Tarixin gizli qatlarında qalan həqiqətlər açıldıqca və vicdanlı insanlar saxtakarlığı, yalanı ifşa etdikcə, illərlə dünyaya danışılan yalanların da sonu yaxınlaşır. Ermənilər uzun illərdir beynəlxalq aləmdə uydurma “erməni soyqırımı”nın təbliğatı ilə məşğul olur, tarixdə heç zaman baş verməyən böyük bir yalanı həqiqət kimi qəbul etdirmək istəyirlər.
Doğrudur, xaricdəki erməni lobbisinin, ermənipərəst Qərb qüvvələrinin təsiri ilə bəzi dövlətlər qondarma “erməni soyqırımı”nı qəbul ediblər. Çox az sayda dövlət uydurma “erməni soyqırımı”nı tanıyıb, dövlətlərin əksəriyyəti isə bu bunu qəbul etməkdən imtina edib.
İndiyə qədər bir neçə ölkədə “erməni genosidi” sözü qadağan edilib. Bu qadağa Ukraynada da qüvvəyə minib. Ukraynada “erməni soyqırımı” sözü qadağan edilib.
Məlumatlara görə, Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar vəzifəli şəxslərə müraciət edib. Bodnar müraciətində dövlət rəsmilərini qondarma “erməni soyqırımı”nın 105-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etməməyə və “erməni soyqırımı” terminindən istifadə etməməyə çağırıb. Ötən ilin sonunda qəbul olunmuş bu sənədin martın 26-da dərc olunduğu və aprelin 22-də yayıldığı xəbər verilir.
Ali Radanın beynəlxalaq təşkilatlardakı deputatı özünün “Facebook” səhifəsində “erməni soyqırımı” mövzusunun Ukraynanın strateji tərəfdaşı Türkiyə üçün çox həssas olduğunu qeyd edib.
Yeri gəlmişkən, xatırladaq ki, Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə “erməni soyqırımı”nın tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv etmişdi.
Ukraynada rəsmən “erməni genosidi” sözünün işlənməsi qadağan edilsə də, bu ölkənin Daxili İşlər naziri, erməni əsilli Arsen Avakov öz ermənipərəst mövqeyini sərgiləməkdən çəkinmir və qondarma “soyqırım”ın 105-ci ildönümü ilə bağlı “Twitter”də paylaşım edib və cəzasızlığın yeni cinayətlərə yol açdığını vurğulayıb (?).
Öz statusu ilə Daxili İşlər naziri olduğu Ukrayna dövlətinin apardığı siyasətə qarşı çıxdığını açıq şəkildə göstərən A.Avakov artıq erməni mediası tərəfindən qəhrəmanlaşdırılıb.
Avakovun yazdığı postdan ilhamlanan erməni mətbuatı onun Ukrayna dövlətinin təhlükəsizliyində oynadığı rolu qeyd etməklə yanaşı, həm də Ukrayna dövlətinin Türkiyə ilə bağlı siyasətini pisləyiblər. Erməni KİV-i hətta iddia edir ki, Ukraynanın Türkiyəyə bu jesti Rusiya ilə əlaqələrə mənfi təsir göstərəcək və bu yöndə əlavə problemlər yaranmasna səbəb olacaq.
Ukrayna dövlətinin “erməni genosidi” məsələsində sərgilədiyi münasibətə öz yazdığı statusla meydan oxuyan Avakovu qəhrəmanlaşdıran erməni mediası iddia edir ki, o bu statusu M.Saakaşvlinin Ukrayna Baş nazirinin müavini vəzifəsinə təyin edildiyi dövrdə yazıb. Onların fikrincə, Ukrayna dövlətini belə bir qərar qəbul etməyə Azərbaycan və Türkiyə ilə yaxın əlaqədə olan Saakaşvili vadar edib. Erməni mediası, həmçinin, yazır ki, Saakaşvili Gürcüstan iqtisadiyyatında Azərbaycan və Türkiyənin sosial və iqtisadi gücünün artmasına şərait yaratmışdı. Guya sonda bu amil Saakaşvilinin hakimiyyətdən getməsi ilə nəticələnib. Ermənilər hələ onu da iddia edirlər ki, Saakaşvilinin Ukraynada yüksək posta təyin edilməsi rəsmi Moskvaya, Putinə təhqirdir. Erməni mediası yenə də Avakovu qəhrəmanlaşdırır və onun belə bir status yazmasını guya ki, Ukrayna dövlətinin keşiyində durması ilə əlaqələndirir.
“Avakov Ukraynanın həyata keçirdiyi dövlət siyasətinə qarşı çıxaraq...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov baki-xeber.com-a bildirdi ki, Ukrayna hökumətinin qəbul etdiyi bu qərar ermənilərə, ermənipərəst qüvvələrə vurulan çox böyük zərbədir. Artıq dünyada qondarma “ermən soyqırımı” nağılının iflasa uğramaqda olduğunu qeyd edən tarixçinin sözlərinə görə, Ukraynanın da belə bir mövqe sərgiləməsi ermənilərin bir daha ifşa olunmasına səbəb olub.
“Ukrayna hökumətinin bu addımı yüksək qiymətləndirilməlidir. Ukrayna dövləti ilə Azərbaycan Respublikası arasında çox yaxşı siyasi və iqtisadi əlaqələr mövcuddur. Hər iki dövlət QUAM təşkilatında birləşir. Beynəlxalq təşkilatların toplantılarında bir-birini dəstəkləyirlər. Ukrayna dövlətinin uydurma "erməni soyqırımı" sözünün işlədilməsini qadağan etməsinin, eyni zamanda, ermənilərin antitürk təbliğatına da ağır zərbə olduğunu düşünürəm” - deyə qeyd edən V.Abışov Avakovun yazdığı statusun Ukraynanın dövlət maraqlarına zidd, erməni maraqlarına uyğun olduğunu bildirdi. O hesab edir ki, erməni harada olsa, adını, soyadını belə dəyişsə, yenə də öz milli xəbisliyini büruzə verə bilir. Türkiyə və Ukrayna arasındakı strateji əməkdaşlığın erməniləri bərk narahat etdiyini deyən tarixçinin fikrincə, artıq ermənilər təklənməyə doğru gedirlər. “Ermənilər bununla böyük bir zərbə aldılar. Belə bir vəziyyətdə də Avakov Ukraynanın həyata keçirdiyi dövlət siyasətinə qarşı çıxaraq sözügedən statusu yazıb. Avakov çox yaxşı bilir ki, tarixdə ən böyük və qanlı cinayətləri ermənilər törədiblər” - deyə tarixçi vurğuladı.
İradə SARIYEVA