Cümə axşamı günü, 22 oktyabr 2026
     

Kriminal imicli şəxslərin siyasiləşmək cəhdləri və Azərbaycan diasporunun sıx toparlanmaq problemləri...

Image


Ötən yazılarımızda Azərbaycan diasporunun bütövləşməsi üçün qarşıya çıxan problemlərdən danışmışdıq. Bu məsələdə əsas amil kimi radikal müxalifətin diasporumuzun bütövləşməsində yaratdığı problemləri qabartmışıq. Ancaq hesab edirik ki, diasporumzun daha aktiv fəaliyyətinə mane olan başqa amillər də nəzərə çarpır.

Söhbət kriminal imicli şəxslərin diasporumuzun işinə müdaxilə etmək cəhdlərindən gedir.  Biz belə hallarla, əsasən MDB məkanında daha çox rastlaşırıq.  Xüsusilə də kriminlalla bağlı olan ciddi mövzular gündəmə gətiriləndə bu amil özünü daha qabarıq şəkildə büruzə verməyə başlayır. Məlum olduğu kimi, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib. "Lotu Quli" Antalyada birgə şam etdiyi şəxs tərəfindən öldürülüb. Məlumatlara görə, N.Səlifovu güllə ilə başından vuran şəxs “Xan” ləqəbli yaxın adamı olub. “Xan” “Quli”nin ətrafında xeyli müddət olub və ona yaxınlığı ilə seçilib. “Quli” xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. N.Səlofovu güllələyən “Xan”ın isə hadisə yerindən yaralı qaçdığı, lakin Antalya-Dənizli şossesində saxlandığı bildirilir. Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm tarixindəki oxşarlıqdır. R.Lənkəranski 2016-cı il avqustun 18-də gecə qətlə yetirilib. “Lotu Quli” isə bir necə saat fərqlə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. “Quli”nin öldürülməsi ilə bağlı daha çox Rövşən Lənkəranskinin qisas versiyası səslənir. İddia olunur ki, hər iki qətl arasında əlaqə var və bu, “oğru” aləmindəki qanlı müharibənin davamı çərçivəsində baş verir. Baş verən bu hadisə ilə bağlı başqa versiyalar da səslənir.

  • Kriminal imicli şəxslər niyə diaspor fəaliyyətilə pərdələnmək istəyir…

Bəziləri iddia edir ki, “oğrular” arasındakı müharibənin kökündə Rusiya və digər MDB ölkələrindəki gəlir yerlərinə nəzarət durur. Belə gəlir yerlərini isə bazarlar, topdansatış məntəqələri təşkil edir. Həmin yerlərdə çalışanların çoxu azərbaycanlılardı. İddia olunur ki, Azərbaycan əsilli nüfuzlu avtoritetlərin öldürülməsi həmin yerlərdə ticarətlə məşğul olan soydaşlarımızın başqa millətlərə mənsub olan kriminal avtoritetlər tərəfindən sıxışdırılması ilə müşayiət oluna bilər.  Göründüyü kimi, bu qanlı davanın azərbaycanlı avtoritetlər arasında getdiyi üzə çıxır. Belə olan təqdirdə, istər-istəməz, onların tərəfdarları arasında da ziddiyyət yaranır. Belə adamlara simpatiya bəsləyənlərin böyük əksəriyyətinin  azərbaycanlı olduğunu nəzərə alsaq, onda soydaşlarımızın da lazımsız bir mövzu ilə bağlı parçalanması reallığa çevrilir. Belə çıxmasın ki, Azərbaycan disporunun böyük əksəriyyətinin kriminala meyli var və onlara simpatiya bəsləyir. Ancaq bəzi kriminal  imicli şəxslərin diaspora meyl etməsi, həmin çətir altında gizlənib öz işləri ilə məşğul olmaq niyyətləri daha çoxdur. Belə adamların diasporada təmsilçiliyi sonra intriqalar üçün əsas verir. Onlar özləri kimi şəxslərlə münasibətlərini diaspor çətiri altında qurmağa üstünlük verirlər.

  • “Onların hər biri Azərbaycan diasporunun üzvü sayıla bilər, ancaq belə elementlərin diaspor rəhbərliyində təmsilçiliyi yolverilməzdir”

Uzun müddət Rusiyada yaşayan tanınmış diaspor xadimi Mirkazım Seyidov “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Rusiyada kriminalın rolu böyükdür:“SSRİ dağılandan sonra, ötən  əsrin 90-cı illərində kriminal aləm Rusiyanın, demək olar ki, bütün sahələrinə nəzarəti ələ keçirdi. Həmin nəzarət bu gün də qalmaqdadır. Rusiyada kriminalın nüfuzu və rolu çox güclüdür. Bu da bəzi kommersantları, hətta dövlət adamlarını onlarla hesablaşmağa vadar edir. Həmin kriminal aləmin içində azərbaycanlılar da az deyil. Rusiyanın bütün şəhərlərində onların nəzarətində olan böyük obyektlər var. Etiraf edək ki, oradakı kriminal meylli soydaşlarımızın əsas gəlir yeri elə öz millətimizin nümayəndələri olur. Onlar daha çox azərbaycanlılardan pul, xərac toplayırlar. Bir çox hallarda həmin kriminal elementlər Rusiyanın xüsusi xidmət orqanları tərəfindən himayə olunur. Rusiyanın həmin qurumları bəzən belə elementlərin əli ilə öz planlarını həyata keçirir. Lənkəranskinin dönəmində Rusiyanın bir çox şəhərlərindəki meyvə-tərəvəz bazarları azərbaycanlıların nəzarətinə keçdi. Onun öldürülməsindən sonra da vəziyyət dəyişmədi. Nəzarətin yenidən bölüşdürülməsi uğrunda fəaliyyət olacaq, ancaq bunun sadə alverçiyə heç bir təsiri olmayacaq. Rusiya hakimiyyəti istəmədiyi yerdə kriminalın rolu, demək olar ki, olmur. Bu baxımdan da, burada əsas amili Rusiya hakimiyyətinin münasibəti oynayacaq. Gördünüz ki, bir gün bizimkilər erməni əriyini öz nəzarətlərində olan bazara buraxmadılar, nəticədə Rusiya hakimiyyəti sərt şəkildə bu işə müdaxilə etdi. Bu da onu deməyə əsas verir ki, kimsə bundan sonra gəlib azərbaycanlıları bazarlardan çıxarmaq gücündə olmayacaq. Mən öz praktikamda belə hallara çox rast gəlmişəm. Kriminal imicli adamlar siyasiləşməyin ən asan yolunu diaspor fəaliyyətində görür. Bu onlar üçün çox asan vasitədir. Çünki əllərində kifayət qədər maliyyə imkanları var. Bundan əlavə, belə elementlərin yaşadıqları ərazilərdə yaxşı hörmətləri də olur. Bütün bu parametrləri birləşdirib, olurlar diaspor nümayəndəsi. Buna nəzarət mexanizmi gücləndirilməlidir. Onların hər biri Azərbaycan diasporunun üzvü sayıla bilər, ancaq belə elementlərin diaspor rəhbərliyində təmsilçiliyi yolverilməzdir. İstənilən halda, hətta öz millətimizdən olan kriminal elementlərin arasında gedən mübarizədə ziyan azərbaycanlılara dəyə bilər”.

  • Heç bir xalq bundan sığortalanmayıb...

Hazırda dünyanın 70 ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün dünya üzrə isə 150-dən yuxarı azərbaycanlı diaspor cəmiyyəti fəaliyyət göstərir. Diaspor yunan sözü olub, xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə məskunlaşmasıdır.

Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyası və digər MDB ölkələri  xüsusilə diqqəti cəlb edir. Hazırda, qeyri-rəsmi statistikaya görə, Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiya dövləti qüdrətli inkişaf dövrü keçdiyi zaman, başqa yerlərdə olduğu kimi, Azərbaycandan da bu dövlətə köçənlər arasında ticarət və elm xadimləri var. Təbiidir ki, soydaşlarımızın arasında krimizal meylli insanlar da var. Heç bir xalq bundan sığortalanmayıb. Ancaq belə elementlərin hansısa ölkədə diasporumuzu ələ keçirmək cəhdlərinin mütləq mənada qarşısı alınmalıdır.

  • “İmkan vermək olmaz ki, diasporumuz hansısa kriminal dairələrin əlində oyuncağa çevrilsin”

Beynəlxalq Diaspor Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, xaricdə yaşayan hər bir azərbaycanlı daspor təşkilatını kiçik Azərbaycan dövləti kimi tanımalı, sevməli və ona arxalanmalıdır: “Müasir dünya milli dövlətlər erasından mühacir dövlətlər erasına qədəm qoymaqdadır. Artıq dövlət siyasətinin sərhədlərinin milli sərhədlərdən çıxarılması və vətəndən uzaqda vətənin müdafiəsini təşkil etməyin vaxtıdır. Bu gün qlobal dünyada diaspora və lobbiçilik fəaliyyəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu baxımdan, lobbi və diaspor fəaliyyətinin düzgün qurulması effektli xarici dövlət siyasətinin həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edir. Diasporların qarşısında qoyulmuş işin öhdəsindən gəlməsi diasporun təşkili və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsindən çox asılıdır. Məlumdur ki, Azərbaycan diasporu klassik diaspor kimi formalaşmır. Başqa xalqların diasporları adətən kompakt məskunlaşdığından, onları təşkil etmək çətinlik törətmir. Amma gənc Azərbaycan diasporu xarici ölkələrdə dağınıq məskunlaşdığından, onların fəaliyyətinin təşkili ciddi çətinlik törədir. Buradan da diaspor üzvləri ilə işin spesifik qurulması üzə çıxır. Diaspor üzvlərinin diaspor işinə cəlb edilməsi üçün xüsusi proqram hazırlanmalıdır. Əgər bir cümlə ilə diasporun fəaliyyətinin mahiyyətini müəyyən etsək, onda aydın olacaq ki, diaspora dövlətin xarici siyasətinin effektliyini artırmağa xidmət etməlidir. Diasporun təşkili nə qədər vacibdirsə, ona nəzarət bir o qədər böyük önəm daşıyır. Bu baxımdan da biz diasporlarımıza kimlərin rəhbərlik etdiyinə ciddi nəzarət etməliyik. Milli təəssübü olmayan və həmin parametrlərə uyğun gəlməyən adamların diasporu nəzarətə keçirməsinə imkan vermək olmaz. Nəzarət olmayan heç bir fəaliyyət məqsədyönlü və effektli ola bilməz. Diaspor fəaliyyətinin şəffaflığı diasporlar üzərində ictimai nəzarətin təşkilinə xidmət edir. Buna görə də ilk növbədə diaspor fəaliyyətinin şəffaflığı təmin olunmalıdır. Diaspor fəaliyyətində soydaşlarımızın və xüsusən Azərbaycan dövlətinin maraqlarının müdafiə olunması üçün dəstək olmalıdır. İmkan vermək olmaz ki, diasporumuz hansısa kriminal dairələrin əlində oyuncağa çevrilsin”.

Artıq vətəndən uzaqda dünyaya gələn yeni azərbaycanlılar meydana çıxmağa başlayıb. Bu azərbaycanlıların layiqli diaspor təşkilatlarında təmsilçiliyinə böyük ehtiyac var.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ