Cümə axşamı günü, 22 oktyabr 2026
     

Şərqdən qondarma “DQR”ə erməni köçü - illərdən başlamış prosesdə hələlik son həlqə 9 livanlı erməni ailəsidir...

Image


Qondarma “DQR”in “prezidenti” Araik Arutunyan deyib ki, Livandakı 9 erməni ailəsi Qarabağ ərazisinə köçürüləcək. Bu barədə açıqlama ilə çıxış edən separatçıların rəhbəri qeyd edib ki, bundan əvvəl isə 4 etnik erməni ailəsi Livandan Dağlıq Qarabağa köçürülüb.

A.Arutunyanın açıqlamasından belə çıxır ki, guya Yaxın Şərqdən etnik ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi prosesi “yenidir”. Əslində isə belə deyil. Azərbaycan əraziləri ermənilər tərəfindən işğal edildiyi ilk dövrlərdən başlayaraq xarici ölkələrdə yaşayan ermənilərin Dağlıq Qarabağa və ətraf rayonlara köçürülərək məskunlaşdırılması prosesinə başlanıb. Ermənistan hökuməti planlı şəkildə əvvəlvə həmin erməniləri Ermənistana gətirir, bundan sonra isə işğal altında saxladığı Azərbaycan torpaqlarında yerləşdirir.  

Uzağa getməyək, elə son 10 ildə Azərbaycanın işğal olunmuş ərazilərində Suriyadan olan erməni qaçqınların yerləşdirilməsi geniş miqyas alıb və onlarla erməni ailəsi Azərbaycan torpaqlarına köçürülüb. Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə Ermənistanın bu addımını tənqid edib, zərərli siyasət yürütdüyünü qeyd edib, bütün bu halların yolverilməz olduğunu bildirib.

  • “Daşnaksütyun”un keçirdiyi zərərli “dəyirmi masa”nın məqsədi nə idi?

Bir neçə il bundan əvvəl Dağlıq Qarabağda Ermənistanın “Daşnaksütyun” partiyasının yerli nümayəndəliyinin keçirdiyi “dəyirmi masa”da Suriya ermənilərinə yardım məsələsi müzakirə olunurdu və burada əsas məsələ kimi Yaxın Şərqdən ermənilərin işğal altında olan Azərbaycan ərazisinə köçürülməsi işinin sürətləndirilməsi qeyd edilirdi. Hətta 2012-ci ildə Ermənistan mətbuatı yazırdı ki, Qarabağ erməniləri suriyalı ermənilərə yardım göstərməyə və onları qəbul etməyə hazırdır, onların bu ərazilərə köçürülməsi həyata keçirilir. 2012-ci ildə erməni mətbuatı Suriyadan 5 erməni ailəsinin daimi yaşamaq üçün Laçın rayonuna gətirildiyini və burada yerləşdirildiyini, daha 7 ailənin isə gəlişinin gözlədildiyini yazırdı.

Suriyada yaşayan ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə növbəti köçürülmə prosesi ərəfəsində xatırlayırsınızsa, suriyalı ermənilərin bizim ərazilərimizdə məskunlaşdırılması üçün qondarma rejim tərəfindən “Yenidən məskunlaşma üzrə İctimai Şura” yaradılması məsələsi gündəmə gətirildi.

Qeyd etdiyimiz kimi, onların qanunsuz yerləşdirilməsi həm Dağlıq Qarabağda, həm Laçın, Zəngilan, Qubadlı, həm də digər rayonlarımızda reallaşdırılır.

  • Livan ermənilərinin işğal altındakı ərazilərimizə qanunsuz köçürülməsi...

Son həftələr isə erməni əsilli livanlıların işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi daha da genişləndirilib.

Onu da bildirək ki, qondarma Qarabağ rejiminin rəhbəri A.Arutunyan bir müddət əvvəl Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. Bu gün rəsmi İrəvan Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə köçürməyə çalışır və bu istiqamətdə işlər görür.

Ekspertlər deyirlər ki, avqustun əvvəlində Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış əsrlərdir ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə də hazırda işğal altında olan Dağlıq Qarabağa və ətraf rayonlara köçürülməsi prosesinə yeni təkan verdi. Belə ki, Yaxın Şərqdə ermənilərin daha çox kompakt yaşadığı ölkələrdən olan Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölən və yaralananlar arasında erməni mənşəli vətəndaşların olması, erməni məhəllələrinə və tikililərinə də ziyan dəyməsi planlaşdırılan köçürmə siyasətini reallaşdırmaq üçün işğalçı ölkəyə yeni fürsət yaradıb.

  • 2011-ci ildə Azərbaycan torpaqlarına yerləşdirilən erməni ailələri haradan gətirilib?

Ekspertlər deyirlər ki, Suriyada müharibə alovlanarkən, Ermənistan fürsətdən istifadə edərək 2011-ci ildən bəri bu ölkədəki bir çox erməni ailəsini işğal altında olan Azərbaycan torpaqlarına yerləşdirməyə başlayıb.

Erməni mediasında və xarici nəşrlərdə dərc edilmiş çoxsaylı material və reportaj Suriya ermənilərinin Qarabağa köçürülməsini təsdiqləyir. Məsələn, 2014-cü ilə aid materiallarda qeyd edilir ki, Suriyada vətəndaş müharibəsinin başlaması ilə 22 ailə (58 sakin) köçürülüb. Bu ailələr əsasən Zəngilan, Kəlbəcər və Laçın torpaqlarında yerləşdirilib.

“Times.am” saytının 2013-cü ildə Qarabağdakı Suriya ermənilərinə həsr edilmiş məqalələrinin birində qeyd edilir: “Kaşataqın (Kəlbəcər – red.) Qarabağın ən böyük rayonu olmasına baxmayaraq, 2011-ci ildə burada cəmi 8500 adam yaşayırdı. Yerli məmurlar rayonda məskunlaşmaq arzusunda olan hər kəslə görüşlərə gedirlər. Məskunlaşanlar üçün evlər tikilir və ya müharibədən sonra boş qalmış evlər təmir edilir.

Maraqlıdır ki, Ermənistan müxtəlif yollarla, ianələr və donorlar hesabına xaricdə fəaliyyət göstərən erməni fondları və iş adamlarının maliyyə vəsaitləri ilə Dağlıq Qarabağda “həyat” və “yaşayış” tablosunu yaratmağa çalışır”.

  • İşğalçı ölkənin Dağlıq Qarabağa köçürdüyü ermənilərin üzləşdiyi problemlər...

2014-cü ilin martında “Tüfengyan” Xeyriyyə Fondunun dəstəyilə Suriyadan olan bir qrup erməni ailəsi üçün Laçında mənzillərin tikilib təhvil verilməsi hamıya məlumdur. Lakin məskunlaşmış ailələrin dərinləşən sosial problemləri və şəraitsizliyi sonradan narazılıqla qarşılanır.

“Kafkazskiy uzel” portalının 2019-cu il avqustun 2-də “Ermənistandan gətirilmiş insanlar Dağlıq Qarabağda kəndin geriliyi barədə danışıblar” sərlövhəli məqaləsində qeyd edilir ki, işğalçı ölkənin Dağlıq Qarabağa köçürdüyü sakinlərin üzləşdiyi problemlər və şəraitsizlikdən narazı olanlar hara müraciət edəcəklərini belə bilmirlər. Şəraitsizlikdən şikayət edən insanlar etiraf ediblər ki, bir vaxtlar buraya köçmək üçün şirin vədlər verənlər indi onları unudublar.

  • Düşmənin bu cür süni məskunlaşdırma siyasəti...

İstər Ermənistandan, istərsə də xaricdən Azərbaycan torpaqlarına köçürülən bu cür ailələr ilk vaxtlar vədlərə inansalar da, sonradan onlardan, sadəcə, istifadə edildiyini, şəraitsiz halda taleyin ümidinə buraxıldıqlarını dərk edirlər. Məlumatlara görə, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi kimi son illər işğal altında olan rayonlarda, o cümlədən, Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qanunsuz fəaliyyət həyata keçirilib.

Bu yaxınlarda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Hayrenik” (“Vətən”) partiyasının rəhbəri Artur Vanetsyan işğal altında olan torpaqlara səfər edib, görüşlər keçirib. Diqqətçəkən məqam odur ki, Dağlıq Qarabağa səfər çərçivəsində hazırda müxalif düşərgədə təmsil olunan partiya rəhbəri “Beşinci dalğa” telekanalına verdiyi açıqlamada işğal altında olan Azərbaycan torpaqlarının ermənilər tərəfindən məskunlaşdırılması proqramı barədə danışıb. Bildirib ki, köçürülmə-məskunlaşdırma proqramı ümumerməni problemidir, burada “ermənistanlılar”, “qarabağlılar”, diaspordan olan ermənilər fəal iştirak etməlidirlər.

Göründüyü kimi, Ermənistan qanunsuz məskunlaşma prosesini bu gün də davam etdirir və bununla da öz məkrli niyyətlərini gerçəkləşdirir.

  • “Ermənilərin Livandan Dağlıq Qarabağ ərazisinə köçürülməsi məqsədli şəkildə həyata keçirilir”

Mövzunu şərh edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər qanunsuz köçə indi başlamayıblar, illərdir bu məkrli niyyətlərini həyata keçirirlər. “Ermənilərin əsas məqsədi işğal altında olan Azərbaycan torpağında etnik ermənilərin sayını süni sürətdə artırmaqdır. Ermənistan illərdir Yaxın Şərqdən, Suriyadan, Livandan, eləcə də başqa ölkələrdən evsiz-eşiksiz erməniləri Azərbaycan ərazilərinə köçürür, adını da qoyur ki, guya bunlar elə burada doğulublar. Bu isə tamamilə yalandır. Ermənilər neçə ildir bu cür saxtakarlıqlarla məşğul olurlar. Çünki ermənilər Azərbaycan ərazilərində ilk dəfə məskunlaşdıqdan sonra müxtəlif üsullarla digər ermənilərin də bizim torpaqlara köçünü təşkil ediblər. Ermənilər XX əsrin əvvəllərində də, Sovetlər dövründə də etnik ermənilərin Dağlıq Qarabağ ərazisində məskunlaşmasını təbliğ və təşkil ediblər. Onlar bəzən təbliğatla, bəzən də başqa vasitələrlə, çətin şəraitdə yaşayan ermənilərə yaxşı şərait yaradıb yerləşdirmək adı ilə onların bizim ərazilərə köçünü gerçəkləşdiriblər. Demək istəyirəm ki, ermənilər bu prosesə indi deyil, Dağlıq Qarabağ münaqişəsi başlamamışdan əvvəl başlayıb. Müharibə başlayandan sonra isə bilirsiniz ki, ermənilər bu ərazilərə daha çox diqqət yetiriblər. Bura “vətən uğrunda mübarizə”, bir az da “qədim yurdlarına qayıdış” əlavə edib, bu cür qanunsuz təbliğatlarla xaricdə, eləcə də Yaxın Şərqdə yaşayan etnik ermənilərin diqqətini işğal altında olan ərazilərimizə cəlb ediblər. İlk dəfə Aralıq dənizi sahillərindən Ön Asiyaya gələn ermənilərin birinci məskəni eradan əvvəl Livan ərazisində olub. Əslinə qalsa, Ege və Aralıq dənizinin sahillərindən gələndən sonra ermənilərin ikinci vətəni Livandır. Görürsünüz, ermənilərin xislətidir, “vətən” saydıqları ölkələrdə çətinlik, problem olan kimi oranı tərk edib, özlərinə başqa “vətən” axtarırlar. Ermənistan Yaxın Şərqdən, Suriyadan, Livandan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi işinə yeni başlamayıb, bu, planlı şəkildə yeridilən bir siyasətdir, imkan düşən kimi, onları Dağlıq Qarabağ və ətraf rayonlara köçürürlər. Livandan əvvəl Suriyada hadisələr başlayanda Suriya vətəndaşları Avropaya üz tuturdular, Ermənistan hökuməti orada yaşayan erməniləri şirin dilə tutaraq, onları gətirib Dağlıq Qarabağ ərazisində yerləşdirdilər. Bu proses xeyli vaxtdır başlayıb. Ermənistan xüsusən 1994-cü ildən başlayaraq qanunsuz şəkildə etnik ermənilərin Dağlıq Qarabağa və işğalda olan digər ərazilərimizə köçürülmə prosesini sürətlə davam etdirir. Livan erməniləri başqa yerlərdə yaşayan ermənilərdən daha çox Azərbaycana, türkə qarşı aqressivdirlər. Ermənilərin Türkiyəyə qarşı xəyanəti nəticəsində onlar oradan qovulub, ona görə də türkə qarşı çox aqressivdirlər. Ermənilərin Livandan Dağlıq Qarabağ ərazisinə köçürülməsi məqsədli şəkildə həyata keçirilir və bu prosesə də təkan verən qüvvələr, dövlətlər var. Dünyanın başı pandemiya kimi bəlaya qarışdığı bir dövrdə Ermənistan Livandan Dağlıq Qarabağa kütləvi erməni köçü həyata keçirir. Əlbəttə, beynəlxalq birlik susmamalı və Ermənistanın bu qanunsuz məskunlaşdırma prosesinə etiraz etməli, onun qarşısını almalıdır” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ