Bazar günü günü, 01 noyabr 2026
     

Kremldən İrəvanı şoka salan yeni Qarabağ gedişləri – “… danışıqlar artıq Bakının istədiyi müstəvidədir” qənaəti ortalığı qarışdırdı

Image


Ermənistanın işğalçılıq siyasətinin bu ölkəyə olduqca baha başa gəlməsi koronavirus pandemiyası fonunda özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Düşdüyü təcrid vəziyyəti üzündən onsuz da iqtisadi müstəvidə böyük çətinliklər yaşayan Ermənistan pandemiya səbəbindən indi daha ağır duruma düşüb.

Ermənistan İqtisadiyyat naziri Tiqran Xaçatryan da vəziyyətin kifayət qədər ağır olduğunu bildirir:“İkinci rübün əvvəlindən etibarən iqtisadiyyat üzrə mənfi göstəricilərimiz olacaq, ancaq ümid edirik ki, bərpa üçüncü rübdən başlayacaq, bu da çox səy tələb edəcək. Yüksəliş gözləmək çətindir, ancaq mövcud şərtlərə alışmaq və uyğunlaşmaq lazımdır”. Onun sözlərinə görə, ən böyük mənfi göstərici birinci rübün son iki həftəsində baş verib. Erməni mediası yazır ki, yaranmış vəziyyətdə Rusiya ilə iqtisadi münasibətlərin pisləşməsi və bu ölkədən pul göndərişlərinin dayanması vəziyyəti daha da qəlizləşdirir. “İrates” qəzeti isə yazır ki, Moskva yaranmış durumdan məqsədləri üçün istifadə etməyə cəhd edir:“Rusiya üçün Ermənistan hakimiyyətinə təzyiq baxımından daha əlverişli şərait yaranıb. Moskva bu təzyiqləri indi iki istiqamətdə daha aydın nümayiş etdirir. Bunlar Dağlıq Qarabağ münaqişəsi və qaz qiymətləri ilə bağlıdır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların gedişatı ilə bağlı məlum açıqlaması və iyundan etibarən qazın qiymət artımına dair verilən anonslar da bunu təsdiqidir. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllinin olduqca həssas olduğu və bunun ictimai müzakirə mövzusuna çevrilməsinin səmərəsiz olduğu bildirilir. Kreml bununla İrəvana mesaj verir ki, məsələ hansısa formada ictimai müzakirəyə çıxarılmasın və Ermənistan deyilənlərə əməl etsin. Bunun ardınca Moskva qaz qiymətində istəyinə nail olmaq niyyətindədir”.

Elə erməni siyasi ekspert Sarkis Artsruni də məsələyə eyni prizmadan yanaşır. O bildirir ki, Lavrovun və ya Rusiya Xarici İşlər Nazirliyinin qaldırdığı “səs-küyün” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni situasiya yaratması barədə iddialar əsassız deyil:“Rusiyanın siyasəti Ermənistanı daha zəif hala gətirəcək. Əslində, bu qalmaqalın hədəfi Ermənistanda qeyri-stabilliyə nail olmaqdır. Son mətbuat konfransında Rusiya xarici işlər naziri Ermənistan cəmiyyətini narahat edən iki mövzu - Dağlıq Qarabağ münaqişəsi və qaz tarifi ilə bağlı danışıqlar prosesi oyunundan faydalanıb. Hər iki epizodda Lavrov bilərəkdən Ermənistan cəmiyyətini öz hökumətinə qarşı yönəltməyə çalışıb. O, bir halda Paşinyan komandasının Qarabağ məsələsində zəif tərəf olması təsəvvürü yaradır, digər halda qazın qiymətinin rəsmi İrəvana görə yüksək olması ilə bağlı xalq arasında uçurum yaradır. Bu, əslində Moskvanın Ermənistana qarşı bir növ “hibrid müharibəsi”dir və şimaldan hansı yeni “sürprizlərin” gözlənilə biləcəyi hələ məlum deyil”. Digər tərəfdən, ekspertə görə, Lavrov açıq şəkildə bildirdi ki, Ermənistan qazın qiymətinin aşağı düşməsini istəyirsə, Rusiyada kapitalı olan şirkətlərin Ermənistanda mühakimə olunma siyasətinə yenidən baxmalıdır. Nümunə olaraq o, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə qarşı açılan cinayət işinə işarə edib. Ermənistan İstintaq Komitəsi “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin məsul işçiləri tərəfindən aşkar vergidən yayınma, səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda pulları mənimsəmə, müvafiq vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərini icra etməmə və ya lazımınca yerinə yetirməmə halları barədə cinayət işi qaldırıb. Bu isə Rusiyanın xoşuna gəlmir. Sarkis Artsruni də qeyd edir ki, əslində, Rusiya xarici işlər naziri Rusiya şirkətlərinə qarşı cinayət işləri ilə qazın qiymətini “barter” etməyə dair açıq mesaj göndərir, ancaq demək olar ki, Ermənistanın dövlət strukturları bunu anlamır və şərh vermir.

Qeyd edək ki, yalnız Ermənistan dövlət aparatının üst eşelonundan baş nazirin müavini Mher Qriqoryan Lavrovun verdiyi açıqlamanı şərh edib:“Xarici şirkətlər, o cümlədən Rusiya kapitalı olanlar hər şeydən öncə Ermənistanın rezident şirkətləri, işəgötürənlər və vergi ödəyiciləridir və onların normal, səmərəli işləmələri üçün əlverişli şərait yaratmaq və təmin etməkdə ən azı marağımız var. Eyni zamanda, hökumət hər hansı bir vəziyyətə görə qanun xaricində fəaliyyət göstərən heç bir şirkətə dözməyəcək və bu baxımdan ən yüksək siyasi səviyyədə rusiyalı tərəfdaşlarımızla qarşılıqlı anlaşma mövcuddur”.
Görünən odur ki, erməni tərəfi və Rusiya tərəfi reallığı fərqli qəbul edir və Lavrovun açıqlaması “ən yüksək siyasi səviyyədə qarşılıqlı anlaşma” olmasından xəbər vermir. Sarkis Artsruni qeyd edir ki, bu şəraitdə Moskvanın Qarabağ kartından da sərt şəkildə faydalanması tamamilə gözləniləndir. Ermənistanın “Aysor.am” saytı isə yazır ki, Rusiya ilə baş verənlər Nikol Paşinyan iqtidarının fərasətsizliyidir:Ermənistandakı hazırkı hökumət hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də Ermənistanı məhv edəcək. Bu, bütövlükdə Ermənistanın dövlətçiliyinə təhdiddir. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi respublikanın siyasi qüvvələrinin gündəmində olmalıdır. Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb. Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır – Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun ümumiyyətlə səfərlərinin turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı. Əslində, Rusiya Nikol Paşinyana gizli danışıqlar zamanı Dağlıq Qarabağ məsələsində güzəştə getməyə razılıq verməsi istiqamətində təzyiqləri artırır. Bunun da əsas səbəbi hakimiyyətin Rusiyanı incik salmasıdır. Elə Azərbaycan da bu vəziyyətdən olduqca məharətlə istifadə edir”. Bu fonda erməni siyasi analitik Karen Bekaryan vurğulayır ki, Qarabağ danışıqları artıq Bakının istədiyi müstəvidədir:“Artıq bu gün Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı “Madrid prinsipləri” sənədinin yenilənmiş variantı ətrafında danışıqlar gedir”. Onun sözlərinə görə, əslində, Lavrovun dediklərini bir yerə yığsaq görünər ki, bundan öncə “Madrid prinsipləri” sənədinin açıqlanmış hissəsində olan mərhələli danışıq prosesinin təsdiqlənməsi, elementlərin qeyd edilməsi, müzakirələr bu gün Madrid sənədinin çox pis variantı ilə yenilənənin ətrafında gedir.
Bekaryan qeyd edib ki, hazırda paket elementi prinsiplərin ümumi sənədi timsalında ikinci planda qalıb və substantiv yolla bunun müxtəlif xarakterli komponentləri müzakirə olunur:“İndi Azərbaycan Qarabağ tənzimlənməsi prosesindən ayrılmış bəzi elementləri hətta narazı qaldığı AŞPA-da belə müzakirə mövzusuna çevirmək üçün səyini əsirgəməyəcək. Burada ona dəstək verənlərdən biri də məhz Rusiya olacaq”. Ermənistanın Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Qurqen Yeğiazaryan da bu fonda hakimiyyətdən narazılıq edənlər sırasındadır:“Moskva İrəvanı Qarabağ kartı ilə də vurur. Bu səbəbdəndir ki, Nikol Lavrovun bəyanatından sonra ağzına su alıb oturub”. O qeyd edib ki, Lavrovun bəyanatına daha ciddi yanaşmaq lazımdır:“Hər halda, bənzər şey yox idisə, yerli-yersiz canlı yayıma girə və ən ucuz mövzulardan danışa bilən Paşinyan bu gün bunu etməli və Lavrovun bəyanatına toxunmalı idi. Ona bağlı olan mətbuat sadəcə bir işlə məşğuldur: bütün bunların hara aparacağını anlamadan Lavrovu nüfuzdan salırlar. Bunu isə Rusiyada da görürlər”.
Onun sözlərinə görə, bu gün Azərbaycan mətbuatının nə yazdığını izləmək lazımdır, çünki burada prosesin daha real mənzərəsi yaradılır.

Beləliklə, qey edilənlərdən bəlli olur ki, Moskva Qarabağ məsələsində də tutduğu mövqe üzündən Ermənistanda böyük əndişə yaranmasına səbəb olub. Çünki bu vəziyyətdə Qarabağ məsələsinin daha tez müddətdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkün hala gəlir. Hazırda isə erməni-rus əlaqələrinin qeyri-standart mərhələdə olması həqiqətdir. Hesab olunur ki, İrəvan hadisələr bu səpkidə davam edəcəyi halda çox şey itirməli olacaq. Bura Qarabağ məsələsi də şamil edilir və bu məsələdə Rusiyanın Ermənistan əleyhinə aktiv siyasətə start verib Azərbaycanla sıx işbirliyinə getməsi tam gözləniləndir. “1-in.am” portalı da yazır ki, Ermənistan hakimiyyəti olduqca çətin durumdadır:“Rusiya bizə ciddi problemlər yarada biləcək addımlar ata bilər. Bunlar çox incə oyundur, onu çox hazırlıqlı oynamalısan”. Beləliklə, qeyd edilənlər hazırda Ermənistanın xarici siyasət sahəsində ciddi problemlər yaşamaqda olduğunu üzə çıxarır. Bunun isə, digər sferalarla yanaşı, Qarabağ məsələsinə də əhəmiyyətli dərəcədə təsir göstərməsi qaçılmaz sayılır. Hər halda, hadisələrin inkişaf axarı yaxın tezlikdə Qarabağ məsələsində müəyyən dəyişikliklərin olmasını istisna etmir. Bunu isə Ermənistanda da aydın görürlər.

Tahir  TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ