gün beynəlxalq hüquq normalarına, özünümüdafiə hüququna müvafiq surətdə hərəkət edir. O qeyd edib ki, erməni ordusu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təxribatlar həyata keçirir və Azərbaycan beynəlxalq hüquq normaları baxımından cavab əməliyyatları üçün bütün hüquqlara malikdir: “Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması regionda gələcəkdə böyük müharibəyə əsasdır. Üstəlik, Ermənistan tərəfindən şüurlu hərəkətlərin olmamasını da nəzərə almaq lazımdır. Biz daim İrəvanın hərbi təxribatlarını, qorxunc informasiya yaymaqla məşğul olduğunu görürük. Nikol Paşinyanın səbatsız siyasi vəziyyəti hərbi təxribat yolunu onun üçün salamat qalmağın yeganə variantı edir. Nikol Paşinyan Qarabağ istiqamətində təxribatla əhalinin diqqətini daxili siyasət sahəsində uğursuzluqdan, ölkədə fəlakətli iqtisadi vəziyyətdən, koronavirusla mübarizədə iflasa uğramaqdan yayındırmağa çalışır. Bunların hesabını ondan soruşmasınlar deyə o, qəsdən hərbi münaqişə törədir və Azərbaycanı təqsirləndirir. Paşinyanın hərəkətlərinin məntiqi, bax budur, bu, siyasi fırıldaqçının və hakimiyyət xatirinə hər cür təxribata, o cümlədən hərbi təxribatlara hazır olan insanın hərəkətlərinin məntiqi nəticəsidir”.

Korotçenko ordumuzun gücü qarşısında Ermənistanın aciz olduğunu da bildirir: “Bu gün Azərbaycan işğal edilmiş Füzuli və Cəbrayıl rayonlarında özünün 7 kəndini döyüş nəticəsində geri alıb, strateji yüksəkliklərini qaytarıb. Bu nədən xəbər verir? Bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə görə regionda ən yaxşı ordu olmasını bir daha sübut edir. Azərbaycan ordusu yaxşı motivasiya olunub, axı, onun hərbi qulluqçuları haqq işi uğrunda vuruşurlar, onlar öz Vətənlərinin işğal olunmuş ərazilərini geri qaytarırlar. Bu səbəbdən onlar yüksək vətənpərvərlik ruhu ilə seçilirlər. Erməni hərbi qulluqçuları isə, hətta nə uğrunda vuruşduqlarını bilmirlər – onlar özlərinin olmayan ərazilər uğrunda vuruşurlar. Azərbaycan ordusu səriştəlilik səviyyəsinə, Silahlı Qüvvələrin texniki təchizatına, azərbaycanlı komanda kadrlarının səviyyəsinə, generalların, zabitlərin hazırlığına görə yalnız əla qiymətə layiqdir”. Ekspertin sözlərinə görə, Azərbaycan öz ərazilərinin erməni tapdağı altında olduğu şəraitdə milli maraqlarını müdafiə edir. Belə şəraitdə bundan sonrakı təmkinlilik mövqeyi sadəcə mümkün deyildi, Azərbaycan cavab verməli idi: “Tam qətiyyətlə bircə onu deyə bilərəm ki, Azərbaycan beynəlxalq hüquq normalarına, özünümüdafiə hüququna müvafiq surətdə hərəkət edir. O, on illər ərzində erməni işğalçılarının tutduğu Azərbaycan kəndlərini azad edir”.

Ekspertlər hesab edir ki, indiki halda iqtisadi imkanlarını, daxili siyasi vəziyyətini analiz etdikdə birmənalı şəkildə Ermənistanın müharibə edəcək gücdə olmadığı üzə çıxır. Düşmənin ordusunun şəxsi heyətinin sayını, texniki imkanlarını Azərbaycan ordusu ilə müqayisə edəndə, işğalçı ölkənin yenidən müharibəyə başlamasının daha ağır nəticələrə gətirib çıxarması qaçılmaz görünür. Azərbaycan ordusunun qüdrətini isə indiki hərbi əməliyyatlar da sübut edir. Ermənistan tərəfinin təxribatlarının qarşısı uğurlu əks-hücum əməliyyatları ilə alınır. Bu isə o deməkdir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Hərbi potensialımızın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan ordusu adını dünya miqyasında güclülər sırasına daxil edib. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdiyi kimi,  müdafiə qüdrəti artan Azərbaycan ordusu yeni hərbi əməliyyatların gedişində işğal altındakı bütün ərazilərini tam azad etməyə qadirdir. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova da məsələyə eyni prizmadan yanaşır. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin iclasında beynəlxalq ictimaiyyəti Ermənistanın davranışına və Azərbaycanın işğal edilmiş ərazilərinin dinc yolla, danışıqlar vasitəsilə azad edilməsini nəzərdə tutan BMT qətnamələrini yerinə yetirməkdən inadla imtina etməsinə diqqət yetirməyə nahaqdan səsləmirdi: “Beynəlxalq təşkilatların fəaliyyətsizliyi ona gətirib çıxardı ki, sərhəddə növbəti təxribatların gedişində sentyabrın 27-də hərbi əməliyyatlar başlandı. Azərbaycan daim sülh danışıqlarında təkid edə bilməz, xüsusən ona görə ki, onun vətəndaşları – hərbçilər və dinc əhali həlak olur. Digər tərəfdən, Azərbaycan ordusunun hərbi-texniki təchizatı erməni silahlı qüvvələrini əhəmiyyətli dərəcədə üstələyir. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir. Türkiyənin dəstəyi də Azərbaycan ordusunun mənəvi ruhunu xeyli möhkəmləndirir. Türkiyənin bir çox KİV-i bu günlərdə Azərbaycana dəstək manşetləri ilə dərc edilib”. Qrevtsova əminliyini bildirib ki, Azərbaycan ordusunun üstünlüyü Ermənistanı sülh müqaviləsi imzalamağa və sərhədlərin blokadadan çıxarılması və demilitarizasiyası qarşılığında Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmağa məcbur edəcək: “Dağlıq Qarabağ ərazisinin taleyini isə növbəti mərhələdə həll etmək olar. Bu barədə bir neçə il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə işlənib hazırlanmış “Kazan formulu”nda deyilir. Əks halda Azərbaycan bu torpaqları güc tətbiq etməklə qaytaracaq, lakin böyük itkilər olacaq. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların vəzifəsi İrəvana təzyiq göstərməkdir ki, o, sülh sazişini imzalasın”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ