Bu gün Moskvada yaşayan ermənilər həm erməni mediasında, həm də sosial şəbəkələrdə ağlaşma qurublar ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisədən sonra oradakı azərbaycanlılar, həmçinin də Azərbaycanda doğulan yəhudilər həmrəylik göstərərək meyvə-tərəvəz alveri ilə məşğul olan ermənilərdən mal qəbul etmir, onları ümumiyyətlə bazara buraxmırlar, nəticədə on minlərlə ton məhsul zay olub.
Ümumiyyətlə, son proseslər zamanı da Azərbaycanda doğulan qeyri-millətlərin nümayəndələri, dünyanın harasında yaşamalarından asılı olmayaraq, dövlətimizlə, xalqımızla, ordumuzla həmrəylik nümayiş etdirirlər. Yəni onlar Azərbaycanda yaşamırlar ki, bəziləri “dəstəkləməyə məcburdular” desin, onlar xarici ölkələrdə yaşayırlar və Azərbaycan dövlətinə, ordusuna könüllərinin səsi ilə dəstək verirlər.
Azərbaycan Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı baki-xeber.com-a bildirdi ki, həmişə ermənilər özlərini əzabkeş, təzavüz olunmuş, miskin obrazda təqdim ediblər. “Bu onların xasiyyətidir. Özləri qaniçən qatil, terrorçu, barbar olduqları halda, bu əməlləri türklərin üzərinə yıxmaqla təzminat almaq istəyirlər. Onların əsas çabaları bu məqsədin izindədir. Azərbaycan-Ermənistan sərhədinin 12 iyuldan başlayaraq ermənilər tərəfindən pozulması faktları bir daha bunu sübut etdi ki, onlar şər daşıyıcılarıdır. Həmişə olduğu kimi, xalqımız və dövlətimizin birliyi bu şərin qarşısını ləyaqətlə aldı. İndi dünya, o cümlədən Türk dünyası 90-cı illərin dünyası deyil ki, ermənilərin oyunlarına aldansın. Ona görə, bu dəfə Azərbaycanı günahkar çıxarmaq cəhdləri dövlətimizin və xalqımızın birgə fəaliyyəti nəticəsində puç oldu. Bu gün Ermənistanı müdafiə edənlər varsa, şübhəsiz, bunlar din və iqtisadi təzyiq amilləri ilə bağlıdır, eyni zamanda Azərbaycana qərəzli münasibət sərgiləyənlərdir. Bu günlərdə Moskvada “Food City” bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişinin qadağan edilməsi yerində edilən bir hərəkətdir. Belə də olmalıydı. Başqa cür olması bizimkilərin vecsiz və biganəliyinin göstəricisi olardı. Necə ola bilər ki, erməni torpağına, soydaşlarına saldırsın, sən də onlara çörək ver ki, daha da harınlayıb çirkin oyunlarını davam etdirsin?! Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərlərinin məsələni müzakirə etmək istəyi də qəbul olunmayıb, həmin şəxslər bazardan qovulub. Bu hadisə haqlı və gözlənilən idi. Hətta bundan betəri də baş verə bilərdi. Azərbaycan əsilli yəhudilərin və azərbaycanlı iş adamlarının həmrəylik nümayiş etdirmələrini təbii qarşılayıram. Bu, vətənə sədaqətin və işğalçıya münasibətin başqa bir aspektdə təzahürüdür. Azərbaycanda doğulan yəhidilər də, başqa xalqlar da bu torpağın havası, suyu, çörəyi ilə böyüyüblər, ona görə də, onların dövlətimizlə, xalqımızla və ordumuzla həmrəylik göstərməsi təbii qəbul edilməlidir.
Ermənilər Qafqazda təcrid olunmalıdır ki, saxta göz yaşlarını silib həqiqəti görə bilsinlər. Amma görünür, doğrudan bu millət elə haqqı tapdalamaq, öldürmək və sonra da ağlamaq üçün yaranıb. Ermənistana dəstək verənlər də eyni xəyanəti görəndə, gec-tez uzaqlaşmalı olacaqlar. Bax onda ermənilər əsl göz yaşları axıdacaqlar”.
D.Osmanlı vurğuladı ki, ermənilərin Qafqazda onun-bunun hesabına məkrli iddialarla yaşayıb, bölgənin hüzurunu pozmağa haqları yoxdur və yerində oturdulmalı, ötən əsrlərdən bu yana zəbt etdikləri torpaqlardan getməlidirlər. “Ermənilər bu torpaqlardan getməlidirlər. Hara getməlidirlər? Təbii ki, vətənsiz olan millətin aqibəti dağılmaqdır “-deyə ekspert vurğuladı.
İradə SARIYEVA