Bazar günü günü, 01 noyabr 2026
     

Latviyanın birinci prezidentinin böyük qəbahəti - latışların faciəsinin qondarma “erməni genosidi” ilə müqayisəsi nə deməkdir...

Image


Bir çox halda deyirlər ki, tarix saxtakarlığı qəbul etmir, dəniz tullantıları sahilə atdığı kimi, o da saxtakarlığı, yalanları “qara qutular”da basdırır. Amma təəssüf ki, bəzən tarixin inkar etdiyi, qəbul etmədiyi yalanları bir az da bəzəyib onu yeni libasda təqdim etməyə cəhd göstərənlər var. Latviyanın ilk prezidenti Guntis Ulmanis kimi. 

G.Ulmanis qondarma “erməni soyqırımı”nın “105-ci ildönümü” münasibətilə Ermənistana məktub göndərib. 1993-1999-cu illərdə Latviyaya rəhbərlik etmiş bu şəxs məktubunda ermənilərə əməlli-başlı yarınıb. Bildirib ki, 20-ci əsrin müharibələri bir çox Avropa xalqına, o cümlədən, latışlara və ermənilərə böyük əzablar gətirib. O, qondarma “erməni soyqırımı”nı qlobal münaqişələrin “ən böyük faciələrindən” biri hesab etdiyini qeyd etməklə yanaşı, ermənilərlə latışların eyni faciələrlə üzləşdiklərini də vurğulayıb. Tarixdə baş verməyən bir “soyqırım”ın günahkarlarını axtaran sabiq prezident “genosidi törədənləri” qınamaqdan da çəkinməyib. “...Osmanlı İmperiyasında erməni xalqına qarşı törədilən “kütləvi qırğınlara” və “məhrumiyyətlərə” müraciət etmək istəyirəm, bunu bu qlobal münaqişənin ən böyük faciələrindən biri hesab edirəm. Əminəm ki, dünya xalqları hər hansı bir millətə qarşı belə qəddarlığın təkrarlanmasının qarşısını almaq üçün atalarının səhvləri və əzablarından nəticə çıxardılar” - deyə sabiq prezident qeyd edib.

Ümumiyyətlə, latışlarla ermənilərin tarixində oxşar faciələrin olması haqqında heç bir tarixi sənəd, fakt, olay yoxdur. Bütövlükdə, ermənilər və latışlar soyqırıma məruz qalmayıblar, əksinə, ermənilər özləri başqa xalqlara, o cümlədən də türklərə qarşı tükürpədici soyqırım aktları törədiblər. Latviyaya gəlincə, latışların tarixində faciəli hadisə 1940-cı ildə Latviyanın dövlət müstəqilliyinin qəsb edilməsi və onun SSRİ tərkibinə daxil edilməsi faktı sayıla bilər. Bu fakt da ki, Azərbaycan da daxil olmaqla, keçmiş ittifaq respublikalarının taleyində yaşanıb.

Latviyanın sabiq prezidentinin latış xalqının faciəsi ilə qondarma “erməni genosidi”ni eyniləşdirməsi cəhdinin özü latış xalqının müstəqilliyi uğrunda mücadiləsinə bir ləkədir.

Latviyanın sabiq prezidentinin uydurma fikirlərinin şərhinə keçməmişdən əvvəl, bir-iki faktı diqqətinizə çatdırmaq istəyirik.

Əvvəla qeyd edək ki, digər Baltikyanı ölkə olan Litvadan fərqli olaraq, Latviya dövləti qondarma “erməni soyqırımı”nı tanımayıb. Dövlət müstəqilliyini 18 noyabr 1918-ci ildə elan edən Latviya 1940-1991-ci illərdə SSRİ-nin tərkibində olub. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə, Latviya isə Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılıb.

İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir.. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Latviya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

Tarixçilər vurğulayırlar ki, Guntis Ulmanisin ermənilərə yazdığı məktub heç də Latviya dövlətinin və latış xalqının mövqeyini əks etdirmir.

  • Qasım Hacıyev: “...onlar arasında bənzərlik axtarması böyük tarixi və siyasi səhvdir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Guntis Ulmanisin ermənipərəst mövqe sərgiləməsinin səbəbləri var. Professor Hacıyevin sözlərinə görə, tarixdə “erməni soyqırımı” baş vermədiyi kimi, latış xalqı da böyük mərhumiyyətlərə, faciələrə məruz qalmayıb. Bu gün Latviyada ruslara, rus dilinə qarşı kəskin nifrət bəsləndiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, bu ölkə hələ də SSRİ-nin vaxtilə Latviyanın dövlət müstəqilliyini qəsb etməsi faktı ilə barışa bilmir. “Mən indiyə qədər Latviyanın XX əsrdə soyqırımla üzləşdiyi haqda məlumatlara rast gəlməmişəm. Latviyada çox olmuşam, oradakı tarixçi-alimlərin bir çoxu ilə əlaqələrim var. Onların ruslara mənfi münasibətlərinin olduğunu bilirəm. Amma latış xalqının soyqırıma, mərhumiyyətlərə məruz qalması haqqında nə bir kitaba, nə də başqa materiala rast gəlmişəm. Latışlar son zamanlar bu “faciələr” haqqında yazırlar. Latış alimləri özləri yazırlar ki, 1940-cı ildə Molotovun göstərişi ilə SSRİ ordusunun Latviyaya daxil olması barədə məlumatlar yayılarkən həmin dövrdə Latviya Seymi çağırılır və burada könüllü şəkildə SSRİ-yə birləşmək haqqında qərar qəbul edilir. Bundan sonra milli münaqişə zəminində müəyyən toqquşmalar baş verir, ordu hissələri qırğın törədirlər. Azərbaycanda olduğu kimi, Latviyada da Sovet hökumətinin əleyhinə mübarizə aparmaq barədə qərar verilir. Bu münaqişə nəticəsində latviyadan xeyli sayda əhali SSRİ-nin müxtəlif ərazilərinə sürgün edilir. 1940-1941-ci illərdə əhali, ümumiyyətlə, çox ağır vəziyyətə salınır. 1941-ci ildə müharibəyə az qalmış artıq sakitliyə nail olunur”.

Q.Hacıyev qeyd etdi ki, latışlarla ermənilərin oxşarlıqları var, amma Latviyanın sabiq prezidenti ermənilərlə latışların bənzərliyinə səhv yanaşma sərgiləyib, buna tarixi saxtalaşdırmaqla yozum verməyə cəhd edib. “1944-cü ildə Latviya ərazisini almanlar tutur və sonra Sovet ordusu yenidən bu əraziləri geri qaytarır. Müharibənin sonuna yaxın SSRİ hökuməti 50 min latışı respublikadan sürgün edir. Bu deportasiyalar ərəfəsində latışlara qarşı repressiyalar, güllələnmələr, digər cəza tədbirləri baş verir. Düzdür, bu bir xalqın tarixində böyük bir faciədir. Bilirsiniz ki, latış xalqının yaşadığı bu faciələrin bir neçə qatını Azərbaycan xalqı da, digər xalqlar da yaşayıb. Bu, SSRİ-nin bizə yaşatdığı faciələrdir. Bu, SSRİ-nin xislətinə, apardığı qanlı terror siyasətinə xas olan məsələdir. Amma bu gün sabiq prezidentin Latviyada baş vermiş hadisələri qondarma “erməni soyqırımı” ilə müqayisə etməsi, onlar arasında bənzərlik axtarması böyük tarixi və siyasi səhvdir. Latışların, azərbaycanlıların, özbəklərin, gürcülərin və digər xalqların imperiyanın qırmızı terrorundan əziyyət çəkdiyi məlumdur, amma ermənilər terrora məruz qalmayıb, onlar başqa xalqlara qarşı terror törədiblər.

Amma ermənilərlə latışlar arasında müəyyən bənzərliklər var. O da İkinci Dünya Müharibəsi illərində Latviya Respublikasından da ermənilər kimi Hitlerə satılanlar, faşistlərlə əməkdaşlıq edənlər çox idi. Hətta latışlar arasında SS-ə işləyənlər çox olub. İkinci Dünya Müharibəsi dövründə almanlar Latviyanı alan kimi latışlar arasından könüllü şəkildə SS dəstələrinə qoşulanlar oldu. Təxminən 10 min nəfərdən artıq latviyalı faşizmin vacib qanadlarından olan SS-çilərə qoşularaq Sovet ordusuna qarşı döyüşüblər. Hətta müharibədən sonra “Meşə qardaşlığı” adlı partizan hərəkatı da yaradıblar. Onlar SSRİ dövlətinə qarşı vuruşurdular. Məlumata görə, “Meşə qardaşlığı” adlı partizan dəstəsi 310 min nəfərə qədər Sovet vətəndaşını öldürüb. Bu baxımdan, ermənilərlə onlar arasında bənzərlik var. Görünür, ermənilərlə Latviyanın sabiq prezidentinin məqsədi eynidir. O, bu məktubunda, əslində, sətiraltı hər iki xalqın nümayəndələrinin vaxtilə faşizmə dəstək verdiyini və onların bu mənada həmrəy olduqlarını demək istəyib. Hərçənd, ermənilər bu gün də faşizmin alovlu təbliğatçısıdırlar” - deyə Q.Hacıyev   vurğuladı. 

  • Faiq Ələkbərli: “...onun tamamilə başqa məqsədlərə xidmət etdiyini göstərir”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin sözlərinə görə, Latviyanın sabiq prezidentinin belə bir məktub yazaraq latışlarla ermənilərin “faciələri”ni eyniləşdirməsi, əslində, təsadüfi deyil: “Nə üçün təsadüfi deyil? Biz belə hallara ilk dəfədir rast gəlmirik. Bilirik ki, dünyada qondarma “erməni soyqırımı”nın təbliğatı yayğınlaşıb. Bu məsələdə isə Qərb dövlətləri, xüsusən də Rusiya həmişə maraqlı olub. Onlar bundan müsəlman dünyasının, xüsusən də Türkiyənin əleyhinə istifadə etmək üçün yararlanıblar. Latviyanın sabiq prezidentinin ermənilərə belə bir məktub yazmaqda məqsədi nə olub? Götürəndə latış xalqının nə elə bir böyük tarixi var, nə də onların soyqırıma məruz qalmaları haqqında faktlar mövcuddur. Biz ancaq onu bilirik ki, Latviya İkinci Dünya Müharibəsi ərəfəsində SSRİ tərəfindən işğala məruz qalıb. Latviya SSRİ tərəfindən işğal edilənə qədər artıq Azərbaycan, Ukrayna, Orta Asiya türk xalqları və başqa xalqlar Sovet imperiyasının ən qanlı terror aktlarını yaşamış, repressiyaya məruz qalmış, böyük insan tələfatı vermişdilər. Bilirik ki, ən qatı repressiyalar keçən əsrin 30-cu illərindən 1939-40-cı ilə qədər davam edib. Biz iddia etmirik ki, latış xalqı 1940-cı ildən 1991-ci ilə qədər 51 il ərzində hansısa problemlərlə üzləşməyib. Latviyanın keçmiş prezidentinin latış xalqının faciələrə məruz qalması ilə bağlı fikirlərinə anlayışla yanaşmaq olar. Amma sabiq dövlət başçısı tərəfindən latış xalqının hardasa yaşadığı faciənin qondarma “erməni soyqırımı” ilə eyniləşdirilməsi, ermənilərin “soyqırım”a məruz qaldığının iddia edilməsi onun tamamilə başqa məqsədlərə xidmət etdiyini göstərir. Əlbəttə, burada erməni diasporunun, lobbisinin təbliğat mexanizminin də rolu var. Onlar həmişə təbliğatlarını aparırlar. Şübhəsiz ki, tarixdə “erməni soyqırımı” deyilən bir genosid baş verməyib. Bilirik ki, Birinci Dünya Müharibəsi illərində ermənilərin döyüşə getməməsi bir yana, onlar müxtəlif quldur dəstələri yaradaraq Çar Rusiyasının və Qərb dövlətlərinin, Antantaya daxil olan dövlətlərin tərəfində Osmanlı ordusuna qarşı vuruşurdular. Onlar Osmanlıya arxadan zərbə vururdular. Osmanlı dövləti də 1915-ci ilin aprel ayının 24-də erməniləri Anadoludan Osmanlının başqa ərazilərinə, Suriyaya, Livana sürgün edib. Bu da məsələnin həqiqi üzüdür. Dinc əhalinin kütləvi qətlə yetirilməsinə gəlincə, o vaxt genosidə ən çox məruz qalan Şərqi Anadolu türkləri və Azərbaycan türkləri olub. Bu soyqırımları isə Osmanlı və Azərbaycan ərazisində erməni daşnakları törədirdilər” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ