“Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatını çökdürdüyü halda, bizim Qobustan rayonunda Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Bu, ölkəmizin iqtisadi qüdrətindən xəbər verir”. Bu fikirləri öz məktubunda dövlət səviyyəsində keçirilən antivirus və sosial müdafiə tədbirlərini dəstəklədiyini bildirən Qobustan rayonu, Ərəbqədim kəndindən Mahmudov Məzahir Mahmud oğlu yazıb.
Ölkəmizin koronavirus pandemiyasından qorunması üçün Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin xalqımız tərəfindən rəğbətlə qarşılandığını yazan M. Mahmudov ölkə başçısının göstərişinə əsasən respublikamızda tətbiq edilən karantin rejiminin də əhəmiyyətini qeyd edib: “…Yaşı 65-dən yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulub, vətəndaşlar “Evdə qal!” kampaniyasına qoşulmağa çağırılıb. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdiniz”.
Vətəndaş məktubunda həmçinin görülən bütün işlərə görə, Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya kənd sakinləri adından təşəkkürünü bildirib.
Baki-xeber.com