Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistanın Qarabağ məsələsində böyük yalanı üzə çıxdı – İrəvan qaçılmaz sonluğun dərkindən isterika həddində...

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında son günlərdə diplomatik aktivliyin əhəmiyyətli dərəcədə artması və bu fonda yenə bir-birinə zidd çoxsaylı fikirlərin səslənməsi müşahidə olunur. Xüsusən də konfliktin mərhələli həll əsasında çözümü ilə bağlı maraqlı bir vəziyyət hökm sürməkdədir. Ermənistan belə bir şeyin olmadığını iddia etsə də, reallıq əslində bunun tam əksini göstərir.

Burada xatırlatmaq yerinə düşərdi ki, aprelin 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü keçirilib. Bu görüşdəki müzakirələr barədə ətraflı məlumat verilməsə də, elə həmin gün Qorçakov Fondunun təşkil etdiyi onlayn Dəyirmi masa zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov çox maraqlı fikirlər səsləndirb. Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib:“Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var”. Bununla Lavrov, faktiki olaraq, mərhələli həll variantının yeganə müzakirə predmeti olduğunu diqqətə çatdırdı. Elə bu da dərhal Ermənistanda mövcud hakimiyyətin sərt ittiham obyektinə çevrilməsi ilə müşayiət edildi. Bunlar fonunda Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması yayıldı. Məsələyə cavab verən Azərbaycan tərəfi isə bildirdi ki, İrəvanın  bu bəyanatı, yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin şərhində bu xüsusda bildirilir: “Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı. 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində, sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla, 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də 3 ölkənin həmsədrləri və xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!

Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi, ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu il 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür. Həmçinin danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı, 21 aprel tarixində məlum bəyanatını səsləndirən Ermənistan xarici işlər naziri bir neçə saat sonra videokonfransda iştirak edib müzakirələrə qatılmazdı. Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı kimi, əhalisinin sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar”. Azərbaycanın bu məsələdə həqiqəti qabardıb, Ermənistanın isə yalan dediyini Rusiya Xarici İşlər Nazirliyinin məsələyə yenidən münasibət bildirməsi də təsdiqlədi. Nazirlikdən verilən açıqlamada bu xüsusda bildirilib:"Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində baxılmış və baxılan sənədləri, təklifləri sadalayıb".

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına "Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək" deyə cavab verməsinə münasibət bildirən Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən Moskvanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Rusiya, ABŞ və Fransa rəhbərliyi səviyyəsində birgə bəyanatlarda dəfələrlə səsləndirildiyi vurğulanıb:"Bu mövqeyin əsasında güc tətbiq olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri daxil olmaqla, Helsinki Yekun aktının əsas prinsipləri dayanır. Bu bəyanatlarda əks olunan nizamlanmanın elementləri sırasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, eləcə də Dağlıq Qarabağın yekun statusunun əhalinin iradəsi yolu ilə müəyyən olunması var. O ki qaldı sənədlərə və təkliflərə, hansı ki, baxılıb və baxılır, onları Rusiya XİN başçısı Sergey Lavrov sadalayıb.
Qeyd etmək istərdik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu olduqca həssasdır. Bu mövzunu ictimai müzakirəyə çevirmək qeyri-məhsuldardır”. Bu açıqlamadan bir daha görünür ki, danışıqlar masasında faktiki olaraq mərhələli həll müzakirə edilir. Elə rusiyalı politoloq Fyodor Lukyanov da proseslərin məhz bu istiqamətdə getdiyini bildirir:“Rus təklifləri varsa, onda bunlar ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə razılaşdırılıb”.

Lukyanov bildirib ki, tərəflərin mövqelərində ciddi ziddiyyətlər axtarmaq lazım deyil, çünki hər bir ölkə öz maraq və prioritetlərini rəhbər tutur:“Rus tərəfi prosesə müəyyən hərəkət daxil etmək, cəbhə xəttində risqləri azaltmaq istəyir”. Digər rusiyalı politoloq Qriqori Trofimçuk qeyd edib ki, danışıqlar məhz mərhələli həll üzərində aparılır. Ermənistanın bunu təkzib etməsi isə absurddur:“Qarabağ konfliktinin həlli ilə bağlı heç bir danışıqlar yox idisə, o zaman aprel savaşından sonra Serj Sarkisyan və Nikol Paşinyan kiminlə görüşürdü? Belə danışıqların olmamasını söyləməklə Ermənistan hakimiyyəti yalan danışır. Şəxsən Paşinyan bunu hər uyğun situasiyada qeyd edir. Onların nə deməyindən asılı olmayaraq, danışıqlar olub və var. Sergey Lavrov sadəcə faktı dedi, burada heç bir sensasiya yoxdur. Paşinyan son iki ildə Qarabağla bağlı danışıqlar prosesini dəyərsizləşdirən bəzi bəyanatlar verib, bununla belə, iki fərqli formatda baş tutacaq ikitərəfli görüşlərdən heç kim imtina etməyə hazırlaşmır. Başqa sözlə, hazırkı erməni hökuməti danışıqlardan imtina etmək istəyir, amma hələlik bu gücü özündə hiss etmir”. Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da erməni tərəfinin yalan danışdığını vurğulayır:“Ermənistan mediasındakı Bakı ilə danışıqlardan imtina etmək və Qarabağı Ermənistana daxil etmək çağırışları sadəcə isterikadır. İlk növbədə isə “Qarabağ klanı”na aid bir isterika, hələ də Qarabağı və Azərbaycanın işğal olunmuş digər ərazilərini geri qaytarmağın onlar üçün qaçılmaz kədərli son olduğunu dərk etməkdən yaranan isterika. Lavrovun dilə gətirdiyi bu həll təklifi yeni bir şey deyil. Rusiya ardıcıl olaraq Qarabağ probleminin sülh yolu ilə həllini müdafiə edir. Bu seçim həm Qarabağ, həm də Ermənistan üçün ən yaxşısıdır. Və əslində, onun qəbul edilməsi qaçılmazdır".

Ekspertin fikrincə, heç bir lobbi, nə qədər güclü olmasından asılı olmayaraq, bu prosesə təsir edə bilməz. Çünki bu əraziləri təslim etməmək mümkün deyil:"Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclü bir dövlətə çevrilib ki, əks təqdirdə o, torpaqlarını güc vasitəsilə geri alacaq. Üstəlik, siyasi vəziyyət Azərbaycanın xeyrinə inkişaf edir. Birincisi, Azərbaycan dünya miqyasında erməni işğalından təsirlənmiş bir ölkə kimi tanınır. İkincisi, bu gün qlobal böhran şəraitində, bütün dünya iqtisadiyyatının yenidən qurulması, "imperiyaların" devriləcəyi gözlənildiyi zaman Ermənistanın problemləri, nə qədər söyləsələr də, heç kim üçün əhəmiyyət kəsb edə bilməz". Onun fikrincə, təkcə dünyada deyil, Cənubi Qafqazdakı vəziyyətə həlledici təsir göstərmək imkanı olan Rusiyadakı vəziyyəti də nəzərə almaq lazımdır. Və Rusiyada çox güclü bir siyasi böhran gözlənilmədən yetişdi:"Ssenarilərdən biri hakimiyyətin bütün qollarının erkən dəyişdirilməsidir. Rusiyada bütün diqqət ölkə daxilində baş verənlərə yönələcək". Hərbi ekspert əlavə edib ki, sözügedən vaxta qədər Ermənistan münaqişəni sülh yolu ilə həll etmək üçün real addımlar atmasa, Azərbaycana antiterror əməliyyatı keçirməyə şans yaratmış olacaq. Xlopotov bildirib ki, belə olduğu halda əraziyə yeridilmiş erməni silahlı qüvvələri də avtomatik olaraq terrorçu statusunu alacaq: "Həm də yalnız hərbi deyil, eyni zamanda siyasi terrorçu olacaq. Bundan əlavə, dünya birliyi tərəfindən tanınmayan "DQR"də keçirilən prezident və parlament seçkilərinin nəticələri də qeyri-qanunidir. Düşünürəm ki, Ermənistanda bunu başa düşürlər. Buna görə də orada isteriya üçün kifayət qədər çox səbəb var".

Ermənistanın özündə də məsələyə eyni prizmadan yanaşırlar. Erməni ekspert Armi Saakyan bildirir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bütün mövqelərini itirib. Sergey Lavrovun “mərhələli həll” variantı haqda sözlərini şərh edən erməni ekspert Nikol Paşinyan hakimiyyətini ittiham edir: “Mövcud hakimiyyət içəridə düşmən axtarışına davam edir, əvəzində bütün mövqelərimiz kanalizasiyanın içinə düşdü. Hakimiyyət xarici siyasətlə məşğul olmaq əvəzinə ölkəni tərəfdarları və əleyhdarları arasında bölməyə davam edir. Qarabağ münaqişəsinin nizama salınmasında “mərhələli həll” planı Levon Ter-Petrosyanın dövründə qəbul olunmuşdu. Bu, ərazilərin qaytarılmasıdır. Son 1 ildə hakimiyyət bunu inadla inkar edir, amma reallıq bundan ibarət imiş”. Bütün bunlar bir daha diplomatik müstəvidə ermənilərin məğlub durumda olduğunu aydın nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ