Cümə axşamı günü, 22 oktyabr 2026
     

Hər kəs mövqe bildirməlidir – Filologiya elmləri doktoru İdris Abbasov yazır...

Image


Niyə qaşqabaqlı, qəzəbli və son dərəcə laqeydik? Nədir dərdimiz? Niyə səmimi ola bilmirik? Niyə yaltaqlıq, ikiüzlülük edir, qısqanclıq, kin və nifrət girdabında qıvrılırıq? Niyə cəhalət dəhlizlərində baş-başa verib xosunlaşan qeybətçi alim, ziyasız ziyalı olmaqdan yorulmuruq?

Seyrçi mövqedə dayanıb ölkənin taleyinə biganə qalan alverçi təfəkkürlü alimlə, xalqın haqqına girib sərvət yığan vecsiz akademiklə hansı dürüst, ədalətli cəmiyyəti qurmaq olar?

Heç bir dəfə də olsun qarın maraqlarını bir kənara qoyub islahat haqqında düşündünüzmü, ey məmur-akademiklər, rektorlar və digər vəzifə və səlahiyyət sahibləri?! Düşündünüzsə, nə etdiniz?

Dövlətdən adlar, mükafatlar, vəzifələr alıb akademik-alim, ünlü yazar, titullu sənət adamı olmağın yollarını yaxşı bilirsiniz, buna söz yox! Bəs əvəzində hansı xariqüladələri yaratdınız? Niyə “cənab Prezidentə sadiq”, “dövlətçi” alim, akademik, rektor, deputat, nazir olaraq ölkədə start verilən pozitiv dəyişikliklərə əməli dəstək vermədiniz?

Həyat tərzinə çevirdiyiniz və gənc nəslə təlqin etdiyiniz yaltaqlıq və məddahlıq maskası altında neçə-neçə evlər yıxdığınızın fərqindəsinizmi? Sizin və sizin kimilərin üzündən Vətən övladlarının bir qismi cəlayi-Vətən olub düşmən toruna düşüb, digər qismi qurduğunuz şər və böhtan tırtılları altında əzilib, üçüncü qismi paranoik duruma düşüb yaşamaqla yaşamamağı ayırd edə bilmir. Bir ölkənin insanlarını inam və ümidsizlik ümmanında boğmağınızın, səssiz-səmirsiz ölümə yuvarlandırmağınızın adı nədir? Bu işdə özlərini “alim”, “akademik”, “nümunəvi ziyalı” sayanların heç bir günahı yoxdurmu?...

On minlərlə yüksək titullu alimi, müəllimi, həkimi, məmuru olan bir ölkədə bütün problemlərin bir şəxsin - ölkə başçısının üzərinə yönəldirilməsi bizim nə dərəcədə vətənpərvər, dövlətçi olmağımızdan xəbər verir. Yeyib-dağıdan, xəyanət edən, xalqın qanını içən üzdəniraq zatlar Heydər Əliyevə, İlham Əliyevə boğazdan yuxarı tərif deməyi az qala dini ritual halına gətiriblər, eynən, münafiqlərin üsuliddin və füruiddində etdikləri riyakarlıq kimi. Əsas odur ki, “əşhədu əllə iləhə illəllah, əşhədu ənnə muhəmmədən rasulullah va əşhədu ənnə aliyyən valiyullah” şəklində kəlimeyi-şəhadətini deyəsən, namaz qılmaq, oruc tutmaq görüntüsü yaradasan, həccə gedəsən, haram yolla əldə etdiyin milyonların müqabilində bir-iki qurban kəsəsən, sonra istədiyin qanunsuzluğu, talançılığı, rəzilliyi, hətta xəyanət və satqınlığı rahatca edəsən. Qanun sənin “xidmətin”in qarşısında heç nədir. Əlbəttə, 30-40 ildir ki, əziyyət çəkib kəlimeyi-şəhadətini deyir, namaz qılır, oruc tutursan, üstəlik, təsbeh də çevirirsən və s. Bax, xalqı tar-mar edən, minlərlə ailələrə, uşaqlara, qocalara, qadınlara divan tutan, onları çörəkpuluna və dərmanpuluna həsrət qoyub sakit ölümə çarpdıran, nəticə etibarilə dövlətə və cəmiyyətə fəlakət gətirən, ölkənin birinci şəxsini və xalqı çıxılmaz vəziyyətə salan zərərli “elmi-siyasi” məddahların, onların daxili və xarici havadarlarının fəlayyət prinsipi budur.

Onlar öz mənfur niyyətlərini gerçəkləşdirmək üçün ilk növbədə xalqın beyninə şübhə toxumu səpir, onun inam və əzmini sındırmağa çalışırlar. Dövlət içində təşkilatlanmış və peşəkarcasına cildlənmiş həmin ünsürlər rəhbəri xalqın gözündən salmaq istiqamətində mütəşəkkil ideoloji iş aparırlar. Bir az düşünüb təhlil etsək görərik ki, onların ilkin hədəfi dövlətin başçısıdır. Onlar ölçüb-biçib belə qənaətə gəliblər ki, bir ölkədə total iğtişaş yaratmaq üçün ilk olaraq hökmdarın reputasiyasını korlayıb onu devirmək lazımdır. Tarixdə analoji hadisələr çox olub. Avam, hər şeyə tez inanan, siyasi cəhətdən küt xalqın mövcudluğu onlar üçün ideal fürsətdir. “Xalqda gün ağlamaq istəyirik!” şüarını əldə əsas tutan o qüvvələrə deyirik ki, əgər zərrə qədər bu xalqa ürəyiniz yanırsa, buyurun, islahatlara lağ edib gözdən salmaq əvəzinə, taleyüklü məsələlərin həllinə dəstək verin, xalqı növbəti rəzalətə sürükləməyin. Özünüz də yaxşı bilirsiniz ki, “Ol!” deyən kimi islahat olmur. İslahat vaxt və ümumxalq fədakarlığı tələb edir!

Ölkənin ictimai-siyasi sabitliyini talançılıqla kompensasiya edən acgöz məmurların həlledici tarixi məqamı düzgün dəyərləndirən Prezident tərəfindən cəzalandırılması aranı qarışdırıb faydalanmaq istəyən qüvvələrə xoş olmasa da, Azərbaycan xalqının maraqları ilə üst-üstə düşür. Ümidləri internet üzərindən yaydıqları ideoloji şər kampaniyalarına qalan, hakimiyyət daxilindəki məmurlar tərəfindən vaxtilə süni surətdə təşkilatlandırılan radikal müxalifət adlı şeylə tənəffüs edən bu zatların arzuladıqları iğtişaş xofunu yaradıb ali vəzifəli şəxsi öz iradələrinə tabe etdirmək və xalqı növbəti labirintə soxmaq planları baş tutmadı. Nəhayət, Prezident İlham Əliyev bu mütəşəkkil dəstə tərəfindən xalqla özü arasında yaradılmış qalın səddi yararaq onların bu bədnam planlarını alt-üst etdi. İndi hər şey xalqın ictimai fəallığından, atılan pozitiv addımları dəstəkləməsindən çox asılıdır.

Hazırda biz alimlərin, ziyalıların, müəllimlərin, həkimlərin - dövlətinə, Vətəninə bağlı, qanunların aliliyini dərk edən hər kəsin öz mövqeyini bildirməsi zamanıdır.

P.S. Bəli, Türkiyədə və Avropa ölkələrində müəllimin, həkimin, alimin maaşı bizimkindən bir neçə dəfə artıqdır, həyat şəraiti yaxşıdır. Çünki onların müəllimi, həkimi, alimi, ziyalısı ictimai-siyasi proseslərə bizdəki kimi biganə deyillər. Bu gün bəlkə də dünya tarixində çox az-az rast gəlinən ideal bir situasiya ilə qarşılaşmışıq. Azərbaycan Prezidenti talançıları ifşa edib onlardan üz döndərir, sağlam qüvvələrin rasional fəaliyyəti üçün şərait yaradır. Buyurun, töhfələrinizi verin, fərasətinizi göstərin, səmimi xidmətinizi ortaya qoyun. Bircə, mülklərinizi qorumaq, qanunsuz əməllərinizi ört-basdır etmək, aldığınız rüşvəti sığortalamaq üçün yaltaqlıq etməyin! Qeyrətiniz çatırsa, oğurladığınız milyon və milyardları dövlət fonduna qaytarın ki, xalq sizi əfv etsin!

İdris Abbasov
Filologiya elmləri doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ