Ölkəmizdə həyata keçirilən pandemiya ilə mübarizə tədbirləri daim dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan qaçqın və məcburi köçkünlərin də diqqətlə izlədiyi prosesə çevirilib.
Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonundan məcburi köçkün Hüseynova Tünzalə Zahir qızı Prezidentə yazdığı məktubda koronavirusla mübarizə məsələsində Azərbaycan dövlətinin başqa dövlətlər üçün örnək ola biləcək nümunələr ortaya qoyduğunu önə çəkir. “Bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir” - deyə qeyd edən məcburi köçkün yazır ki, Prezident İlham Əliyev atdığı hər bir addımı vətəndaşı düşünərək atır, bütün qərarları vətəndaşların sağlamlığı, rifahı naminə qəbul edir. T.Hüseynova həmçinin Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin vətəndaşlar tərəfindən dəstəkləndiyini də bildirir.
İradə SARIYEVA