Türkiyə televiziyasında Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətindən sərhədlərimizə xain hücumunu qınayan süjet efirə gedib.
Süjetdə düşmən ölkənin az qala 30 ildir ölkəmizlə qanunsuz Qarabağ savaşı apardığı bildirilir. Eyni zamanda hazırkı hücumların Qarabağ üzərindən deyil, artıq beynəlxalq miqyasda tanınan sərhədlər üzərindən gerçəkləşdirildiyi, bunun isə ölkələrarası savaş halına gəldiyi və bütün beynəlxalq konvensiyalara zidd olduğu qeyd olunur.
Süjeti təqdim edirik: