Xaricdə yaşayan azərbaycanlılar hər zaman ölkəmizdə həyata keçirilən bütün prosesləri yaxından izləyirlər və görülən işlərə münasibətlərini bildirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin gerçəkləşdirdiyi pandemiya ilə mübarizə tədbirləri, habelə digər vacib problemlərin həlli istiqamətində görülən işlər uzaq Rusiyada yaşayan soydaşlarımızın da dəstəyini qazanıb.
Rusiya Federasiyası, Moskva vilayəti, Dolqoprudnıy şəhərindən soydaşımız Rəşidov Namiq Nizami oğlu Prezidentə məktub yazıb. “Biz Sizin fəaliyyətinizi, öz ölkənizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Biz daim Azərbaycan telekanallarında verilişləri izləyir, ölkəmizdəki doğmalarımız və dostlarımız ilə telefon əlaqəsi saxlayırıq. Onların hər biri Sizə səmimi minnətdarlığını çatdırır və möhkəm cansağlığı arzu edirlər” - deyə bildirən soydaşımız həmçinin Rusiyada və Azərbaycanda keçirilən tədbirləri, onların təşkilatçılıq səviyyəsini müqayisə etmək imkanlarının olduğunu və hər zaman Azərbaycanın öndə olduğunu da yazır.
“Qeyd etmək istəyirəm ki, Azərbaycan əksər hallarda daha irəlidədir. Bu, bizi - doğma Vətəndən kənarda yaşayan azərbaycanlıları ruhlandırır. Qoy, Azərbaycanımız yaşasın və daim inkişaf etsin. Biz hər bir çətinliyə birlikdə qalib gələcəyik” - deyə soydaşımız qeyd edir.
İradə SARIYEVA