Bazar günü günü, 25 oktyabr 2026
     

KTMT ümidləri puç olan Ermənistan yenidən Azərbaycanla danışıqlara cəhd edir...

Image


İrəvanın son mənfur addımları onun hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədində gərginləşən münaqişəyə müdaxilə etməsi üçün ciddi cəhdlə səylər göstərdiyini üzə çıxarır. Ermənistanın KTMT-dəki daimi səlahiyyətli nümayəndəsi Viktor Biyaqov bunu onunla əsaslandırmağa çalışır ki, vəziyyətin gərginləşdiyi yer təşkilatın məsuliyyət bölgəsinə aiddir:“Bu görünməmiş  vəziyyət hər birimiz üçün, eləcə də təşkilat üçün bir sınaq halına gəlir”.

Amma KTMT əvvəlki qaydada qarşıdurmaya müdaxiləsini mümkünsüz sayır və yalnız tərəfləri atəşkəsə çağırır. Məsələnin maraqlı tərəflərindən biri də budur ki, keçmişdə də sərhəddə gərginlik olduğu zaman Ermənistan KTMT-yə müraciət etməyib. Amma İrəvan bu dəfə fərqli mövqe sərgilədi, lakin faktiki olaraq qurumun da Ermənistana açıq şəkildə rədd cavabı verdiyi üzə çıxdı. Erməni ekspert Qrant Ter-Abrahamyan bunun Ermənistan üçün növbəti sərt zərbə olduğunu bildirir:“Hamımız o qurumun nə olduğunu və bunun nə üçün olduğunu başa düşürük. Təşkilatda Azərbaycan təmsil olunmasa da, burada onun təsiri Ermənistanla müqayisədə daha yüksəkdir və bu, yenidən real hadisələr timsalında təsdiqini tapdı”.  

Rusiyanın “lenta.ru” nəşri də yazır ki, KTMT Ermənistanın bütün ümidlərini alt-üst edib. Qeyd edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək üçün Minskə səfəri də bu istiqamətdə hansısa yeniliyə səbəb olmadı:“Onu da qeyd etmək lazımdır ki, Nikol Paşinyan Minskə səfəri zamanı ikili mövqe tutub. O, öz rəsmi bəyanatında bir tərəfdən neytral tonda Azərbaycan rəhbərliyi ilə sülh danışıqlarının zəruriliyini vurğulayıb, amma yeri gəlmişkən, yalnız Avrasiya Hökumətlərarası Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlərə toxunub, digər tərəfdən, sammitin kuluarlarında cari vəziyyətin kəskinləşməsi haqqında “həqiqəti” söyləməyə çalışıb, hansısa üçüncü tərəfi münaqişəyə təhrikçilikdə təqsirləndirib”.

O da vurğulanır ki, Paşinyanın KTMT-dən kömək istəməsini onun Rusiyanı münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirmək olar:“Amma İrəvanın KTMT  üzrə tərəfdaşları ilə qarşılıqlı münasibətlərini qismən elə Paşinyan özü korlayıb. Əvvələn, Paşinyan hələ Ermənistanda müxalifətdə olarkən ardıcıl olaraq respublikanın KTMT-dən çıxmasının tərəfdarı idi. İkincisi, 2018-ci ildə onun hakimiyyətə gəlişindən, demək olar ki, dərhal sonra həmin vaxt təşkilatın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov həbs edildi. Daha sonra məhz İrəvan təşkilata yeni baş katib təyin edilməsinə uzun müddət mane oldu. Ermənistanın baş nazirinin Amerikaya rəğbətini gizlətmədiyini nəzərə alsaq, Paşinyanın KTMT və Rusiya tərəfindən dəstəklənməyə ümid etməsi, ən azı, sadəlövhlükdür. Məsələn, Ermənistan hökumətinin başçısı hakimiyyətə gələndən dərhal sonra bir sıra kadr dəyişiklikləri etdi və amerikapərəst qurumlarla, xüsusən Soros Fondu ilə əlaqələri barədə əsaslı şübhələr olan bəzi şəxsləri komandasına gətirdi. Ermənistan parlamentində Rusiya ilə fəal yaxınlaşmanın tərəfdarı olan yeganə hərəkat – “Çiçəklənən Ermənistan” partiyasına qarşı təqiblər başladı. Hazırda həmin partiyanın lideri Qagik Tsarukyan üç cinayət işinin fiqurantıdır”.

Eyni mövqe Rusiyanın “qazeta.ru” nəşri tərəfindən də sərgilənir. Bildirilir ki, Ermənistanın indiki rəhbərliyinin siyasəti və nizamnaməsində göstərilənlər səbəbindən KTMT İrəvanın sərhəd təxribatlarına müdaxilə etməyəcək. Qazaxıstan politoloqu Dosım Satpayev isə burada, Rusiya ilə yanaşı, təşkilata digər üzv ölkələrin də öz sözünü dediyini, Ermənistanı rədd etdiklərini bildirir:“İrəvan dəfələrlə KTMT-ni millətçi planlarını həyata keçirmə işinə qoşmağa cəhd göstərib. Belə ki, bir neçə il əvvəl Rusiya Federasiyası ilə Türkiyə arasında münaqişə yaşanarkən Ermənistanın KTMT-dəki nümayəndəsi təşkilat üzvlərinin Ankara ilə münaqişədə birmənalı şəkildə Moskvanı dəstəklədikləri barədə bəyanat vermişdi. Lakin Belarus, Qazaxıstan və Qırğızıstan buna etiraz etdi və bildirdilər ki, heç kim Ermənistan nümayəndəsinə təşkilatın adından bu cür açıqlamalar vermək səlahiyyəti verməyib”. Satpayevin fikrincə, KTMT-dən bu təşkilatın üzvü olmayan bir ölkəyə qarşı istifadə edilə bilməz. Özü də KTMT, ümumiyyətlə, əhəmiyyətli bir hərbi-siyasi təşkilat kimi qəbul edilməməlidir. “KTMT, əslində Rusiyanın imici üçün geosiyasi alətdir. Onun köməyi ilə Moskva nümayiş etdirmək istəyir ki, hərbi müttəfiqləri var. KTMT üzvlərindən heç biri, ilk növbədə Qazaxıstan, Ermənistana qurumdan hərbi məqsədlər üçün istifadə etməyə imkan verməz. Təşkilata üzv ölkələr postsovet məkanında heç bir hərbi əməliyyatda iştirak etməyəcək. İrəvan aydın şəkildə başa düşməlidir ki, KTMT onun əlində bir dəyənək olmayacaq və təşkilat üzvləri heç bir halda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. Qarabağ münaqişəsi beynəlxalq hüquq və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bakıya hər hansı bir formada hərbi təzyiq isə qəbuledilməzdir”.

Erməni əsilli rusiyalı politoloq Gevorq Mirzoyan isə KTMT məsələsində Ermənistanın yanlış siyasətindən Azərbaycanın uğurla bəhrələndiyini bildirir:“Ermənistan hakimiyyətinin Qərbin verdiyi qrantlarla tərbiyələnmiş bir sıra nümayəndələri Moskvada şübhə yaradan və onun narazılığına səbəb olan anti-Rusiya əhval-ruhiyyədə kökləniblər. Həm də bəzi rus siyasətçiləri bu cür müttəfiqlərin qorumasına Rusiyanın ehtiyacının olub-olmaması ilə bağlı suallar verirlər”. Bütün bunlar artıq KTMT faktoru ilə bağlı Ermənistanın məkrli niyyətlərinin tam iflasa uğradığını göstərir. Məhz bu  səbəbdəndir ki, döyüş meydanında yalnız qaldığını görən Ermənistan indi ciddi cəhdlə yenidən Azərbaycanla danışıqları bərba etmək üçün yalvarır. Paşinyanın Minskdə danışıqlara alternativ olmadığına dair israrla səsləndiridiyi fikirlər də bunun təsdiqidir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ