Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoralla görüşüb.
Daimi Nümayəndəlikdən baki-xeber.com-a verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasındakı münasibətlər və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, qarşıda duran vəzifələr hərtərəfli müzakirə edilib.