“Sizin uzaqgörən siyasətiniz, yüksək intellektual səviyyəniz və qabaqcadan düşünülmüş ağıllı, müdrik siyasətiniz sayəsində bu günlərdə baş verən dəhşətli pandemiyadan Azərbaycan xalqı ən az itkilərlə çıxmaq ərəfəsindədir. Bu səbəbdən Sizə ailəmiz və qohumlarımız adından təşəkkürümüzü bildiririk”.
Bu fikirlər Gəncə şəhərindən Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, SSRİ idman ustası Ramazanov Adil Mirzə oğlunun Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubdandır.
O, həmçinin, qeyd edir ki, ölkə başçısının rəhbərliyilə tezliklə xalqımız pandemiya bəlasından birdəfəlik xilas olacaq.