Bütün dünyanın böhran keçirdiyi və pandemiyanın yaratdığı problemlərdən çıxış yolları axtardığı bir vaxtda Azərbaycan dövləti həyata keçirdiyi mübarizə tədbirləri, sosial-iqtisadi layihələrlə vətəndaşların yanında olduğunu bir daha göstərib.
Bakının Nizami rayonundan Rəfixanov Rəcəb Alik oğlu ölkə başçısına müraciətində onun rəhbərliyilə həyata keçirilən tədbirlərin vətəndaş məmnunluğuna səbəb olduğunu yazır. “Ev sahibi evin dirəyi, arxa-dayağıdır deyirlər. Bizim ölkəmiz də daim əziz Prezidentimizin əməyi və qayğısı sayəsində inkişaf edir. Dünyada bütün baş verənlərə baxmayaraq, həm xalqın, həm də ayrı-ayrılıqda hər bir vətəndaşın probleminə bütün ruhu ilə özünü sərf edən belə məsuliyyətli və fədakar lider çox az tapılar. Bu gün fikrimcə, təkcə mən deyil, milyonlarla insan Sizə - hamımızın qayğısına qalan, ən müdrik, mərhəmətli və dünyanın ən uzaqgörən Prezidentinə təşəkkürünü bildirir”.
R.Rəfixanov, həmçinin, yazır ki, dünyanı lərzəyə gətirən koronavirusla bağlı bu dərəcədə düzgün tədbirlər gördüyü üçün Prezident İlham Əliyevə təşəkkür edir. “Bu, Sizin bizə - Azərbaycan xalqına olduqca səmimi münasibətiniz barədə daha bir danılmaz faktdır” - deyə Nizami rayon sakini yazır.
R.Rəfixanov Prezidentin, sosial vəziyyətindən asılı olmayaraq, ölkənin hər bir sakininin vəziyyəti ilə maraqlandığı və bununla da hər kəsə ata qayğısı nümayiş etdirdiyini qeyd edir.
Xəbər xidməti