Azərbaycan dövlərinin koronavirus pandemiyası ilə mübarizədə əldə etdiyi müsbət nəticələrdə dövlət qayğısı ilə hərtərəfli təmin edilən ölkə səhiyyəsinin, həkim və tibb işçilərinin rolu da danılmazdır.
Bakı şəhəri, Qaradağ rayonu 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rəfailova öz məktubunda Prezident İlham Əliyevin rəhbərliyilə respublikamızın gündən-günə inkişaf etdiyini, dünya dövlətləri sırasında nüfuzunun artması istiqamətində çox böyük işlərin görüldüyünü və görülən işlərin ictimaiyyət tərəfindən təqdir edildiyini yazır. “Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, bu günlərdə illər əvvəl gördüyünüz işlər öz bəhrəsini verdi. Müasir tələblər səviyyəsində yenidən inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə verilmiş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu” - deyə yazan baş həkim, həmçinin, dünyanın belə çətin, qarışıq günlərində xalqın sağlamlığı, təhlükəsizliyi, sosial müdafiəsi sahəsində Azərbaycan Prezidentinin atdığı addımları digər ölkələrin rəhbərlərinin atmadığını qeyd edir.
İradə SARIYEVA