Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycançılıq platformasının beynəlxalq təqdimatında diplomat kadrlarımızın rolu - Prezident yeni ideyalar verdi...

Image


Azərbaycançılıq Azərbaycan xalqının milli dövlətçilik ideologiyasıdır. Harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, hər bir azərbaycanlının əsas vəzifəsi vahid ideologiyamız olan Azərbaycançılığa xidmət etmək, onun təbliği, tanıdılması ilə məşğul olmaqdır.

Bu məsələdə Azərbaycan diplomatlarının üzərinə daha böyük məsuliyyət düşür və onların ümdə vəzifəsi, məqsədi Azərbaycan dövlətini yüksək səviyyədə təmsil və təqdim etmək, Azərbaycançılıq platformasının uğurlu təqdimatını həyata keçirməkdir. Bütün zamanlarda diplomatlar öz dövlətlərinin maraqlarına xidmət edən, dövlət və dövlətçilik maraqlarını qoruyan bir vacib sahə təmsilçiləri olublar. Bu gün də Azərbaycan diplomatları bu yolu tutmalı və Azərbaycanın dövlət maraqlarına xidmət etməlidirlər.  

  • “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır”

15 iyul tarixində Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyev Azərbaycan diplomatlarının qarşısında duran əsas vəzifələri diqqətə çatdırdı: “…Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur...”

Qeyd edək ki, Prezident İlham Əliyev Ceyhun Bayramovu xarici işlər naziri təyin etdikdən sonra onu videoformatda qəbul edərkən də diplomatlarımızın qarşısında duran əsas vəzifələri bir daha bəyan edib. “...Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir” - deyə ölkə başçısı bilirib.

Prezident həmçinin qeyd edib ki, Azərbaycan diplomatları hər şeydən əvvəl vətənpərvər olmalı, öz savadları, bilikləri ilə Azərbaycan dövlətini xarici ölkələrdə təmsil etməlidilər.

  • Azərbaycan diplomatları və Azərbaycançılıq ideologiyası...

Bu gün dünyanın ən müxtəlif ölkələrində Azərbaycan səfirlikləri, diplomatik korpusları fəaliyyət göstərir. Azərbaycançılıq ideologiyası diplomatlarımız üçün nə dərəcədə vacibdir?

Ölkə başçısının da vurğuladığı kimi, diplomatlarımız üçün vətənpərvərliyi, savadı, prinsipiallığı, ölkəmizi çox yüksək səviyyədə təmsil etməsi əsasdır. Əlbəttə, diplomatlarımızın fəaliyyətində Azərbaycançılıq ideologiyasının prinsipi, məqsədi, qayəsi əsas olmalıdır.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan diplomatlarının fəaliyyətində Azərbaycançılığın prinsipləri əsas yer tutmalı və onlar bütün varlıqları ilə Azərbaycançılıq ideologiyasına xidmət etməlidirlər. A.Nağı hesab edir ki, dövlətini sevən, dövlətçiliyinin müdafiəsinə qalxan, vətənpərvər olan hər bir diplomat Azərbaycançılıq ideologiyasına xidmət etmiş olur.

O vurğuladı ki, Azərbaycan diplomatları Azərbaycanın dövlət maraqlarını müdafiə etməkdən heç zaman çəkinməməli və bu istiqamətdə fəaliyyətlərini qurmalıdırlar. A.Nağı hesab edir ki, müasir dünyada Azərbaycanın dövlət maraqlarına zidd informasiyaların qarşısının alınmasında diplomatlar önəmli rol oynamalı və dövriyyəyə buraxılan qərəzli fikirləri “beşiyində boğmalı”dırlar. Bu gün Azərbaycan dövlətinin beynəlxaıq aləmdə nüfuzunun armasında, ədalətli mövqeyinin müdafiə edilməsində diplomatların önəmli rol oynamalı olduğunu deyən A.Nağının qənaətinə görə, Azərbaycana qarşı təşkil edilən bütün təxribatların qarşısı səfirlər, diplomatlar tərəfindən çox yüksək səviyyədə alınmalıdır.

“Siz çox maraqlı və vacib bir məsələni gündəmə gətiribsiniz. Ümumiyyətlə, diplomatlarımız bir çox istiqamətlərdə öz fəaliyyətlərini, işlərini yenidən qurmalıdırlar. Bu gün bizim diplomatik korpuslarımızla bağlı narazılıqlar çoxdur. Bu narazılığı ölkə başçısı da vurğulayıb və diplomatlarımıza Azərbaycanın dövlət maraqlarından çıxış etməyi tövsiyə edib. Bilirik ki, səfirliklərimiz çox zəif çalışır, səfirlərimizin əksəriyyəti, demək olar, öz işləri ilə məşğul olmurlar. Hesab edirəm ki, ölkə başçısı tərəfindən Ceyhun Bayramov xarici işlər naziri təyin etdikdən sonra nazirlikdə yeni ab-hava formalaşacaq, bu yeni atmosfer səfirliklərimizin fəaliyyətində də özünü göstərəcək. Buna böyük ümid bəsləyirəm. Səfirlər, diplomatlar tərəfindən Azərbaycançılıq ideyasının təbliğ edilməsi çox vacibdir. Bilirik ki, Azərbaycanda milli ideya şəklində Azərbaycançılıq mövcuddur. Illərdir bu ideyanın üzərində iş gedir, bu istiqamətdə sistem qurulub, bu ideya daha da təkmilləşdirilir. Hesab edirəm ki, Azərbaycançılıq ideyasının dünyaya, beynəlxalq aləmə yüksək səviyyədə çatdırılması üçün diplomatların xüsusi fəaliyyəti olmalıdır. Qoy dünya bilsin ki, Azərbaycan dövlətinin vahid milli ideyası nədir və Azərbaycançılıq ideyası nədən ibarətdir. Azərbaycanın milli ideyasının nədən ibarət olduğu dünyaya məlum olmalıdır. Azərbaycançılıq ideyasını bir neçə istiqamətdə çatdırmaq olar. Tutalım, Qarabağ Azadlıq Təşkilatı dünyada yaşayan soydaşlarımızla birlikdə “Qarabağın azadlığı dünya azərbaycanlılarının milli ideyasıdır” tezisini təbliğ edir. Biz bu işi illərdir həyata keçiririk. Səfirliklərə, diplomatik korpuslara gəlincə, diplomatların öz fəaliyyətlərində Azərbaycançılıq ideyasını əks etdirmək və Azərbaycançılığın təbliğini, tanıdılmasını həyata keçirmək üçün imkanları daha böyükdür. İyulun 12-də cəbhənin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatından sonra dünyada Azərbaycanın mövqeyi həm ciddi şəkildə nümayiş etdirildi, həm də bir sıra məsələlərə aydınlıq gətirildi. Bunun özü də milli ideoloji xəttə, Azərbaycançılıq ideyasının özünə böyük bir töhfə oldu. O aksiyaların keçirilməsinin böyük əhəmiyyəti oldu. Hər aksiyada Azərbaycançılıq mövqeyindən çıxışlar edilirdi. Bu çıxışlar Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən çıxışlar idi. Qeyd etməliyəm ki, bu aksiyaların təşkilində Azərbaycan səfirliklərinin də müəyyən qədər rolu olub.

Fikrimcə, bu istiqamətdə Azərbaycan diplomatları öz fəaliyyətlərini genişləndirməlidirlər. Səfirliklər və diplomatik korpuslar birinci növbədə diaspor təşkilatlarımızın içərisində Azərbaycançılıq ideyasının əksəriyyət tərəfindən qəbul edilməsinə nail olmalıdır. Bu çox vacib bir məsələdir”.

  • “Azərbaycançılığın təbliğində diplomatlarımız xüsusi səylər göstərməli və...”

A.Nağı hesab edir ki, diplomatlarımız hazırkı məqamda xarici ölkələrdəki diaspor qurumları, icmaları ilə geniş əlaqələr yaratmalı və onları Azərbaycançılıq ideyası, dövlət maraqlarımız naminə görülməli olan işlərə cəlb etməlidir. “Bu gün bütün azərbaycanlıların vahid milli dövlətçilik məfkurəsi olan  Azərbaycançılıq ideyasının dünyada daha çox təbliğinə ehtiyac var. Azərbaycançılığın təbliğində isə diplomatlarımız xüsusi səylər göstərməli və bu təbliğat işinə Azərbaycan diasporunu da cəlb etməlidir. Səfirliklər və diaspor qurumları bu istiqamətdə həmrəy olmalıdırlar. Artıq şüarçılıqdan, sözçülükdən əl çəkib birgə fəaliyyət göstərməyin zamanıdır. Bu vacib məsələnin əməldə öz ifadəsini tapması çox zəruridir. Yenə də qeyd edirəm, Tovuz hadisələri zamanı müxtəlif ölkələrdə keçirilən aksiyaların özü Azərbaycançılıq ətrafında birləşmək amalına xidmət edirdi. Demək istəyirəm ki, Azərbaycançılıq ideyası həm diaspor təşkilatlarının, həm də diplomatlarımızın fəaliyyətində, çıxışlarında, yazılarında öz əksini tapmalıdır. Hesab edirəm ki, Azərbaycançılıq ideyası bizim xaricdəki soydaşlarımızın bir-birinə münasibətində özünü göstərməlidir. Səfirliklər diaspor təşkilatlarının fəaliyyətinin birmənalı şəkildə bu ideyaya uyğun qurulmasına çalışmalıdır. Onlar çalışmalıdır ki, soydaşlarımız bu ideyanı sözdə yox, əməldə ifadə etsinlər, bu ideyadan çıxış etsinlər, mövqelərini ona uyğun bildirsinlər. Digər istiqamət isə ondan ibarətdir ki, bizim diplomatlar işlədikləri ölkələrdə müxtəlif ölkələrin səfirliklərinin əməkdaşları  ilə görüşlərdə bu ideyadan çıxış edərək, bu ideyanı ortaya qoyaraq çıxışlar, söhbətlər etməlidirlər. Eyni zamanda da onlar fəaliyyət göstərdikləri ölkələrin ayrı-ayrı dövlət və qeyri-dövlət qurumları ilə təmaslarını daha da sıxlaşdırmalı və o görüşlərdə bu ideya ilə bağlı yeri gəldikcə məlumat verməli, o xətti təbliğ etməlidir. Fikrimcə, diplomatlarımız Azərbaycançılıq ideyasının təbliği istiqamətində görüləcək işlər üzərində xüsusi düşünməli və daha çox işlər görməlidir”-deyə A.Nağı qeyd etdi.

A.Nağının sözlərinə görə, Azərbaycan diplomatları unutmamalıdırlar ki, onların üzərinə xalqımızı, dövlətimizi, dövlətçiliyimizi, milli mədəniyyətimizi, tariximizi və sair təmsil etməklə bağlı çox böyük və məsuliyyətli vəzifə düşür, onlar bu vəzifələrin öhdəsindən gəlməyə çalışmalıdırlar. Azərbaycanı zəiflətməyə, gücdən salmağa çalışan qüvvələrin qarşısında diplomatlarımızın bir sipər olmalı olduğunu deyən A.Nağı hesab edir ki, onlar öz fəaliyyətlərində dövlət maraqlarımızın əsas müdafiəçisinə, təbliğatçısına çevirilməlidir.

Azərbaycançılıq ideyasının milli dövlətçilik ideyası kimi özündə çox geniş və əhəmiyyətli istqamətləri birləşdirdiyini vurğulayan A.Nağının sözlərinə görə, bizim diplomatlar ölkəmizin uğurlu inkişafını da təşviq etməlidir. Azərbaycançılığın özündə həm qədimliyi, həm də müasirliyi ifadə etdiyini deyən A.Nağının bildirdiyinə görə, diplomatlarımızın bilik səviyyəsi o qədər yüksək olmaldır ki, onlar Azərbaycançılığın mahiyyətini tam olaraq ifadə etsinlər.

A.Nağı onu da vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, dövlətimizin ədalətli mövqeyinin beynəlxalq aləmdə ardıcıl şəkildə təbliğ edilməsi istiqamətində diplomatlarımız öz faəliyyətlərini daha da gücləndirərsə, erməni yalanlarının ifşasında xüsusi səylər göstərərlərsə, bu, Azərbaycançılığa, Azərbaycan dövlətinə göstərdikləri ən böyük xidmətlərdən biri olardı.

A.Nağının fikirlərindən belə qənaətə gəldik ki, Prezidentin də dediyi kimi, bu gün Azərbaycan diplomatları öz fəaliyyətlərini Azərbaycançılıq ideyası, milli dövlətçilik maraqları üzərində qurmalıdır.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ