Cümə günü, 23 oktyabr 2026
     

Irəvan Livan ermənilərini bu dəfə Qarabağda böyük təhlükəyə atır, onlarsa “yağışdan çıxıb yağmura düşdüklərinin” fərqində deyillər...

Image


Azərbaycanın zəbt edilmiş ərazilərində yenidən qanunsuz məskunlaşdırma siyasətinə start verməklə işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hərbi həllini tətikləməyə başlayır. Suriyadan sonra livan ermənilərinin bir qisminin Ermənistanda yerləşdirilməsi istiqamətində atılan addımlar da artıq Qarabağ məsələsində başqa həll yolunu mümkünsüz hala gətirir. Çünki Ermənistan işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma aparmaqla sülh yolu ilə əraziləri Azərbaycana qaytarmaq niyyətində olmadığını meydana qoyur.

Bu arada isə məlum olub ki, Livandan 100-dən çox erməni Ermənistana gətirilib. Ölkənin baş naziri Nikol Paşinyan da faktı təsdiq edib. Bu xüsusda sosial şəbəkədə etdiyi paylaşımda o bildirib: “Ermənistana xoş gəlmisiniz, hamınızı qəbul etməkdən məmnunuq və öz vətənlərində məskunlaşmaq istəyən vətəndaşların geri qayıtmasını təşkil etmək üçün əlimizdən gələni edirik”. Baş nazirin müavini Tiqran Avinyan isə qeyd edir ki, ilk iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirilib. Sonrakı reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayı 45 nəfərdir. Ermənilər Livana humanitar yardım daşıyan təyyarələrlə gəlib. Onların məhz Dağlıq Qarabağ ərazisində yerləşdiriləcəyi bildirilir. Burada bir daha xatırladaq ki, avqustun 4-də Beyrut limanında 2750 ton ammonium-nitrat saxlanılan bunker partlamışdı. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 13 erməni daxil olmaqla, 170-dən çox insan ölüb, yüzlərlə erməni daxil olmaqla, 6 minə yaxın insan yaralanıb. Bundan sonra da ermənilərin Livandan köçü başlanıb. Ermənistan Xarici İşlər Nazirliyi qarşıdakı dövr ərzində daha çox sayda erməninin gəlişini təmin edəcəklərini açıqlayıb. Baş nazirin yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, xeyli sayda  Livan ermənisi ölkəyə qayıtmaq niyyətindədir. Onların bir qisminin də məhz Qarabağa yerləşdirilməsi nəzərədə tutulur.  Bildirilir ki, Beyrutdaki partlayışdan sonra açınacaqlı şəraitdə yaşayan Livan ermənilərinin vəziyyəti bir qədər də ağırlaşıb. Belə ki, ermənilərin sıx məskunlaşdığı Hacin, Mar Mixail və Bed Xəlil rayonları partlayışın baş verdiyi əraziyə kifayət qədər yaxın məsafədə yerləşir. İranda dərc edilən “Araks” nəşrinin redaktoru, analitik Movses Keşinyanın sözlərinə görə, son vaxtlar Livan ermənilərinin iqtisadi vəziyyəti o dərəcə pisləşib ki, onların bir qismi yaşamağa və qidalanmağa çətinlik çəkir. Keşinyan hesab edir ki, İrəvan hökuməti ilk növbədə məhz bu cür livanlıları Ermənistana qaytarmalı və Qarabağda yerləşdirməlidır:

“ABŞ, Kanada və digər ölkələr Livandan mühacirlərinə qapılarını açana qədər Ermənistan hərəkətə keçməlidir. Fürsətdən istifadə etməliyik, çünki bizim üçün bu həm demoqrafik, həm də döyüş gücümüzü artırmaq məsələsində yaxşı bir imkandır. Yəni onların vasitəsilə erməni əsgərlərinin sayını artıra bilərik. Biz məsələyə bu yöndən baxmalıyıq”. Qeyd edək ki, bir müddət öncə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərinin müavini Sərdar Ünsal “Yaşıl İğdır” qəzetinə verdiyi müsahibədə bəzi Livan ermənilərinin artıq işğal altındakı Qarabağa göndərildiyini söyləyib:“Beyrutdakı partlayışdan sonra ermənilərin böyük zərər gördüyünü iddia edən Livan Ermənistan İnqilabi Federasiyasının “Daşnaktsütyun” gənclər təşkilatı orada yaşayan erməniləri Qarabağa yerləşdirməyə hazırlaşır. Buna tez bir zamanda müdaxilə edilməlidir. Partlayışdan bəhanə kimi istifadə edərək Qarabağda kütləvi şəkildə yerləşməyi planlaşdırırlar. Onların məqsədi Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriya, Livan və digər ölkələrdən olan ermənilər Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilir”. Qeyd edək ki, hazırda rəsmi rəqəmlərdə 140 minə yaxın göstərilsə də, faktiki olaraq bütün Qarabağ ərazisində 60 min civarında erməni yaşayır. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı Bakının narazılığı isə artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb. Ekspertlər isə bildirir ki, Livanda baş verən partlayışdan zərər çəkən erməniləri, köçəcəkləri halda, Dağlıq Qarabağda daha böyük fəlakət gözləyəcək. Hər halda, Beyrutdakı partlayışın fəsadları aradan qaldırılacaq, lakin Dağlıq Qarabağda hər an müharibə başlaya bilər. Bu müharibənin yaradacağı dağıntı isə Beyrutdakından daha təhlükəli olacaq. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da bildirir ki, Ermənistan rəhbərliyi yanlış addımlar atır:“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu. Hazırda partlayışdan zərər çəkən erməniləri Ermənistana cəlb etmək üçün genişmiqyaslı təbliğat proqramına start verilib. Əslində, ermənilər özləri də etiraf edir ki, onlar işğal edilmiş əraziləri birbaşa Ermənistana birləşdirmək gücündə deyillər. İlk növbədə bu planın reallaşması iqtisadi və demoqrafik baxımdan mümkün deyil. Ermənistan bundan öncə də xaricdə, xüsusilə Yaxın Şərqdə yaşayan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirilməsi yönündə təşəbbüs göstərmişdi. Lakin bunun effektiv olduğunu demək olmaz. Əslində, rəsmi İrəvanın bu addımları onların nə dərəcədə çarəsiz olduğunu göstərir. Çünki yerli əhali ölkəni sürətlə tərk etməkdədir. Bu mənada, düşmən ölkə təbliğat yolu ilə ölkəyə xaricdə yaşayan erməniləri cəlb etməyə məhkumdur”.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ