Hindistanın Milli Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandiyə Ermənistanda heykəl qoyulacaq. Erməni mediasının yazdığına görə, heykəl İrəvan şəhərində ucaldılacaq.
Ermənistanın Hindistanın nəhəng şəxsiyyətinə heykəl qoymaq niyyətinə düşməsinin şübhəsiz ki, arxasında hansısa təmin olunmamış maraqlar və məkrli fikirlər dayanır. Bütün dünya xalqlarına yaxşı məlumdur ki, M.Qandi kifayət qədər humanist şəxsiyyət olub və dinc siyasi mübarizənin tərəfdarı, hətta banisi kimi tanınır.
Faşizmə könül verən, faşist əlaltılarına heykəllər ucaldan Ermənistanın M.Qandiyə heykəl ucaltmaqla bağlı qərar qəbul etməsi bu ölkənin tutduğu mövqe ilə qətiyyən adekvat deyil.
Yeri gəlmişkən vurğulayaq ki, ermənilər son bir neçə ildir özlərini Hindistana calamaq istiqamətində addımlar atırlar. Hətta özlərinin hindlilərlə tarixi yaxınlıqlarını da vaxtaşırı gündəmə gətirirlər. Özlərini müxtəlif xalqlara calaq etməkdə mahir olan ermənilər son illər Hindistandan, hindlilərdən də onəlli yapışmaq istəyirlər.
Xatirinizdədirsə, bir neçə il əvvəl Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Hindistanda rəsmi səfərdə olarkən türk-moğol memarlığının nadir incilərindən olan və dünyanın 7 möcüzəsindən biri sayılan, Sultan Cahanşahın sifarişilə sevimli xatunu Mümtaz Mahalın xatirəsinə inşa edilən Tac Mahalın erməni memarları tərəfindən tikildiyini utanmadan bəyan etmişdi. Bundan başqa, o, Mümtaz Mahalı da ermənilərə calaq etməyə cəhdlər etmiş və ermənilərlə hindlilər arasında tarixi qohumluq əlaqələrindən də danışmışdı. Əlbəttə, bunun quru erməni iddiasından başqa bir şey olmadığını hər kəs bilir.
Bundan başqa, bədnam Stepan Şaumyanın məzarının da Hindistanda olduğu haqqında məlumatlar var. Hətta KİV-də onun məzarının şəkillərinin də yayıldığı məlumdur.
Qasım Hacıyev: “…bunun arxasında ermənilərin hansısa bir marağı gizlənib”
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev Ermənistanın M.Qandiyə heykəl qoymaq istəyində olmasına münasibət bildirərkən qeyd etdi ki, doğrudan da Ermənistanın davranışlarında diqqətçəkən təzadlı məsələlər özünü büruzə verir: “Bütün dünyanın faşistlərin əlaltısı kimi tanıdığı, faşizmin təbliğatçısı olan Njdeyə heykəl qoyan bir dövlətin indi də belə bir niyyətə düşməsində kifayət qədər şübhəli məqamlar var. Bu, Ermənistanın özünü dünyaya təqdim etmək üçün əl atdığı yeni variantdır. Bütün dünyanın sülhpərvər xadim kimi tanıdığı, Hindistanın inkişafına, dirçəlməsinə böyük töhfələr vermiş bir şəxsiyyətin Ermənistanda heykəlinin qoyulmasına gəlincə, bunu başqa bir ölkə etsəydi, buna humanist bir addım kimi yanaşmaq olardı. Amma Ermənistanın Mahatma Qandiyə heykəl qoymaq istəyini birmənalı qarşılamaq mümkün deyil, bunun arxasında ermənilərin hansısa bir marağı gizlənib. Ermənilər son vaxtlar özlərini dünyanın qədim xalqlarından olan yəhudilərlə “qohum” hesab edirlər, hətta çinlilərlə eyni soykökə malik olduqlarını da iddia ediblər. Amma belə deyil. Ermənilərin mənşəyi iki xalqla daha çox bağlıdır. Farslarla və hindlilərlə. Hindistanda müxtəlif tayfalar var. O tayfaların içində heç bir qayda-qanuna riayət etməyən, köçəri həyat keçirən qaraçılar olub. Biz dəfələrlə bu barədə müzakirələr aparmışıq, yazmışıq. Akademik Marın dediyi kimi, onlar hibrit toplumdur. Ermənilər fars kökənli olmaqla yanaşı, həm də Hindistan qaraçılarıdır” - deyə qeyd edən Q.Hacıyevin sözlərinə görə, hətta XX əsrin əvvəllərində bəzi erməni partiyaları belə qərar vermişdilər ki, ermənilərə qaraçı deyən hər kəs cəzalandırılsın. Ermənilər arasında qaraçı olduqlarını etiraf edənlərə qarşı konkret cəza tədbirləri tətbiq edildiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, bu faktlar da var. “Qandinin heykəlindən Ermənistanın hansı məqsədlə istifadə edəcəyi hələ məlum deyil, amma burada kifayət qədər şübhəli məqamlar var. Hind qaraçıları olan ermənilər Qandiyə heykəl qoymaqla həm bir daha özlərinin hind qaraçısı, həm də Cənubi Qafqaza son əsrlərdə gəlmə olduqlarını sübut etmiş olarlar” - deyə professor Q.Hacıyev bildirdi.
O, həmçinin, vurğuladı ki, indiyə qədər başqa dövlətlərdən aldıqları ianələr hesabına yaşayan ermənilərin Qandiyə heykəl qoymaqla yəqin Hindistandan da umacaqları var: “Bildiyimiz kimi, indiyə qədər Avropanın böyük dövlətləri qarşısında özlərini məzlum göstərə-göstərə, ağlaya-ağlaya, “türklər bizi qırıb” deyə haray çəkərək, bu dövlətlərdən çoxlu yardımlar alıblar. Onlar bu yardımlardan hərtərəfli istifadə ediblər. Hətta keçən əsrin əvvəllərində Bristol ABŞ Prezidentinə yazırdı ki, sizin ayırdığınız yardımları ermənilər yaşamaq üçün yox, silah alıb qonşu ölkələrə hücum etmək məqsədilə istifadə edirlər. İndi də, gördüyünüz kimi, müxtəlif adlar altında ayrı-ayrı dövlətlərdən pul yardımları alırlar. Amma onlar arasında artıq Ermənistana pul verməyi dayandıran ölkələr də var. Hazırda ABŞ bundan imtina edib”.
İsmayıl Tanrıverdi: “Ermənilər əsrlər əvvəl xəyanət etdikləri Hindistanın yenidən etimadını qazanmaq, “timsah göz yaşları”na onları inandırmaq üçün…”
Ermənistanın M.Qandi “sevgisi”nin səbəbini izah edən BDU-nun Tarix fakültəsinin Erməni Araşdırmaları Elmi-tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi, ermənişünas İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, bunun kökündə ermənilərin Hindistana yarınması dayanır. İ.Tanrıverdiyinin sözlərinə görə, tarixən satqınlıq, yaltaqlıq, saxtakarlıq keyfiyyətlərinə malik olan ermənilərin, hayların əsl vətəni Hindistan olub. Hayların hətta Hindistan qaraçıları kimi tanındığını deyən İ.Tanrıverdinin bildirdiyinə görə, onlar satqınçılıq etdiklərinə görə Hindistandan Mesapatomiyaya qovulublar. “Ermənilər Mahatma Qandiyə heykəl qoymaqla sübut etmək istəyirlər ki, 2 min il əvvəl Hindistanda yaşayıblar. Bunu ermənilər özləri yazırlar. Tarixi mənbələrdən birindən oxumuşam ki, təxminən 1500, 2 min əvvəl Hindistanla Çin arasında müharibə baş verir və Hindistanda yaşayan hayların satqınçılığı nəticəsində həmin müharibə Çinin xeyrinə başa çatıb. Çin Hindistana qalib gəldikdən sonra ermənilər xəyanət etdiklərinə görə Hindistandan qovulublar. Onlar da gəlib Mesapatomiyada məskunlaşıblar. Ermənilər sonra Romaya sığınıb, burada Romaya xəyanət ediblər. Farslara sığınıblar, onlara da arxadan zərbə vurublar. Türkiyə ərazisində sığınacaq alandan sonrakı mərhələlərdə Bizansın, Romanın xeyrinə satqınçılıq edərək türklərə xəyanət ediblər”.
Son illər Ermənistanın Hindistanla əlaqələrinin genişləndiyini deyən ermənişünasın sözlərinə görə, hətta bu gün Ermənistanda hindli tələbələr də təhsil alırlar. Bundan başqa, Hindistandan bir qrup cinsi azlıq nümayəndəsinin gəlib Ermənistanda yaşadığı və hətta 14 nəfər cinsi azlığın bu ölkədə cinayət törətdiyini də qeyd edən İ.Tanrıverdinin sözlərinə görə, ermənilər özlərini Hindistana peyvənd etməklə “qədim xalq” olduqlarını “sübut” etmək istəyirlər.
Müsahibimiz bildirdi ki, ermənilər tarixən saxtakar, satqın və nankor xalq olublar və hətta özlərinin bu keyfiyyətlərini erməni tarixçiləri də qeyd edirlər. “Məşhur İspan yazıçısı Xose Antonio Quriara 1980-ci ildə Madridin mərkəzində ASALA-nın partlatdığı bombadan ağır xəsarət alır, ayağının birini itirir, 2 ildən sonra ASALA-ya üzv olur, qalan ömrünü onlara həsr edir, “Bomba” adlı romanı ilə onları dünyada xoşməramlı kimi tanıtdırır, onların məşqlərində iştirak edir. Amma o, 82 yaşında rəhmətə gedəndə heç bir erməni onun dəfnində iştirak etmir. Bunu ermənilər özləri etiraf edirlər və deyirlər ki, biz ona qarşı nankorluq etdik. İndi ermənilər əsrlər əvvəl xəyanət etdikləri Hindistanın yenidən etimadını qazanmaq, “timsah göz yaşları”na onları inandırmaq üçün İrəvanda Mahatma Qandiyə heykəl qoymaq istəyirlər. Həmçinin, onlar bununla özlərini faşizm tərəfdarı yox, “humanizm” təmsilçisi kimi təqdim etmək istəyirlər. Çünki bütün dünya Ermənistanı faşist əlaltılarına heykəl qoyan, faşizmi dövlət siyasətinə çevirən bir ölkə kimi tanıyır” - deyə İ.Tanrıverdi qeyd etdi.
İradə SARIYEVA