Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistan mərhələli həllə vadar edilir…

Image


Ermənistanda son günlərdə ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum açıqlamasından sonra İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli çözüm variantında əməli addımlıar atmağa vadar edilə biləcəyidir. İşğalçı ölkədə hesab edilir ki, Rusiya başda olmaqla, regionda maraqlı qüvvələr Ermənistanı mərhələli həll planının icrasına vadar edə bilər.

Artıq bu xüsusda çağrışların artması da Ermənistanın əndişəsinin, əslində səbəbsiz olmadığını göstərir. Rusiya Dövlət Dumasının deputatı Maksim İvanov da bildirir ki, Ermənistanın öhdəliklərə və razılıqlara əməl etməsi artıq zəruri şərtdir:"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşdırılmış şərtlərə əməl edirsə, Ermənistan da bunu yerinə yetirməlidir". Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır:"Hazırda müəyyən razılıq əldə olunub və bu razılaşmalarla problemin həllinə nail olmaq lazımdır. Ermənistan bunun üçün müvafiq addımlar atmalıdır". Erməni siyasətçi David Şahnazaryan isə bildirir ki, əslində İrəvan çox asanlıqla mərhələli həllə vadar edilə bilər. O hesab edir ki, bunun ümdə səbəbi Ermənistanın zəif hakimiyyətidir:"Dünyanın heç bir yerində, o cümlədən Rusiyada Ermənistanın baş naziri Nikol Paşinyanı ciddiyə almırlar. Bu səbəbdən o, Qarabağ məsələsində Ermənistanı istəmədiyi addımlar atmağa vadar etmək maraqlı qüvvələr üçün çətin olmayacaq".

Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistan üçün qaz qiymətləri ilə bağlı açıqlamasına münasibət bildirən Şahnazaryan qeyd edib ki, başqa dövlətə qarşı belə edilsəydi, deyərdim gülüncdür, amma bu vəziyyətdə faciəlidir. Onun sözlərinə görə, dünyanın hər yerində belə üslub qəbuledilməzdir:“Beynəlxalq münasibətlərdə belə iş tərzi qəbuledilməzdir və bu səbəbdən dünyanın heç bir yerində Paşinyanın hakimiyyəti ciddi qəbul olunmur. Lavrovun doğru və ya yanlış danışdığını bir kənara qoyaq, müttəfiqlərlə belə dildə və sözlərlə danışmaq düzgün deyil”. Şahnazaryan, həmçinin, Ermənistanın beynəlxalq vəziyyətində köklü dəyişiklik olduğunu bildirib və bunu ölkənin açıq-aşkar zəif xarici siyasət komandası ilə əlaqələndirdiyini vurğulayıb. O, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən daim “fırıldaqçılıq” faktlarının olduğunu da qeyd edib:“Ermənistanın və Rusiyanın rəsmi mətnlərində ciddi fərq var. Ermənistan versiyasında rus dilində olmayan böyük abzas var, rus dilində “güzəşt” yazılıb, erməni dilində isə “qarşılıqlı güzəşt”. Onun fikrincə, bu təkcə xarici siyasətdə deyil, Ermənistanda həyatın bütün sahələrində müşahidə olunur: “Paşinyan hökumətinin səriştəsizliyi və savadsızlığı ümumxalq fəlakətinə çevrilib”.

Digər erməni politoloq Şant Arutyunyan isə vurğulayır ki, əslində, Ermənistan artıq nələrəsə vadar edilir:“Ermənistan tərəfi bəyan edir ki, danışıqlar masasında hansısa sənəd yoxdur. Amma artıq belə bir fikir var ki, Paşinyan xalqı aldadır”. Onun sözlərinə görə, Nikol Paşinyan nə olduğunu başa düşmədən danışıq aparır:“Nikol Paşinyan deyir ki, biz danışıq aparmırıq. Lavrov və digərləri bizə cavab verir: Əzizim, nə istəyirsən de, amma bütün hallarda sənədi imzalayacaqsan”. Arutyunyan qeyd edib ki, Paşinyan danışıqların nə olduğunu başa düşə bilmir. O hesab edir ki, artıq mərhələli həll planı işə salınıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif edilən bu mövqe elə həmsədr dövlətlərin özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində dəfələrlə və ardıcıl olaraq səsləndirilib. Təbii ki, bu durumda Ermənistanın Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bəyan etməsi həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, həm də beynəlxalq birliyə meydan oxumaq deməkdir. Amma görünən odur ki, indi heç kim İrəvanın mövqeyini qəbul etmək niyyətində deyil. Burada nəzərə almaq lazımdır ki, beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar Ermənistanın işğalçı siyasətindən, belə demək olarsa, cana doyublar. Bunu işğal olunmuş Dağlıq Qarabağda keçirilən “seçkilərə” sərt  beynəlxalq münasibət də təsdiqləyir. Bu saxta “seçkilərin” nəticəsi heç bir ölkə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar, məsələn, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı, NATO, Avropa Parlamenti, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digərləri tanınmadı. Əksinə, münaqişənin Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar çıxan dövlətlərin sayı getdikcə artmaqdadır. Digər tərəfdən bəllidir ki, Minsk Qrupu həmsədrlərinin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe xüsusi qeyd olunub. Burada Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması təsbit olunub. Həmsədrlər, o cümlədən Rusiya tərəfindən bunun yenidən aktuallaşdırılması isə tasadüf sayılmır və Ermənistana qarşı təzyiq rıçaqlarının işə salınması kimi dəyərləndirilir. Bu prosesdə Rusiyanın xüsusilə son dövrlərdə fəallaşması həm də Moskvanın Paşinyan iqtidarına qarşı daha sərt mövqeyə keçməsi ilə izah edilir. Bunu rusiyalı politiloq Vitali Arkov da xüsusi olaraq vurğulayır. O xatırladır ki, əslində, Paşinyandan əvvəlki Ermənistan iqtidarı Qarabağ danışıqlarında Bakı ilə razılıq əldə etmişdi: “Alınan məlumatların “akkumulyasiyası” nəticəsində aşağıdakı faktlar əldə edildi: İrəvan işğal olunmuş Azərbaycan rayonlarını Bakının nəzarətinə qaytarırdı. Buna cavab olaraq, Azərbaycan və Türkiyə Ermənistanın iqtisadi blokadasının bir hissəsini qaldırmalı idi - müdafiə sənayesi məhsullarının daşınması və ikili istifadəyə qadağa qalmaq şərti ilə. İstisna 102-ci Rusiya hərbi bazasına və Ermənistandakı digər Rusiya obyektləri üçün hərbi yükün daşınmasına aid idi. Birbaşa Dağlıq Qarabağa gəlincə isə, Ermənistan bütün hərbi heyətini bu ərazilərdən çıxarmalı və əhalini tərksilah etməli idi. Kompromis sənədlərinə əsasən, Azərbaycanın məcburi köçkünlərinə və onların övladlarına bölgəyə qayıtmaq hüququ verilirdi. Sənədlərdə daşınmaz əmlakın geri qaytarılması və ya bunun üçün kompensasiya məsələsində dəqiq bir anlayış yox idi. Danışıqlarda İrəvan hazırda Qarabağda əvvəllər azərbaycanlılara məxsus olan ev və mənzillərdə yaşayan ermənilərin qovulmasına qarşı çıxdı. Variant kimi sənədlərdə bölgənin infrastrukturunu bərpa etmək proqramı çərçivəsində yeni yaşayış evlərinin inşası təklif edildi. Çünkü bu illər ərzində İrəvanın nəzarəti dövründə Qarabağın infrastrukturu çökmüşdü. Digər tərəfdən, bölgədə yaşamaq istəməyən erməni millətindən olan sakinlər Qarabağı tərk edə bilərdi. Eyni zamanda, Ermənistan hökuməti onlara maddi dəstək vermək məcburiyyətində qalırdı. Krediti isə İrəvana Moskva təmin edəcəkdi. Bölgəyə nəzarət baxımından bütün hüquqların tədricən Azərbaycana qayıdışına başlanacaqdı. Ermənistan isə Rusiyanın maraqları üçün vacib olan bu məsələləri əngəlləməməyə boyun olurdu. Lakin Nikol Paşinyan ABŞ-ın Ermənistan hakimiyyət orqanlarındakı adamlarının dəstəyi ilə bu planla bağlı danışıqları müvəqqəti dayandırdı. Sonradan İrəvan bu sənədlərlə danışıqlarda iştirak etməkdən ümumiyyətlə imtina etdiyini bildirdi. İrəvan qeyd etdi ki, Ermənistanda rəhbərlik və ölkənin prioritetləri dəyişib. Burada İrəvanın bu göstərişi məhz Vaşinqtondan aldığını söyləmək daha doğru olar. Azərbaycanın və xüsusən də Rusiyanın bölgədə güclənməsində maraqlı olmayan quvvələr var, buna görə də onlara bu regionda gərginliyin qorunması vacibdir. Rusiya artıq bu durumla barışmaq istəmir və bu səbəbdən Ermənistana təzyiqləri artıracağını gözləmək olar. Moskva Qarabağ məsələsində indi tam şəkildə Azərbaycanın yanında yer alır. Kreml Paşinyan üzündən bölgədə mövqelərini uduzmaq istəmir. Lavrovun Qarabağ açıqlamalarını da məhz bu fonda dəyərləndirmək lazımdır. Qarabağ məsələsində Kremlin İrəvana təzyiqlərinin daha da artacağını gözləmək olar”. Elə Ermənistanın “Hayrenik” nəşri də yazır ki, Rusiya indi Azərbaycanın yanında yer almaqda daha maraqlı görünür:“Rusiya xarici işlər naziri Sergey Lavrovun bu mənada Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mərhələli həll variantı haqqında bəyanat verməsi təsadüfi deyil. Onun Azərbaycan və Ermənistan nümayəndələrinin həll proqramının müddəları ətrafında müzakirələr apardığını iddia etməsi Ermənistan üçün təzyiq elementidir”. Nəşr bildirir ki, bu yanaşmalar həm dərinlik, həm də mahiyyət baxımından Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar erməni tərəfinin fikirləri ilə tərs mütənasibdir:“Lavrovun bəyanatına yer verən səbəblər Rusiyanın apardığı siyasət ətrafında suallar yaradır. Bu siyasət, əslində Azərbaycan yönümlü bəzi müddəalara sahibdir və Moskva onları zaman-zaman xatırladır”. Nəşr qeyd edir ki, bu vəziyyətdə Ermənistan Qarabağ məsələsində daha çətin duruma düşəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ