Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, işsizlərə 190 manat birdəfəlik yardım verilməsi aztəminatlı ailələr tərəfindən müsbət qarşılanır.
Ağdaş rayonundan Əhmədova Günay Şahin qızı öz məktubunda dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinə, iqtisadiyyatın təhlükəli risqdən qorunması yolunda həyata keçirdiyi tədbirlərə görə bir gənc olaraq Prezidentə təşəkkürünü bildirir. “Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insanların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşısında baş verib.
Sizin bu ağır zamanda - pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən də 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı” - deyə vətəndaş yazır.