şənbə günü, 31 oktyabr 2026
     

Ermənistanın Qarabağ ümidləri tam qırılır – Kreml İrəvana konkret mesajlar verməyə başladı

Image


Işğalçı Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan son vəziyyətlə bağlı Azərbaycanın bu prosesdə artıq qələbə çalması ilə bağlı fikirlər yayılmağa başlayıb. Hesab edilir ki, yaxın tezlikdə işğal altındakı ərazilərin Azərbaycana qaytarılması prosesinə start veriləcək. Elə erməni siyasi analitik Akop Badalyan da bunun qaçılmaz olduğunu bildirir.

Badalyan qeyd edir ki, Azərbaycan tərəfi burada ustalıqla gedişlər edərək Rusiya faktorunu uğurla neytrallaşdırıb:“Hətta Moskva bu gün açıq şəkildə Azərbaycanpərəst bir mövqe sərgiləyir. Ermənistana münasibətdə isə vəziyyət bunun əksidir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistandakı erməni-rus problemləri ilə bağlı açıqlamalarından sonra baş nazirlə "böyük sahib" sayılan Kreml arasındakı toqquşmalar və daxili siyasi qarşıdurmalar kəskinləşməyə başladı. Ermənistanın siyasi həyatındakı bu gözlənilməz gərginlik Lavrovun açıqlamaları ilə üst-üstə düşür”. Badalyan onu da qeyd edib ki, əslində rusiyalı nazirin açıqlamaları Ermənistanda daxili siyasi gərginlik və ya qarşıdurmanı daha da artırdı:“Lavrovun bu açıqlamalarının əsas hədəfinin bu olduğunu demək çətindir, amma daxildə siyasi gərginliyin bundan sonra artması da göz önündədir. Eyni zamanda, Rusiyanın bu təzyiqlərinə qarşı Ermənistanın “immunitet sistemi”nin işləyib-işləməməsi ilə bağlı sual ortaya çıxa bilər ki, bu da kəskinləşmədə özünü göstərir. Baş verənlərdən bu qənaətə gəlmək olar ki, Ermənistanın institusional bir immunitet sisteminə ehtiyacı var. Amma Ermənistanın immun müdafiəsinin institusional səviyyəsinə nə vaxt keçəcəyi hələ məlum deyil. Kəskinləşmə ilə Lavrovun ifadələri arasındakı əlaqəyə gəlincə, pandemiyanı da nəzərə alsaq, Ermənistan həm ənənəvi, həm də yeni problemlərlə üzləşir. Rusiya bu mənada “universal” təhdid mənbəyidir və burada Lavrov amili, əlbəttə, diqqət çəkir.

Bütün problem ondadır ki, hakimiyyət məsələsində Rusiya özü də güclü daxili və xarici təzyiq altında qalmaqdadır. Böyük ehtimalla, Lavrovun bu açıqlaması bu nöqteyi-nəzərdən Rusiyanın Ermənistanı itirə biləcəyi narahatlığından irəli gəlir. Onun bu narahatlığı istər pandemiyanın, istərsə də Ermənistanın yeni hakimiyyətinin yaratdığı narahtlıqlara əsaslanır. Dünyada yeni geosiyasi mənzərənin yaranması Moskvada təkcə Ermənistanla yox, ümumən Qafqazla bağlı ciddi təşvişlərə səbəb olur”. Badalyan Rusiyanın Ermənistanın əlindən çıxması ilə razılaşmaq istəmədiyini bildirib:“Rusiya Ermənistanın taleyini mərcə qoyub. Bəs, Rusiya bundan qazanclı çıxa biləcəkmi? Bu oyunlara davam edəcəksə, o zaman “böyük və güclü rus”un boynunu bükməyə yaxın olan Azərbaycanın qələbəsinə Ermənistan da hazır olmalıdır”. Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hakobyan da qeyd edir ki, Bakı Kreml üçün indi olduqca vacib tərəfdaşa çevrilib:“Rusiya-Azərbaycan münasibətləri hazırda Ermənistan-Rusiya münasibətlərindən daha çox stratejidir”. Erməni siyasi xadim bu münasibətləri təhlükəli olaraq qiymətləndirib:“Qeyd etmək lazımdır ki, buna böyük ölçüdə məhz Ermənistan baş naziri Nikol Paşinyan töhfə verib”.

Rusiyada fəaliyyət göstərən “Qafqaz” geosiyasi klubunun direktoru Nikolay Banin isə hesab edir ki, erməni tərəfinin narahatlığı heç də əbəs deyil. O, Ermənistanın getdikcə daha çətin vəziyyətə düşdüyünü bildirir:“Aydındır ki, Rusiya xarici işlər naziri Lavrovun bəyanatı İrəvanda qeyri-müəyyən vəziyyət yaradıb”.
Banin qeyd edib ki, bu ilk növbədə tələskənliyi açıq şəkildə ortaya qoyub və Ermənistan xarici işlər nazirinin son mətbuat konfransı bu tələskənliklə təşkil olunub:“Bununla birlikdə aydındır ki, onun çıxışı cavablar səslənməsindən daha çox suallar yaratdı. Baş nazir Nikol Paşinyan bunlara cavab verməlidir, çünki Qarabağ münaqişəsində dönüş nöqtəsi əldə etmək və həmçinin münaqişənin həll prosesini şəffaflığın yeni səviyyəsinə çatdırmaq haqqında ucadan səslənən bəyanatlar 2018-ci ildə onun hakimiyyətə gəlməsinin heç də az önəmli olmayan elementlərindən idi. Gördüyümüz kimi, nə birini, nə də digərini həyata keçirməyiblər. Bu səbəbdən Ermənistana Qarabağ təzyiqləri artır. İrəvanın geri çəkilməyə yolu qalmayıb”. Digər tərəfdən, Nikol Paşinyan ölkə əhalisinə boyun olduğu firavan həyatı da yarada bilmir. Bunun başlıca səbəbi, dəfələrlə deyildiyi kimi, Rusiya amilidir. Ermənistan bütün sahələr üzrə bu ölkədən asılıdır. Bu mənada Rusiya təzyiqi Ermənistan üçün çox şey deməkdir və Qarabağ məsələsində də effekt verə bilər. Elə Azərbaycan üçün bu fonda maraq doğuran əsas məqam da maraqlı qüvvələrin, o cümlədən Rusiyanın Qarabağ  məsələsinə obyektiv yanaşma sərgiləyib onun həllinin tezləşməsinə töhfə verməsidir. Hazırda böyük  dövlətlər,  eləcə də  Minsk Qrupuna həmsədrlik edənlər konfliktə bağlı status-kvonun dəyişməsinin vacib olduğunu bildirir. Burada son dövrlərdə Moskvanın fəallaşması isə irəvan üçün daha böyük problem sayılır. Qeyd edək ki, bundan əvvəl də əksər erməni politoloqlar tərəfindən Rusiyanın Qarabağ məsələsində Ermənistana təzyiqlərini artırması barədə çoxsaylı fikirlər səsləndirilib. Məsələn, onlardan biri olan politoloq Stepan Qriqoryan bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməsi üçün Ermənistana təzyiqlər var. Onun sözlərinə görə, Rusiya regional məsələlərdə Azərbaycanın dəstəyini əldə etmək üçün Ermənistanın Qarabağdan çıxmasını istəyir:"Bunun hansı formada baş verəcəyini, bir neçə rayon, yaxud ümumiyyətlə bütün ərazilərin verilməli olduğunu deyə bilmərik. Amma bütün hallarda, hətta xırda güzəşt də Qarabağın əldən çıxması deməkdir. İndi Ermənistan zəif tərəfdir və burada bütün sahələrə - iqtisadiyyata, sənayeyə, energetikaya, təhlükəsizliyə Rusiya nəzarət edir. Rusiya bilir ki, bizə qarşı ciddi təsir imkanları var". Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Rusiyanın indiki siyasəti Ermənistanın maraqları ilə ziddiyyət təşkil edir. Hesab edilir ki, Moskva Qarabağ məsələsində bir qədər də aktiv fəaliyyətə keçsə, Ermənistan nəhayət Qarabağ məsələsində konstruktiv mövqe sərgiləyə bilər. Çünki İrəvan Moskvaya hansısa ciddi müqavimət göstərmək imkanında deyil.

Ermənistanın Xristian-Demokrat Partiyasının lideri Levon Şirinyan isə hesab edir ki, Kreml indiki halda həm də Nikol Paşinyana dərs verməyı düşünür:“Kreml hələ də Ermənistandakı hakimiyyət dəyişikliyini həzm edə bilmir”. Şirinyanın Sergey Lavrovun Azərbaycanın işğal edilmiş bölgələrinin azad edilməsi ilə bağlı son çağırışı və əvvəllər Ermənistan hakimiyyəti əleyhinə səsləndirdiyi fikirlərə münasibəti isə belə olub: “Ermənistandakı hakimiyyət dəyişikliyini həzm edə bilmirlər. Çünki həmişə Rusiyada deyirlər ki, baxın, onlar üçün nə etmişik. Amma fakt budur ki, Ermənistan xalqı dəyişikliyə getdi və ruslar bunu qəbul etmirlər. Seçimlərimizlə barışmalı və bizimlə ortaq olmalı, vassal münasibətləri qurmamalıdırlar. Vassallıq Serj Sarkisyanın öz gücünü itirməsi ilə öldü. Rusiya artıq Ermənistanın onun vassalı olmadığı faktı ilə barışmalıdır. Ermənistan son 300 ildə ilk dəfə bərabər münasibətlər üçün ərizə təqdim etdi və bu onlar üçün qeyri-adi haldır. Bu səbəbdən Lavrov son açıqlamasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının vacibliyindən danışıb. Bundan əvvəl isə Sergey Lavrov Nikol Paşinyan hökumətini həbsdə olan sabiq prezident Robert Köçəryanı azad etməyə çağırmışdı. Rəsmi İrəvan onun bu tələbini Ermənistanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirərək qəbul etməyib. Rusiya bunu da unutmur və Kremlin təzyiqlərinin daha da artması gözləniləndir”. Yeri gəlmişkən xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan verdiyi müsahibədə Köçəryanın məhkəməsinin Moskva üçün böyük əhəmiyyət kəsb etdiyinə görə Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini bildirmişdi. Bu fonda da Kremlin İrəvana təzyiqləri artırmaqda davam etməsi gözlənilir. Amma əsas təzyiqin indiki halda Qarabağ məsələsi üzərindən olması proqnozlaşdırılır. Rusiya İctimai Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev isə hesab edir ki, Moskva həm də Ermənistanın tərs mövqeyi üzündən Qarabağda hərbi əməliyyatların yenilənməsini istəmir:"Bunun mühüm səbəbləri var. Çünki Dağlıq Qarabağ müharibəsi başlasa, Türkiyə və Rusiya kimi oyunçular da bura cəlb ediləcək. Moskva isə bunu istəmir. Xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərinin yüksək səviyyədə olduğu bir vaxtda. Bu mənada, Kreml danışıqlar yolu ilə münaqişənin gedişində dəyişikliklər olmasında maraqlıdır. Bu dəyişikliklərin yolu isə Ermənistana təzyiqlərin artırılmasından keçir. İndiki halda belə qənaətə gəlmək olar ki, Ermənistana təzyiq etməyəcəklərsə, əlbəttə ki, Azərbaycanın əl-qolu açıq olacaq. Çünki Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsinə nail olmaq istəyir və bunu heç vaxt gündəmdən çıxarmayıb".

Hər halda, görünən həm də budur ki, artıq Kreml də İrəvana lazımı mesajlıar verir. Sadəcə, indi erməni tərəfinin bundan lazımı nəticə çıxarması olduqca mühümdür. Əks təqdirdə məsələnin hərb yolu ilə çözümünü tapması qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ