“Mən 70 yaşlı bir ana kimi Sizə və ailənizin hər bir üzvünə dərin sevgi və hörmətimi bildirmək istəyirəm. Bu il əmək fəaliyyətimi dayandırmışam. Buna baxmayaraq, Sizin və Mehriban xanımın istər işləyən nəslə, istərsə də təqaüddə olan yaşlı nəslə diqqət və qayğınızı çox yüksək qiymətləndirirəm. Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən çox irəli gedərək, bu amansız pandemiyaya qarşı layiqli mübarizə apardı. Allaha şükürlər olsun ki, ölkəmiz Sizin sayənizdə bu bəladan az itkilərlə qurtulmaqdadır”.
Bu fikirlər Sumqayıt şəhərindən Əməkdar müəllim Əsədova Qətibə Yəhya qızının Prezidentə yazdığı məktubda əks olunub. Əməkdar müəllim pandemiya ilə mübarizə dövründə dövlətin həyata keçirdiyi mübarizə tədbirlərini və reallaşdırdığı sosial layihələri müsbət qarşıladığını da məktubunda qeyd edir.