çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Prezidentə yazırlar: "Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq"

Image


Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik.

Bakı şəhərinin sakini Babək Babaşov yazır: “Cənab Ali Baş Komandan, illərdir gözlədiyimiz və tərəfinizdən verilən bu cəsur qərar üçün Sizə minnətdarlığımı bildirirəm. Hər bir vətənpərvər vətəndaşımız kimi, mən də torpaqlarımızın, dədə-baba yurdumuzun mənfur düşməndən azad olunacağı günləri səbirsizliklə gözləyirdik. Əmin ola bilərsiniz ki, bu şərəfli yolda hamımız Sizin əmrinizdəyik. Torpaqlarımızı tam şəkildə azad edəcəyimiz gün üçün hazırıq. Siz öz üzərinizə düşəni etdiniz, indi növbə bizimdir. Tanrı Sizə xalqımızın və ölkəmizin firavanlığı, Qarabağımızın azad edilməsi uğrunda fəaliyyətinizdə yardımçı olsun. Sizin timsalınızda bütün xalqımızı təbrik edirəm. Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər qardaş Türkiyədə də böyük sevinclə qarşılanır. Türkiyənin Konya şəhərindən Ömər Ulusoy dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Sizi və xalqınızı salamlayaraq ölkənizin təcavüzə uğradığı bu günlərdə yanınızda olduğumu, düşmənə layiqli cavab verərək qələbə çalacağınıza əmin olduğumu bildirmək istəyirəm. Biz iki dövlət, bir millətik. Buna görə də ölkənizə gəlib qanımın son damlasına qədər vuruşmağa, qardaşlarıma dəstək verməyə hazıram. Qələbə sevincini bir yerdə yaşamaq arzusu ilə əmrinizi gözlədiyimi bildirirəm”.

Türkiyənin Bursa şəhərindən Dəmirəl Hüseyin yazır: “Hörmətli cənab Prezident, Vətənin müdafiəsi və düşmənə cavab zərbəsi endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizi təbrik edirəm. Bir türk vətəndaşı olaraq qardaş Azərbaycanın bu çətin günündə ya ön cəbhədə, ya da arxa cəbhədə kömək etmək üçün Sizin əmrinizdəyəm. Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik”.

İsmayıllı rayonundan Qədir Məmmədovun məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xəbərlər Sizin xalqımıza verdiyiniz vədlərə sadiqliyinizin bariz nümunəsidir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi Sizə, öz dövlətinə, öz ordusuna güvənir. Mən də bir Azərbaycan gənci olaraq hər an əlimdə silah ön xətdə vuruşaraq Vətəni azad etməyə hazıram”.

İmişli rayonundan Novruz Hüseynov: “Möhtərəm cənab Prezident, Azərbaycan Ordusunun qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizi tam əmin etmək istəyirəm ki, biz gənclər apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirik, Sizin və Azərbaycan dövlətinin əsgərləri olaraq hər an əmrinizdəyik. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

Füzuli rayonundan Sahilə Qurbanova: “Hörmətli cənab Prezident, mən Qurbanova Sahilə Fuad qızı Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Uzun müddətdən sonra Füzuli rayonunun sakini olaraq sevinc və qürur hissləri keçirirəm. Bunu Siz Ali Baş Komandamıza və güclü Ordumuza borcluyuq. Dağlıq Qarabağda üçrəngli bayrağımızın dalğalanmasını, himnimizin bütün işğal olunmuş rayonlarda səslənməsini bir Azərbaycan vətəndaşı olaraq ürəkdən istəyirəm. Hər an ölkəmizin yanındayıq. Biz birlikdə güclüyük!”.

Türkiyənin Düzce şəhərindən Özkan Abdussamed yazır: “Hörmətli cənab Prezident, işğalçı ermənilərə qarşı müharibədə azərbaycanlı qardaşlarıma yardımçı olmaq istəyirəm. Əgər ordunuza əsgər lazım olarsa, məni çağırın, həmin anda gələrəm. Şükür Allaha əlim silah tutur, canımda təpər, ürəyimdə Azərbaycana sevgi var. Erməni cəlladlarına qarşı vuruşmaq və qisas almaq mənə nəsib olarsa, özümü çox xoşbəxt hesab edərəm. Yaşasın böyük türk birliyi!”.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Tural Quliyev: “Hörmətli cənab Prezident, mən Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini olaraq doğulduğum ildən Vətən həsrəti ilə yaşayıram. Bu gün mənim doğum günümdə mənə və ailəmə doğulduğum Böyük Mərcanlı kəndini hədiyyə etdiyiniz üçün sevincimizin həddi hüdudu yoxdur. Nəhayət ki, Sizin və ordumuzun şücaətiniz sayəsində bütün Azərbaycanın neçə illərdir ki, həsrətlə gözlədiyi gün gəlib çatmışdır. Yağı düşmən layiqli cəzasını Sizin əmrinizlə almışdır. Mənim doğum günümdə belə şərəfli, ləyaqətli və tarixə düşmüş hədiyyəni bizim ailəyə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, sayənizdə yaxın günlərdə Azərbaycan öz tarixi torpaqlarına tamamilə qovuşacaqdır. Hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı, yaşasın cənab Ali Baş Komandanımız, yaşasın Azərbaycan Ordusu!”.

Lerik rayonundan Cahani Nüsrətzadə: “Cənab Ali Baş Komandan, son günlər cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri bir daha ruhlandırdı. Sizin uzaqgörən və müdrik qərarlarınızı dəstəkləyirik. Biz Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşib mənfur düşmənlərimizə layiq olduğu yeri göstərməyə hər an hazırıq. Düzgün və uğurlu siyasətiniz xalqımızı xoşbəxt gələcəyə aparır. Cənab Ali Baş Komandan, mən bir gənc olaraq doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazıram. Bunun üçün Sizin əmrinizi gözləyirəm. Hər birimiz əsgərik və Vətən uğrunda döyüşə hər an hazırıq”.

Lerikin daha bir sakini Əlizamin Rzayevin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Lerik rayonunda yaşayan bir gənc olaraq bildirmək istəyirəm ki, rayonumuzun bütün gəncləri hər zaman Sizin siyasətinizi dəstəkləyir və bir yumruq kimi ətrafınızda sıx birləşib. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə mənfur qonşularımızı üstələyir, regionun ən güclü dövlətinə çevrilib. Cəbhə xəttində erməni təxribatlarının qarşısının ordumuz tərəfindən uğurla alınması, düşmənə sarsıdıcı zərbələr endirilməsi bunu bir daha sübut edir. Bütün bunlar bizi ruhlandırır. Hər zaman Sizin, şanlı ordumuzun yanındayıq, cənab Ali Baş Komandan. İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün əmrinizi gözləyirik, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımızdan və qanımızdan keçməyə hər an hazırıq”.

Gəncə şəhərindən Xaliq Qurbanov yazır: “Möhtərəm cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığınız siyasətə və ordumuzun gücünün artırılması ilə bağlı görülən işlərə görə bir vətəndaş olaraq razılığımı bildirmək istəyirəm. Hazırda regionun ən qüdrətli ölkəsi olan Azərbaycan Respublikasını dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Son müsahibələrinizdə erməni tərəfinin sərsəm açıqlamalarına qarşı verdiyiniz tutarlı cavablar və erməni silahlı qüvvələrinə vurulan sarsıdıcı zərbələr xalq arasında bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına dair fikirləri daha da əminləşdirir. Allah Azərbaycanımıza yar olsun! Sizin apardığınız siyasətin dövlətimizin işıqlı gələcəyini təmin edəcəyinə hər bir azərbaycanlı kimi, mən də tam əminəm. Allah xalqımız və dövlətimiz uğrunda sevə-sevə, yorulmadan çalışan, respublikamızı qorumağa çalışan hər birimizin yardımçısı olsun. Allahın amanında olasınız, cənab Prezident!”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ