Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaqdan imtina edib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin dövlət qurumlarına göndərdiyi sənəddə deyilir.
Ukrayna XİN bildirib ki, 1915-ci il hadisələrinin tanınması və qeyd olunması Ukraynanın strateji tərəfdaşı Türkiyə üçün həssas məsələdir və bu mövzu Ermənistan və Türkiyə tərəfindən obyektiv tədqiq olunmalıdır: