Bazar günü günü, 01 noyabr 2026
     

Koronavirus ABŞ-da seçkinin təxirə salınması ehtimalları yaratdı - Tramp hadisələrə fürsət kimi baxacaqmı…

Image


Donald Tramp koronavirusa görə ABŞ-da prezident seçkisini təxirə sala bilər. Xarici medianın verdiyi məlumata görə, bunu ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden bildirib:“Mənin dediklərimi yadda saxlayın.

Fikrimcə, o hansısa formada seçkini yubatmağa, bunun üçün müxtəlif səbəblər göstərərək təxirə salmağa cəhd göstərəcək”. Qeyd edək ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir. Trampın koronavirus bəhanəsi ilə seçkiləri təxirə salmaq kimi planları nə dərəcədə inandırıcı sayıla bilər?

  • Yeganə Hacıyeva: “ABŞ Konstitusiyası və hüquq sistemi prezident seçkilərinin təxirə salınması, müəyyən müddət üçün ləğvini təmin etmir”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ da prezident seçkiləri dörd ildən bir keçirilir və proses üç mərhələdə: yerli, ştat və federal səviyyədə baş tutur:“Ümumiyyətlə, bu ölkənin seçki sistemi elə qurulub ki, ölkə üzrə bütün ştatlar üçün yekcins və vahid prezident seçkiləri prosesi yoxdur, bu proses çoxpiləli və bir neçə mərhələdən ibarət mürəkkəb prosesdir. Suala şərh verməzdən öncə hazırda ABŞ-da prezident seçkiləri öncəsi prosesləri izah etmək daha doğru olardı. Dünyanın bütün digər ölkələr kimi, ABŞ da pandemiya və onun ölkənin daxili siyasi və iqtisadi təsirlərinə hazır deyildi. Xüsusilə də ölkənin həyatında ən önəmli siyasi hadisə olan prezident seçkilərində pandemiyanın təsirindən baş verə biləcək istənilən vəziyyətlə bağlı. Burda bir haşiyə çıxım ki, qlobal pandemiya ölkələr üzrə hökümətlər və onların idarəetməsi üçün bir test oldu, pandemiyadan öncə siyasi qurupların cəmiyyətlərdə mövqelərini dəyişdi, mövqelər sıfırlandı, bəzi yüksək mövqelər zəiflədi və ya əksinə. Bir sözlə, mövcud vəziyyət dəyişdi. Çox qısa bir zaman üçün pandemiya ABŞ iqtisadiyyatına tarixinin ən pis böhranlarından birini gətirdi: kiçik biznes iflasa uğrayır, işsizlik 3,5% -dən 4,4% -ə yüksəlir, milyonlarla insan işini itirir. Təkcə mart ayında 700 mindən çox insan işini itirdi. Bu göstərici 2009-cu ildən bəri işsizlik səviyyəsində ən böyük sıçrayışdır. Analitiklərin proqnozları isə daha qaranlıq bir mənzərə yaradır: pandemiya bir ay da davam edəcəksə, ABŞ-ın əmək bazarı 10-30% azalaraq 45 milyon iş yerinin itirilməsinə səbəb ola bilər. İndi ABŞ vətəndaşı üçün, hətta ənənəvi daşlaşmış respublikaçı elektorat üçün də bu göstəricilərin məsuliyyət ünvanı buna qədər ABŞ-ın istənilən neqativ prosesin məsuliyyəti üzərinə atılan, demokratların çöxluqda olduğu Kongres deyil, böhran vəziyyətində idarəetmə təcrübəsi və anlayışı olmayan Tramp və onun administrasiyasıdır. Yəni mövqelər iki ay bundan öncəki kimi deyil və kardinal dəyişib. Vəziyyəti daha da çətinləşdirən Donald Trampın bundan öncəki seçki ərəfəsində əsas kampaniya mövzusu olan, ABŞ səhiyyə sisteminin, tibbi xidmətlərin hamı üçün əlçatan olmasına hədəflənən, müəllifinə görə simvolik olaraq “Obamacare” adlanan səhiyyə islahatlarının ləğv edilməsi istiqamətində atılan addımlar Tramp üçün baş ağrısına çevrilib. Hər bir ABŞ vətəndaşı “Obamacare” vacibliyini öz nümunəsində hiss edir və Trampın bu islahatların ləğvi ilə bağlı təşəbbüslərinin necə yalnış olmasını özü hiss edir. ABŞ-da müalicənin nə qədər bahalı olduğunu nəzərə alsaq, ucuz və hətta pulsuz dərman haqqında təşəbbüslər hər zamankındən daha çox alqışlanır. Sırf ABŞ-da prezident seçkisinin təxirə salınması və ya zamanının dəyişdirilməsi haqqında fikirlərə şərh versəm, ABŞ konstitusiyası və hüquq sistemi prezident seçkilərinin təxirə salınması, müəyyən müddət üçün ləğvini təmin etmir. 1845-ci ildə qəbul edilmiş "Prezident seçkiləri günü haqqında" qanunda səsvermənin noyabrın ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günü" keçirildiyi bildirilir. ABŞ konstitusiyasına görə, yerli səviyyədə keçirilən ilkin-praymeriz seçkilər və ya yerli seçkilərin zamanının dəyişdirilməsi qısa müddət üçün mümkündür. Amma bu, ştat və ya federal səviyyədəki seçkilərə şamil olunmur. Federal seçkilərə gəldikdə, bu, partiyaların Senat və Konqresdə razılaşdırılması nəticəsində federal qanunvericiliyə düzəlişlə bəlkə də mümkün olardı, amma bu heç bir halda Donald Trampın ABŞ prezidenti kimi səalhiyyət müddətinin uzanması anlamına gəlmir. İstənilən halda , konstitusiyaya görə, Donald Trampın bir prezident kimi səlahiyyətləri 2021-ci il yanvarın 20-də başa çatır və daha uzun müddət hakimiyyətdə qalmaq üçün hüquqi baza yoxdur. Ehtimal olaraq seçkilərin təxirə salınmasını qəbul etsək belə, 2021-ci il yanvarın 21-də de-yure ABŞ prezidenti olmayacaq. Eyni zamanda Donald Tramp özü bunda maraqlı deyil”.

Demokratlardan fərqli olaraq, respublikaçılar artıq yerli səviyyədə seçki prosesinə start veriblər, televiziya və internet üzərindən ənənəvi reklamlarını davam etdirirlər. Politoloqun sözlərinə görə, demokratlar isə əksinə, televiziya və internetdəki ənənəvi reklamlardan tamamilə imtina etdilər, partiya iyulda qurultayın mümkün ləğvini də müzakirə edir:“Bunun fonunda isə partiyanın prezidentliyə namizədinin necə seçiləcəyi prosesi hələ məlum deyil və bunun haqqında heç bir məlumat yoxdur. Donald Trampa isə təşviqatı hər zamanki kimi davam etdirməsi lazımdır, çünki pandemiya səbəbindən seçkini qanuni olaraq ləğv edə bilmir, bundan əvvəlki proseslərdəki kimi Senata təzyiq göstərmək və ya qanunda boşluq tapmaq qabiliyyəti ona kömək etmir. Ona görə də öz təşviqatını məhz indi hökümətin federal məclisin səhiyyə və iqtisadiyyatı dəstəkləmək üçün büdcə ilə razılaşması, bu məqsəd üçün də 2 trilyon dollar ayrılması zamanı bunu arqument olaraq istifadə edərək aparmağı məqsədəuyğun sayır. Pandemiyanın ABŞ isqisadiyyatına fəsadları Donald Trampa mane olmur. Çünki Tramp xaos və ziddiyyətlər şəraitində özünü yaxşı hiss etdiyini dəfələrlə sübut edib. Bəlli bir ideologiyası və prinsipləri olmayan, bü gün dediklərini sabah danan, kütlənin əhval-rühiyyəsinə uygun gündə bir qərar verən praqmatik bir sima kimi o, istənilən vəziyyətə çox rahat uygunlaşır və məhz xaosda öz mənafeyini daha yaxşı qoruyur”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ