Bildiyimiz kimi Azərbaycan dövləti cəbhə bölgələrində yaşayan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış səviyyəsinin yüksəldilməsi, kəndlərin, rayonların abadlaşdırılması, infrastrukturun inkişafı istiqamətində böyük işlər görür.
Sözsüz ki, bu da həmin bölgələrdə yaşayan insanların həyatına, yaşayışına müsbət təsir göstərir. Cəbhə bölgəsində yerləşən rayon və kəndlərdə görülən təhlükəsizlik tədbirləri də vətəndaşlarda dövlətə böyük inam yaradır.
Ağdam rayonu, Çəmənli kəndindən - cəbhə bölgəsindən Quliyev Röyal Prezidentə ünvanladığı məktubda yazır: “Mənim 28 yaşım var. Bu müraciəti cəbhə bölgəsi olan Ağdam rayonunun Çəmənli kəndindən böyük qürur hissi ilə yazıram.Yürütdüyünüz uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və xalqın rifahı gündən-günə yaxşılaşır. Bütün bu işləri eyni vaxtda görmək əsl qəhrəmanlıqdır. Bu səbəbdən Sizi yorulmaz Lider hesab edirəm. İnanıram ki, bu qüvvəti, gücü Sizə xalqın sonsuz inamı və sevgisi verir”.
Ölkəmizin inkişafı naminə misilsiz fəaliyyətinə görə Prezidentə minnətdarlıq edən R.Quliyev həmçinin vurğulayır ki, Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində mümkündür. “Sizin dünya azərbaycanlıları üçün gördüyünüz möhtəşəm işlər bütün xalqımız tərəfindən alqışlanaraq, heyranlıqla izlənilir. Pandemiya ilə əlaqədar dünya ölkələrinin həyata keçirə bilmədikləri tədbirləri Sizin vaxtında, çevik, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq, xalqımızı bu bəladan xilas edəcəyinizə inanırıq. Tapşırıqlarınıza və sərəncamlarınıza əsasən vətəndaşlarımıza göstərilən maddi və mənəvi yardımlar ürəkaçandır” - deyə cəbhə bölgəsindən yazan R.Quliyev qeyd edir.