Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycan düşmənin raket və aviasiyasını daha tez məhv edə biləcək...

Image


Azərbaycan üçün bu gün prioritet istiqamətlərdən biri hava hücumundan etibarlı müdafiə sisteminin qurulmasıdır. Xüsusən də iyulda baş tutan məlum Tovuz döyüşlərindən sonra Ermənistan tərəfinin ərazilərimizdə strateji obyektlərə, məsələn, Mingəçevir su anbarına, Gəncəyə raket zərbələri endirəcəyi ilə bağlı hədələr, Rusiyanın İrəvana silah yardımı bu məsələni daha da aktuallaşdırır. Bu fonda Bakı hava hücumundan müdafiə sistemini getdikcə daha təkmil hala gətirir.

Qeyd edilən müstəvidə artıq bəllidir ki, Ukrayna müdafiə sənayesi müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin sifarişi əsasında Silahlı Qüvvələrimizin inventarında yer alan “Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat stansiyaları təmir və modernizasiya edilib. “Kolçuqa” kompleksinin təmir və modernizasiya işləri “Ukrspetsexport” dövlət şirkəti vasitəsilə aparılıb. Təmir və modernləşdirmə işləri üçün hansı şirkətlərlə müqavilə bağlandığı bildirilmir. Qeyd edək ki, Azərbaycan hələ 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində Ukraynadan “Kolçuqa” radiotexniki kəşfiyyat stansiyaları alıb. Indi isə onlar təkmilləşdirilərək daha mükəmməl hala gəlib. Passiv radiotexniki kəşfiyyat stansiyası olan “Kolçuqa” 600 kilometr radiusda yer hədəflərini və 10 kilometr yüksəklikdəki hava hədəflərini 800 kilometrə qədər aşkar etməyə və izləməyə imkan verir. Akitv şüalanması olmadığı üçün “Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır. “Kolçuqa” eyni anda 200 hədəfi izləyə bilir. Ukraynanın "Topaz" zavodunda istehsal edilən sistemlər yerüstü, suüstü və hava hədəflərini tez bir zamanda aşkar etməyə imkan verir. Bu isə indiki halda Azərbaycan üçün Ermənistanla müqayisədə mühüm üstünlük deməkdir.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan hökumətinin Silahlı Qüvvələrin inkişafı proqramı çərçivəsində əsas diqqət yetirdiyi sahələrdən biri də hava hücumundan müdafiə sisteminin müasirləşdirilməsi və imkanların artırılmasıdır. Ötən dövrdə Azərbaycan hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi istiqamətində bir neçə əhəmiyyətli proqram həyata keçirib. Eyni zamanda, müasir texniki vasitələr və sistemlər alınaraq silahlanmaya qəbul olunub. Burada xatırladaq ki, Azərbaycan hava hücumundan müdafiə sistemi sovetlər birliyi dönəmində də Cənubi Qafqaz hava hücumundan müdafiə sisteminin əsasını təşkil edib. Ölkə ərazisində SSRİ dönəmində dövrün ən müasir hava hücumundan müdafiə sistemləri yerləşib. Sonrakı dönəmdə Azərbaycan Ukrayna, Belarus, Türkiyə, Fransa, İspaniya və İsraildən müasir radiotexniki kəşfiyyat sistemləri, zenit-raket kompleksləri əldə edib. Mövcud raket parkının modernləşdirilməsi istiqamətində bir neçə proqram reallaşdırıb. Hərbi ekspertlərin fikrincə, hazırda Azərbaycanın hava hücumundan müdafiə sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda şimal-qərb və Naxçıvan istiqamətindən Ermənistanın bütün ərazisi üzərində hava məkanını tam nəzarətdə saxlayır. Son illərdə əldə olunmuş radiolokasiya vasitələri, xüsusilə də ABŞ tərəfindən verilmiş TRML-4D radarı hesabına Xəzər dənizi üzərindəki hava məkanını tam nəzarətdə saxlamaq mümkündür. Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların hava məkanı isə Beyləqan, Füzuli, Ağcabədi, Göygöl rayonlarında, Naxçıvanda və Kürdəmirdəki radiolokasiya sistemləri tərəfindən nəzarətdə saxlanır. Bu hava məkanında və Ermənistanın hava məkanında baş verən proseslərin hər biri qeydə alınır.

Azərbaycana qarşı isə düşmənin belə imkanları yoxdur. Məsələn, ermənilərin Dağlıq Qarabağda yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərinin tərkibində “Kruq”, “Kub” və “Osa” zenit-raket kompleksləri əsas yer tutur. “Kruq” və “Kub” köhnə nəsil zenit-raket kompleksləridir. Hələ sovet dönəmində onların əvəzinə “Buk” müasir zenit-raket komplekslərinin istehsalına başlanıb. Hazırda Azərbaycanın hava hücumundan müdafiə sisteminin arsenalında “Buk”, ermənilərdə isə “Kruq” və “Kub” var. Hava müdafiəsi zamanı “Kruq” və “Kub” sistemlərindən istifadə etmək çox çətindir, tez-tez sıradan çıxır. Ermənistanda S-300 zenit-raket komplekslərinin 1980-ci illərdə istehsal olunan köhnə modifikasiyası mövcuddur. Üstəlik, bu raketlər Dağlıq Qarabağa yerləşdirilməyib. Azərbaycan ordusunda isə S-300 PMU-2” “Favorit” zenit-raket kompleksləri mövcuddur. Ermənistanın malik olduğu S-300  komplekslərinin hədəfi maksimum məhv etmə məsafəsi 75 kilometrdir. S-300 PMU-2” “Favorit” zenit-raket komplekslərinin hədəfi məhv etmə məsafəsi isə 200 kilometrdir. Digər tərəfdən bəllidir ki, Ermənistanda “Toçka-U” və “Elbrus” köhnə nəsil taktiki-ballistik raketləri mövcuddur. Bu raketlərin hədəfi maksimum vurma məsafəsi 280 kilometrdir. Amma həmin raketlər manevr edib atəş mövqeyinə çaxarsa, onların hansı mövqedə dayanacağını Azərbaycan dərhal müəyyən edə bilir. Bu fonda həmin raketləri elə start nöqtəsindəcə məhv etmək üçün Azərbaycan müvafiq vasitələrə malikdir. Həmin raketləri havada da məhv etmək ordumuz üçün heç bir çətinlik yaratmayacaq. Indilikdə Azərbaycan ordusunun arsenalında olan zenit-raket kompleksləri ilə Ermənistanın çoxsaylı pilotsuz uçuş aparatları məhv edilir. Amma Ermənistan Azərbaycanın pilotsuz uçuş aparatlarını vura bilmir. Bu səbəbdən də Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələri istənilən vaxt maneəsiz uçuşlar həyata keçirir.  Təkmilləşən hava hücumundan müdafiə sistemləri isə Ermənistan üzərində Azərbaycanın üstünlüyünü daha da artırır.

Tahir TAĞIYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ