şənbə günü, 31 oktyabr 2026
     

Artan təzyiqlər, çətinləşən vəziyyət Ermənistanın Qarabağ siyasətini dəyişir – İrəvan sülhə məcbur edilir, mərhələli həll gündəmdə…

Image


Getdikcə daha ağır duruma düşən Ermənistanın bu gedişlə işğal siyasətini davam etdirməsi də çətinləşir. Hər halda, Ermənistanın özündə də çoxsaylı etiraflar səslənir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət ölkənin daha sürətlə zəifləməsi fonunda erməni tərəfinin lehinə deyil. Erməni politoloq Andranik Tevanyan da xüsusi olaraq vurğulayır ki, Ermənistan qarşıdakı dövr ərzində böhranda olacaq. O, Ermənistan qarşısında əsas çağırışların Qarabağ məsələsi, koronavirus, sosial-iqtisadi və xarici siyasət, məhkəmə böhranları və aşağı səviyyəli idarəetmə olduğunu bildirib:“Baş nazir fövqəladə vəziyyətdə idarəetmə şəraitinin formasını dəyişməklə bağlı son şansından məhrum olub. O özü ciddi böhran mənbəyinə çevrilib. Bu, Ermənistan və Qarabağa çox baha başa gəlir. 2022-ci ilə qədər böhran vəziyyətində olacağıq. Bu, yekunda təhlükəsizliklə bağlı ağır nəticələrə gətirib çıxaracaq”.

Erməni ekspert bildirir ki, bu durumda Qarabağın Azərbaycana qayıtmaq ehtimalı da artır:“Çünki pandemiya Ermənistanla müqayisədə Azərbaycana daha az zərər vurur. Digər tərəfdən, Azərbaycanın böyük ehtiyatları var. Belə vəziyyətdə Azərbaycan-Rusiya münasibətlərində olanlar da prosesə təsir edir. Nikol Paşinyan hakimiyyəti isə bütün bunları görə bilmədi və bunun ağrısını da bütün ermənilər çəkəcək”.  Bu durumda erməni diplomat Arman Melikyan isə belə bir iddia ilə çıxış edib ki, Qarabağ məsələsində Rusiya təşəbbüsü tam öz əlinə almağa çalışır, Azərbaycan isə ona dəstək verməyə hazırdır. Çünki Kreml prosesdə Bakının istədiyi mövqeni sərgiləyir. O, cəbhədə son dövrlərdə ağır silahların işə düşməsinin də bunun nəticəsi olduğunu istisna etmir. Xatırladaq ki, bu günlərdə Azərbaycan ordusu 2019-cu ilin iyun ayından sonra ilk dəfə atəşkəs rejimini pozan düşməni minaatanlardan istifadə edərək susdurub. Bu, Ermənistandakı daxili siyasi sahədə olduqca qaynar reallıqların fonunda, yeni hökumətlə keçmiş idarəetmə sistemi arasında canlı qarşıdurma dalğasının bir neçə vektorla yayıldığı bir şəraitdə, Rusiya ilə münasibətlərin pozulması zəminində baş verir. Belə iddilar da səslənir ki, burada Ermənistandakı daxili inkişafın gərginləşməsi fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum açıqlamanı verməsinə də diqqət yetirilməlidir. Lavrovun açıqlaması Ermənistan daxilində hələ də böyük bir çaxnaşma yaradıb. “1in.am” nəşri məsələ ilə bağlı yazır ki, İrəvana təzyiqin artırılması ilə bağlı məsələ varsa, Moskvanın bu məsələ ətrafında Bakı ilə razılığa gəlməyə çalışması qaçılmadır:“Digər tərəfdən bu, Ermənistana qarşı “sınanmış” şantajdır və ümumiyyətlə, qanuni bir hökumətə qarşı belə “ənənəvi” şantajın əldə edilməsinin mümkünsüz olduğu görünür. Əslində, Ermənistanda hesab edilir ki, Qafqazda istənilən genişmiqyaslı hərbi əməliyyat təkcə onun birbaşa iştirakçıları üçün deyil, Moskvanın özü üçün də fəlakət olardı. Kremldə bu həqiqəti, çətin ki, anlamamış olsunlar.
Hazırda Ermənistanda ona ümid edirlər ki, Qarabağ məsələsini hərbi yolla həll etmək cəhdi Rusiyanın Qafqazdan çıxması məsələsi ilə yekunlaşa bilər. Əlbəttə ki, Ermənistana bu lazım deyil, ən azı, hələ ki, Rusiyanın Qafqazda erməni təhlükəsizliyinin məntiqinə uyğun davranışda qalması vacibdir. Şübhə yoxdur ki, Türkiyə və Azərbaycan bu perspektivi səbrsizliklə gözləyirlər. Buna baxmayaraq, Moskvanın Qafqazdakı varlığını Qərbə baha qiymətə belə bir perspektiv yaratmaqla satmağa cəhd edə biləcəyi istisna edilməməlidir. Vəziyyət həqiqətən mürəkkəb və çoxşaxəlidir. Siyasi rəhbərlik və Ermənistan cəmiyyəti müxtəlif daxili çəkişmələrə deyil, bu miqyasa diqqət yetirməlidir. Amma yetirə bilmirlər. Əvəzində Rusiyanın Azərbaycanla yaxınlaşması və Ermənistanda dərinləşən böhran Qarabağ məsələsinin taleyinə daha çox təsir etməyə başlayır”. Erməni siyasi ekspert Aram Amatuni də bildirir ki, Qarabağ məsələsində ölkəsi üçün olduqca ağır durum yaranıb:“Bir tərəfdən pandemiya Ermənistanı sürətlə zəiflədir. Digər tərəfdən mütəffiqlərimiz, o cümlədən Rusiya bizdən üz döndərir. Belə vəziyyətdə cəbhədən də narahatedici xəbərlər gəlir. Bu durumda İrəvan Moskva ilə münasibətləri mütləq qaydaya salmalıdır. Yoxsa Azərbaycanı durdurmağa heç kim qalmayacaq. İndiki halda Rusiya və Ermənistan illərlə davam edə biləcək inqilabdan sonrakı çətin vəziyyətə uyğunlaşma mərhələsindən keçməlidirlər. Rusiyanın nəinki siyasi, həm də psixoloji baxımdan suveren Ermənistan anlayışı və reallığı ilə barışması son dərəcə çətindir.

Digər tərəfdən, Ermənistanın Moskvanın həmin uyğunlaşma mərhələsindən keçməsi üçün bu istiqamətdə işləməkdən başqa alternativi yoxdur. Nəticədə qarşı tərəfin üzünə qapını çırpmaq hər iki tərəfin mənafeyinə uyğun olmayan bir vəziyyətdir, eyni zamanda tərəflərdən biri qapının bir açarı olması və bir açarın onun əlində olmasının lazım olduğunu düşünür”. Amatuni qeyd edir ki, çətin uyğunlaşma və qarşıdurma ilə müşayiət olunan Ermənistan-Rusiya münasibətlərinin çətin mərhələsi qaçılmaz olur, çünki əks təqdirdə, suverenlik hesabına erməni-rus dostluğu Ermənistanın həyatı və ərazilərinə baha başa gələcək: “Bu, nəinki erkən tarixi, həm də olduqca təzə ağrılı və faciəli nümunələrə malikdir. Burada əsas məqama - siyasi sinifin məsuliyyəti məsələsinə gəlib çıxırıq. Buradakı problem təkcə hökumətdə deyil. Digər tərəfdən isə müxalifət və ya ümumiyyətlə bütün siyasi subyektlər var. Ermənistan bu problemin ən aydın, acı və ağrılı təzahürünü dövlətçilik üçün həlledici 2013-2016-cı il dövründə yaşadı. Ermənistan siyasətinə Rusiya siyasətinin ən böyük acı təzyiqi həm də erməni müxalifəti və ya daha doğrusu, müxalifət vasitəsilə də tətbiq olunurdu. Çünki Serj Sarkisyana müxalif qüvvələr, əslində Ermənistanı böyük təhlükə altına qoyan, siyasi müqaviməti zəiflədən və xarici təcavüz ehtimalını artıran siyasi reallıqlara deyil, şəxsə müxalif çıxırdı. Rusiyanı uyğunlaşma mərhələsinə uyğunlaşdırmaq məsələsində Ermənistanın ən böyük, güclü vasitə və qaynaq problemi var və burada siyasi sinif məsələsi ortaya çıxır. Təəssüf ki, hazırda bu məsələ, demək olar ki, utancverici şəkildə ortaya çıxır. Lavrovun açıqlamaları Ermənistan siyasi səhnəsində müxalif mövqe tutan qüvvələrin bir hissəsini daxili münasibətləri aydınlaşdırmaq üçün bir vasitəyə çevirir, əslində isə bu, Ermənistana zərbə vurma həcmini artırır. Bu qüvvələrin ictimai çəkisi, əlbəttə ki, əhəmiyyətli bir siyasi problem yaratmaq üçün çox azdır. Ancaq burada əsas problem hər hansı bir siyasi əlaqələrin platformasından üstün və üstəlik, siyasi platformanın yaradılmasının əsas meyarı olmalı olan ölkənin siyasi suverenliyi və dövlət ləyaqətinin toxunulmaz prinsipi məsələsinin bir daha Ermənistanda təzahür etməsidir. Hələ ki, Lavrov istəyərək və ya istəmədən Ermənistandakı eyni səviyyəli düşüncə ilə bağlı ucadan danışılan sözlərlə örtülə bilməyən dövlət səviyyəli siyasi düşüncə problemini ortaya qoydu. Ermənistanda bu səpkidə çaxnaşma davam  edir. İndi həm daxildə, həm də Qarabağ məsələsində ciddi çətnliklər var”. Amatuni vurğulayıb ki, hadisələr bu səpkidə davam edərsə, Ermənistan nəzarətdə saxladığı ərazilərin daha bir hissəsini ya güc, ya da kənar təzyiq vasitəsilə Azərbaycana qaytarmalı olacaq. Ekspert hesab edir ki, burada Rusiyanın təzyiqi ilə dinc müstəvidə bir neçə rayonun Azərbaycana qaytarılmasına Bakıda daha çox ümid edirlər:“Rusiyanın indiki mövqeyi fonunda bu ümidlər əbəs deyil”. Ekspert xarici işlər naziri Elmar Məmmədyarovun son günlərdə mərhələli həlla dair dalbadal verdiyi açıqlamaları bu mənada təsadüfi saymır.

Xatırladaq ki,  Elmar Məmmədyarov Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son açıqlamalarına təkrar münasibət bildirib. Onun sözlərinə görə, Lavrovun bəyan etdiyi münaqişənin nizamlanmasının mərhələli həll variantı bir neçə ildir müzakirə mövzusu olub və həmsədrlərin açıqlamalarında açıq şəkildə əksini tapıb. Bununla yanaşı, o, danışıqların gizli olduğunu, detalların açıqlanmadığını, lakin danışıqların ümumi çərçivəsinin həmsədrlər, həm də həmsədr ölkə rəhbərlərinin açıqlamalarında açıqlandığını qeyd edib:“Bu açıqlamalarda münaqişənin mərhələli şəkildə həlli, yəni əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi və Azərbaycanla Ermənistan arasında əlaqənin açılmasını əhatə edən münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılmasının elementləri əks etdirilir”. Nazir əlavə edib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin müzakirə olunmadığını, danışıqlar masasında sənədin olmadığını deməklə öz ictimaiyyətini aldadır: “Ermənistan tərəfinin beynəlxalq ictimaiyyət qarşısında razılaşdırıldığı kimi vaxt itirmədən öz xalqını sülhə hazırlaması yaxşı olardı”. “Aravot.am” nəşrinin yazdığına görə,  həll prosesinin bu fəallığının fonunda, güman etmək olar ki, Rusiya Ermənistana təzyiqləri artıracaq:“İndi erməni diplomatiyasının bir nömrəli vəzifəsi qarşıdakı danışıqlardan əvvəl erməni tərəfinin dəqiq fikri sahəsində mövqeyini qeyd etməkdir. Əvvəla, rəsmi İrəvan mərhələli versiyanın lehinədir, ya yox? Bu suala həm qarşıdakı qapalı danışıqlarda, həm də açıq birmənalı şəkildə cavab verilməlidir. Moskva və Bakı daim hansı sənəddən bəhs edir? Əgər çoxsaylı işgüzar sənədləri varsa və Azərbaycan onlardan sadəcə birini vurğulayırsa, rəsmi İrəvan üçün sual yaranır ki, Ermənistan tərəfinin öz sənədi varmı və varsa, danışıqlar zamanı işgüzar bir variant olaraq istifadə olunurmu?  Erməni tərəfinin qarşıdakı danışıqlardan əvvəl görüləsi çox işi var. Ermənistan üçün danışıqlar prosesində çox həlledici mərhələdir. İstənilən sürüşkənlik rəsmi İrəvanı daha da çətin vəziyyətə sala bilər”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ