Dağlıq Qarabağ münaqişəsinin təkcə bir yolu var : Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Baki-xeber.com xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir diqqətə çatdırıb ki, bu münaqişədə Azərbaycan və Ermənistana münasibət eyni ola bilməz. Çünki Ermənistan təcavüzkar tərəfdir, Azərbaycanın ərazisinin bir hissəsi işğal olunub. Döyüş meydanında və danışıqlar masasında Azərbaycanın yanındayıq. Bu məsələnin birdəfəlik həll olunmasını istəyirik.
Qeyd edək ki, sentyabrın 29-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədr müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər.