Bazar günü günü, 01 noyabr 2026
     

Qarabağ probleminin çözümündə mərhələli həllin işə düşdüyü təsdiqləndi – İrəvan təlaşda…

Image


 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər Ermənistan ətrafında halqanın daralmaqda olduğunu göstərir. Belə görünür ki, işğalçı ölkənin indiki Qarabağ siyasətini davam etdirməsi xeyli müşkül olacaq. Digər tərəfdən, zəbt edilmiş ərazilərin Azərbaycanın istədiyi kimi mərhələli şəkildə ölkəmizə qaytarılmasına dair planların da yaxın tezlikdə işə düşməsi gözlənilir. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qorçakov Fondunun təşkil etdiyi onlayn Dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda danışarkən səsləndirdiyi fikirlər də bu ehtimalı xeyli gücləndirdi.

 Xatırladaq ki, həmin çıxışında Lavrov olduqca mühüm açıqlamalar verdi. Qeyd etdi ki, hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var. O, açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunub və bildirib ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni “Kazan prinsiplər”i və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan, hazırda fəal müzakirə olunan layihələr var:“Bütün bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını ehtiva edir”. Ermənistan mediası və ekspertləri  bildirir ki, Rusiya Qarabağı Azərbaycana qaytarmaq tezisini yenidən gündəmə gətirdiyi üçün Lavrov indiki məqamda belə bir açıqlama ilə çıxış edib. 
Erməni şərhçi Tevos Arşakyan yazır ki, Lavrovun bu bəyanatı İrəvan üçün yaxşı heç nə vəd etmir:“Lavrov münaqişənin nizama salınmasında niyə “mərhələli həll” variantından danışır, Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin qətnamələrini yada salır? Şübhəsiz, Rusiya yenidən öz geosiyasi planlarının icrasına çalışır. Ərazilərin qaytarılması hesabına Türkiyə ilə körpüləri gücləndirmək və Azərbaycanı öz ittifaqlarına doğru çəkmək istəyir. Buna görə də Qarabağın qaytarılmasına dəstək vermək niyyətindədir”. Elə erməni politoloq Ara Vardanyan da eyni mövqe sərgiləyir. Onun sözlərinə görə. Ermənistan hakimiyyətinin reallığı təhrif etməyə çalışdığı bir vaxtda Azərbaycan zəbt edilmiş ərazilərin geri qaytarılması istiqamətində əməli addımlar atır:“Ermənistan hakimiyyəti danışıqların mövcud gedişinin dağıdıcı təsirini bildiyi üçün təxminən 2 il ucuz formalarla xalqı aldadırdı ki, Qarabağ məsələsində hansısa sənəd barədə danışılmır”. O qeyd edib ki, lakin Rusiya xarici işlər naziri öz “sülh” qətnaməsini açıqladı: “O, biz müxalifətçilərin təxminən iki ildir danışdığımızı söylədi. Şübhəm yoxdur ki, hakimiyyəti zəbt etmiş “sülh” partiyası çox tezliklə siyasi ataları olan Levon Ter-Petrosyanın vaxtilə yaşadığı eyni aqibəti yaşayacaq”. Ermənistanın eks-prezidenti Serj Sarkisyan da məsələyə münasibətini açıqlayaraq bildirib ki, mərhələli həll  Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər:“2008-2018-ci illərdə mən və xarici işlər naziri Edvard Nalbandyan Qarabağ konfliktinin mərhələli həllini müzakirə etməmişik. Mərhələli həll variantının təhlükəsi ondan ibarətdir ki, hansısa məqamda tərəflərdən biri öz gözləntilərini əldə edə və prosesi davam etdirməyə bilər. Bu variant erməni tərəfi üçün həyati əhəmiyyət daşıyan “Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə haqqını reallaşdırmaya bilər. Əvvəllər periodik olaraq paket həllin mərhələli reallaşdırılmasından söhbət gedirdisə, bu gün Moskvadakı Dəyirmi masada Sergey Lavrov çox dəqiq və birmənalı bəyanat verdi. Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarının yeni layihə haqqında bəyanatını təkzib etmədi”. 

Ermənistan parlamentinin keçmiş deputatı, “Daşnaksütyun” partiyasının funksioneri Lilit Qalstyan isə hesab edir ki, istənilən halda İrəvan Qarabağ məsələsində Azərbaycan və digər beynəlxalq güclərə müqavimət imkanını itirib:“Ermənistan ətrafındakı halqa daralır, hökumət isə daxili düşmənlər modelləşdirmək üçün uzaqgörən olmayan göstərişlə məşğuldur”. Qalstyan qeyd edib ki, Lavrovun səmimiliyi ona təsəlli vermir, bu, Ermənistan üçün acı olsa da gözlənilən idi:“Siyasət soyuq hesablamanı sevir, maraqlar, institusional yaddaş, hörmət və irs üzərində qurulur. Siyasət elmdir: burada demək olar mikrocərrahiyyə kimi hər bir incəlik, detal vacib və həlledicidir. Amma Nikol Paşinyan iqtidarı hələ də bunu anlaya bilmir və bu gedişlə Qarabağ Azərbaycanın tərkibinə qayıdır”.  Erməni politoloq Suren Sarkisyan isə vurğulayır ki, Sergey Lavrovun bəyanatı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin onlayn görüşündən əvvəl oldu və əslində, bu bəyanatla baş tutan danışıqlar prosesinə işıq tutdu. Onun sözlərinə görə, Rusiya tərəfi faktiki olaraq oyun kartlarını açdı və tərəflərin mərhələli variant ətrafında danışıqlar apardığını təqdim etdi:“Mərhələli variantın öz təhlükələri var, çünki problemi mərhələ-mərhələ həll edəndə əvvəlcə bir şeyi güzəştə gedirsən, sonra bunun qarşılığında qeyri-müəyyən müddətlik nəsə alırsan”. Sarkisyan qeyd edib ki, mərhələli variant Ermənistan üçün əlverişsiz variantdır. Amma İrəvanın bununla razılaşmaqdan başqa çıxış yolu da yoxdur.

Ekspertlər də hesab edir ki, regionda geosiyasi durum, dünya miqyasında baş verənlər Ermənistanın işğal siyasətinin artıq dalana dirənməsinə gətirib çıxarır. Burada Rusiyanın prosesə yanaşması da mühüm rol oynayır. Rusiyalı analitik Stanislav Tarasov məsələyə bu prizmadan yanaşaraq qeyd edir ki, Rusiya tərəfi nə qədər “Lavrov planı”nın masada olmasını təkzib etməyə cəhd etsə də, onu məhz pandemiya dövründə aktivləşdirmək qərarı verib:“Moskva, İrəvanla olduğu kimi, Bakı ilə də məsləhətləşmələr aparıb. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans keçirməsi təsadüfi deyil. Böyük ehtimalla bu, müzakirə edilməli olan bir sıra vəziyyətlərlə bağlıdır. Məncə, Azərbaycan və Ermənistanın razılaşa biləcəyi mərhələ başlayır”. Erməni siyasi ekspert Sarkis Artsruni də məsələyə eyni rakursdan yanaşır:“Dünya siyasətinin bir nömrəli mövzusu koronavirus və onun yaratdığı problemlərdir, xüsusən Rusiyadakı epidemik vəziyyət, yumşaq desək, yaxşı deyil. Bundan əlavə, rəsmi Moskva günlər və ya həftələr əvvəl, həmin koronavirusun yaratdığı pandemiyaya məhəl qoyulmadan KTMT tərəfindən qorunan Ermənistanın dövlət sərhədlərində atəşkəsin pozulmasına səssiz qalmışdı. Bu baxımdan, Moskvanın bölgədəki koronavirus faktorundan, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində təsirini artırmaq üçün istifadə etməyə çalışması, əvvəlki niyyətlərini yeniləyərək dəyişikliklər həyata keçirməsi barədə açıq bir təəssürat yaranır. Moskva mövcud vəziyyətdən “Lavrov planı” və ya onun dəyişdirilmiş formalarını irəli aparmağa təşviq etmək üçün istifadə etməyə çalışır”. Elə proseslərin inkişafı Lavrovun niyə indi “mərhələli həll” variantından bəhs etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatmasını anlamağa imkan verir. Belə ki, koronavirus pandemiyası dünyada siyasi sistemləri də alt-üst etdi və beynəlxalq ekspertlərin proqnozlarına görə, yeni dünyada regional ittifaqlar ön plana çıxacaq. Güclü Qərb ittifaqlarının üzləşdiyi mənzərə fonunda bu perspektivlər aydın hiss olunur. Moskva anlayır ki, regional ittifaqın formalaşması, güclənməsi üçün Türkiyə və Azərbaycanın dəstəyi lazımdır. Rəsmi Ankara və Bakı dəfələrlə bəyan edib ki, istənilən əməkdaşlığın yolu Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından keçir. Ruslar regional əməkdaşlıq platformasında hərbi bazalarının yerləşdiyi Ermənistanın da kənarda qalmaması, xüsusilə İranın çətiri altına keçməməsini istəyir. Və bunun yeganə yolu Qarabağ münaqişəsinin həlli, işğal faktorunun aradan qaldırılmasıdır. Bu baxımdan, Lavrovun məlum bəyanatını yeni prosesin başlanğıcı kimi görmək olar. Bütün qapıların bağlandığı, siyasi və iqtisadi dəstəyin kəsiləcəyi vəziyyətdə İrəvanın regional əməkdaşlıq platformalarında yerini almaq, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi dəstək əldə etmək, bir sözlə, mövcud olmaq üçün yeganə çıxış yolu ərazilərin qaytarılmasıdır. Burada İrəvan onu da nəzərə almağa məcburdur ki, ölkənin çətin vəziyyətdə olan iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda daha ciddi zərbələr alır.  Bu diurumda  erməni diasporundan gələn ianələrin kəsilməsi də əlavə problemlər yaradır. Faktdır ki, ABŞ və Avropa erməni diasporunun güclü olduğu və Ermənistana iqtisadi dəstəyin gəlməsini təmin etdiyi coğrafiyalardır. Amma ABŞ-da başlanan iqtisadi böhran pandemiya ilə daha da güclənir, Avropa isə koronavirus qarşısında məğlub vəziyyətdədir. Bu coğrafiyada milyonlarla insanın işsiz qalması, sosial-iqtisadi sistemin çökməsi erməni diasporunun da imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, işləmək üçün Qərb ölkələrinə üz tutan ermənilərin ailələrinə göndərdikləri və Ermənistanda əhalinin sosial təminatında əsas paya sahib olan pulların da kəsiləcəyi, ən yaxşı halda azalacağı istisna deyil. Eyni vəziyyət Rusiyada da yaşanır. İş yerləri bağlanır və  hesablamalara görə, Rusiyada 2,5 milyon olan işsiz sayı 8 milyona qədər yüksələ bilər. Bu, Ermənistandan iş üçün Rusiyaya axışan və ailələrinə pul göndərən ermənilər üçün də çətin günlərin gəldiyi deməkdir. Artıq Rusiyadan Ermənistana pul göndərilməsi azalıb. Bu halda daha böyük tənəzzül yaşayan Ermənistan üçün işğal siyasətinin davamı əsl müşkülə çevrilib. Irəvan başa düşür ki, işğala son qoymasa, ölkəni daha çətin günlər gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Preezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ