Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən antivirus tədbirləri, karantin rejiminin tətbiq edilməsi, vətəndaşların sağlamlığı, təhlükəsizliyi və sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlara ölkə dindarları da dəstək verirlər.
Ucar rayonu, Çiyni kəndindən din xadimi Zaur Eyvazov məktubunda hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə Prezident tərəfindən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsinin, əhalinin sağlamlığının qorunması istiqamətində icra edilən operativ işlərin cəmiyyət tərəfindən dəstəkləndiyini qeyd edir.
“Bütün sahələrdə olduğu kimi, dindar insanlar da Sizin daimi diqqət və qayğınızı hiss edirlər. Azərbaycan dindarları da xüsusi karantin rejiminin qaydalarına riayət edirlər.
Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, Sizin sayənizdə ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxs ruhdan düşmür, gələcəyə inamla baxır. Bunlar Sizə olan etibardan qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək” - deyə din xadimi yazır.