Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib. Baki-xeber.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir:
"Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib".