Bazar günü günü, 01 noyabr 2026
     

Ermənilər işğal etdikləri ərazilərimizdə azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarını kütləvi şəkildə saxtalaşdırır

Image


Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində - Dağlıq Qarabağ və ətraf rayonlarda azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilir. Azərbaycan-türk mənşəli toponimlərin erməniləşdirilməsi prosesinə hələ ötən əsrlərdən start verilib, işğal dövründə isə “bu iş başa çatdırılıb”.

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyevin qeyd etdiyinə görə, Azərbaycan Respublikası ərazisində də yüz minlərlə toponim mövcuddur, yalnız yaşayış məntəqələrinin (oykonimlərin) sayı 4550-dən çoxdur, lakin toponimlərin böyük əksəriyyətini oronimlər (dağ, dərə, yamac), hidronimlər (çay, göl, bulaq) və s. təşkil edir ki, onların sayı haqqında hələlik kifayət qədər dəqiq məlumat yoxdur. 

Alim qeyd edir ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisindəki yer-yurd, çay, dağ və s. adların dəyişdirilməsi prosesi həyata keçirilir. “…İşğal altında olan ərazilərimizin sakinləri kimi, coğrafi obyektlərimizin adları da soyqırıma məruz qalmış və hələ ki, qalmaqda davam edir. Azərbaycanlılara məxsus yaşayış məskənlərinin və digər coğrafi obyektlərin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilir. Düşmənin məqsədləri aydındır: qədim türk-Azərbaycan adlarını yaddaşlardan silmək, bu yerlərin guya qədimdən onlara məxsus olduğunu sübut etmək və bununla da işğal etdikləri torpaqları özününküləşdirmək üçün hüquqi zəmin yaratmaq. Azərbaycan Respublikası ərazisində mövcud olan yaşayış məskənlərinin böyük əksəriyyəti etnotoponimlər, patronimlər və antroponimlərdir, yəni bu ərazidə yaşamış xalqların, tayfaların, nəsillərin, soyların və şəxslərin ilkin adlarını özlərində daşıyan toponimlərdir ki, onlar da xalqımızın keçmişini, həmin ərazilərdə məskunlaşma tarixini özündə əks etdirir. Ermənilər xalqımıza məxsus coğrafi adları dəyişməklə məhz keçmişimizin, tariximizin izlərini o yerlərdən silib, öz saxta, mifik iddialarını və şovinist ideyalarını bizim ərazilər hesabına gerçəkləşdirmək niyyətindədirlər” - deyə alim qeyd edir.

Alimin bildirdiyinə görə, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi Mahirə Abbasova şöbənin əməkdaşları ilə birlikdə təkcə Qarabağ bölgəsində son 27 ildə erməniləşdirilərək dəyişdirilmiş 280-ə yaxın coğrafi adın siyahısını tərtib edib və dəyişmə dərəcəsinə görə təsnifatlandırıblar. “Məsələn, ermənilər iri yaşayış məskənlərindən olan Ağdam şəhərini – Akna; Xocalını – İvanyan; Qubadlını – Sanasar; Laçını – Berdzor; Kəlbəcəri – Karvacar; Cəbrayılı – Crakan adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə edərək dəyişmişlər. Hətta çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərini "Qandzak”, Bərdə şəhərini "Partav”, Kəpəz dağını "Alparak” kimi yazmaları beynəlxalq hüquq normalarına etinasızlıq, Azərbaycan xalqına qarşı isə mənəvi terror olduğu danılmazdır. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaqla kifayətlənməyərək, coğrafi adlarımızı təcavüzə, soyqırıma məruz qoymuş Ermənistan, onun səlahiyyətli nümayəndələri beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən qınanılmalı, onların bu şovinist niyyətli əməlləri kəskin pislənilməli, mənəvi terror və işğal kimi qiymətləndirilməlidir”.

Alim vurğulayır ki, Ermənistan bu gün də müstəqil Azərbaycan Respublikasının suveren hüquqlarını pozaraq, öz mənfur etnik təmizləmə siyasətini kütləvi informasiya vasitələri, o cümlədən, internet şəbəkələri vasitəsilə toponimlərimizə təcavüz etməklə, coğrafi adlarımızı dəyişməklə davam edir. “Lakin Azərbaycan xalqı ermənilərdən fərqli olaraq, heç vaxt öz ərazisində olan digər xalqlara, etnik qruplara mənsub coğrafi adları dəyişdirməyib və indi də dəyişdirmir. Azərbaycan çoxmillətli unitar dövlətdir, onun ərazisində 10-a qədər dilə mənsub coğrafi adların olmasına baxmayaraq, onların böyük əksəriyyəti - 70 faizi Azərbaycan-türk mənşəlidir. Azərbaycan Respublikasında dövlət və onun rəhbərləri tərəfindən milli-etnik münasibətlər sahəsində tolerant siyasət yürüdülür və dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara və etnik qruplara məxsus coğrafi adlara hörmətlə yanaşılır, diqqət və qayğı göstərilir” - deyə Rəşid Fətəliyev qeyd edir.

Rüstəm Məmmədov və Xaqani Məmmədovun müəlllifi olduğu “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” kitabının elektron variantında işğal olunmuş ərazilərdə Azərbaycan-türk toponimlərinin erməniləşdirilməsi məsələsinə də geniş yer verilib. Nəşrdə qeyd edilir ki,  Zəngəzurda toponimlərin dəyişdirilməsi erməni vəhşiliyinin digər istiqaməti bu vilayətin qədim türk torpağı olduğunu göstərən toponimlərin kütləvi dəyişdirilməsidir. Erməni işğalı nəticəsində dəyişdirilmiş Azərbaycan-türk toponimlərinin saysız olduğunu qeyd edən müəlliflərin fikrincə, ermənilərin məqsədi əzəli torpaqlarımızdan bizim izlərimizi silmək olub: “...Uydurma “Böyük Ermənistan” iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini davam etdirirlər. Tarixi Azərbaycan torpaqlarında XX əsrin sonlarında müstəqil Ermənistan dövləti qurulduqdan və Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olunmuş ərazilərində addəyişmə əməliyyatlarına başlanmışdır. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər və Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır.  Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Ali Sovetinin Rəyasət Heyətinin” qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibati ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilir. Qondarma “DQR”in “Ali Soveti”nin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılmışdır. Xocalı rayonu və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondarma “DQR”in “Ali Sovetinin Rəyasət Heyəti”nin qərarları ilə 120-dən artıq azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ağdam şəhəri “Akna”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdır. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdır. 2009-cu ildə İrəvanda “Tiqran Mec” nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilmişdir. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gürcüstan, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilmişdir. Kitab mifik “Böyük Ermənistan” (“Kiçik Hayk” və “Böyük Hayk”) ərazisini, təqribən 430 min kv. km ərazini əhatə edir. Həmin şəkillərin yalnız təqribən 6 faizi müasir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı “Mrav”, Ziyarət dağının adı isə “Dizapayt”, Kəpəz dağının adı “Alqarak” kimi verilmişdir. Göygölün adı “Kaputan” kimi verilir. Tərtər çayı “Trtu”), Qurucay “İşxanaget” kimi oxuculara təqdim edilir. Ağdam rayonunda Xaçınçayın sahilində yerləşən “Şahbulaq qıfılı” memarlıq abidəsi “Tiqranakert” kimi təqdim edilir. Halbuki, erməni tarixçiləri bir zamanlar “Tiqranakerti” Şərqi Anadoluda lokalizə etmişdilər. Erməni saxtakarlığı İrəvanda çap edilən “Ermənistanın milli atlası” ikicildliyində son həddə çatdırmışdır. 230 səhifə həcmində Milli Atlasın birinci cildinə 65 saxta xəritə daxil edilmişdir. 260 səhifə həcmində Milli Atlasın ikinci cildi 2009-cu ildə çap edilmişdir. Bu cildə indiki Ermənistan respublikasını, qondarma “DQR”i və erməni diasporunun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilmişdir. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqivistik soyqırıma məruz qoyulmuşdur. Lakin diqqətçəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də yer-yurd adlarını elə əvvəlki adları ilə – yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Oykonimləri, hidronimləri, oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləşdirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş adlar əsasən saxlanır. Məsələn, www.astrolab.ru, - www.travelpost.com, www.fallingrain.com saytlarında müasir Ermənistan Respublikasında mövcud olan, uzunluq və en dairəsini göstərən minlərlə toponim öz əksini tapmışdır ki, onların da mütləq əksəriyyəti türkmənşəli əski adlarını özündə saxlayır”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ