Bazar günü günü, 01 noyabr 2026
     

Bakı İrəvanı Qarabağ danışıqlarında mat vəziyyətinə salır – Lavrovun dilindən maraqlı fikirlər səsləndi...

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlərdə diplomatik sahədə yenidən kifayət qədər maraqlı proseslərin cərəyan etməsi müşahidə olunur. Xüsusən də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü diplomatik fəallığa yeni təkan verib.

Xatırladaq ki, görüş zamanı tərəflər qlobal koronavirus pandemiyasının bölgəyə təsiri və regiondakı ən son hadisələri müzakirə edib. Bundan başqa, tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb. Rəsmi Bakı yeni görüş fonunda bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə,  BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Məlumata görə, tərəflər təmasları saxlamağa və danışıqları mümkün qısa zamanda davam etdirməyə razılaşıb. Həmçinin, Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirir. Qeyd edilənlərdən savayı, danışıqların detalları barədə məlumat verilmir. Amma belə bir vaxtda danışıqlarda nəyin müzakirə olunması barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun dilindən çox maraqlı fikirlər səslənib. “Qorçakov” adına xalq diplomatiyasına dəstək fondunun təşkil etdiyi onlayn dəyirmi masa zamanı Lavrov, əslində mərhələli həll prosesinin müzakirə predmeti olaraq qaldığını etiraf edib. Belə ki, 1993-cü ildə münaqişə zonasında hərbi əməliyyatlar zamanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə haqqında suala Lavrov bu cür cavab verib:“Qəbul olunmuş qətnamələr məlum sənədlərdir. Bunlar ilk növbədə hərbi əməliyyatların dayandırılması və danışıqlara keçidi nəzərdə tuturdu. Bəli, bunlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunurdu. Bundan başqa, həmin qətnamələrdə hərbi əməliyyatları dayandırmağa və danışıqlara keçməyə çağırış səslənirdi. Bundan sonra danışıqlar aparılıb. 2001-ci ildə  Ki-Uestdə danışıqların razılaşmaları olub, müxtəlif formatlarda razılaşmalar da olub. Artıq indi danışıqların Bakı-İrəvan, ATƏT-in Minsk Qrupunun 3 həmsədri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayənəsi formatı baş tutub”. Lavrov, həmçinin, “Madrid razılaşmaları”nı, “Kazan prinsipləri”ni, ötən ilin aprelində Moskvada ATƏT-in Minsk Qrupu həmsədrlərinin də iştirak etdiyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü zamanı qəbul olunan layihələri xatırladıb:“Bu sənədlər ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad olunmasını, nəqliyyat, iqtisadi və digər əlaqələrin açılmasını ehtiva edərək mərhələli həll yanaşmasını nəzərdə tutur. Beləliklə, mən əminəm ki, biz bu sənədlərin imzalanması qərarına nail olanda bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinə yönəlmiş ən vacib addım olacaq. İndi razılaşmaq lazımdır və biz ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq buna nail olmaq istəyirik”. Bir daha xatırladaq ki, Lavrovun bu açıqlamaları Azərbaycanın Qarabağ məsələsinin sülh yolu ilə həllinə yanaşmasını özündə ehtiva edir.

“Eadaily.com” nəşri yazır ki, Cənubi Qafqazda uzanmış münaqişənin mərhələli həllini nəzərdə tutan sənəd hazırda Qarabağ münaqişəsinin nizama salınması ətrafındakı danışıqlar masasındadır. Nəşr qeyd edib ki, elə Lavrov da məhz buna işarə vurub Bu mənada, təsadüfi deyil ki, İrəvan dərhal bütün bunları təkzib etməyə çalışıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Sergey Lavrovun açıqlamasına cavab olaraq qeyd edir:"Rusiyalı həmkarım Sergey Lavrovun açıqlamasında çoxsaylı sənədlərə istinadlar var idi. Son iki ildə müzakirə olunan sənəd haqqında da deyildi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə olub və onlar Ermənistan tərəfi üçün qəbuledilməz olub. 2018-ci ildən bəri Qarabağ məsələsi ilə bağlı müzakirələrin tərəflərin müəyyən elementləri qiymətləndirməsi ətrafında məhdudlaşdırıldığını da deməliyəm. Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalarımızdan bəhs edirik. Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan - Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Qubadlı və Laçından gedir), hər şeydən əlavə, təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhdid altına ata biləcəyini güman edə bilməz". Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur: "Öz müqəddəratını təyinetmə prinsipinin ifadəsi statusun dəqiqləşdirilməsini, məhdudsuz iradə azadlığının təmin edilməsini nəzərdə tutur. Sülh tənzimlənməsi qarşılıqlı güzəştlər əsasında mümkündür. Ermənistan tərəfindən heç vaxt birtərəfli güzəştlər olmayacaq, xüsusən də indi - təhlükəsizlik təhdidinin hələ də real olduğu bir vaxtda. Qarşılıqlı güzəştlər mütənasib olmalıdır, burada təhlükəsizlik və status elementlərinin tam əksini görürük. Bu bizim mövqeyimizdir və belədir. Lavrov öz mövqeyini təqdim etdi, mən də öz mövqeyimi”. Amma elə erməni mediası yazır ki, əslində, Ermənistan XİN rəhbəri yalan danışır. Erməni siyasi analitik Karen Bekaryan bu xüsusda bildirir: “Ermənistanın strateji tərəfdaşı, müttəfiqi, ATƏT-in Minsk Qrupunun həmsədri Rusiyanın xarici işlər naziri bəyan etdi ki, Qarabağ münaqişəsinin mərhələli həll variantı danışıqlar masasında müzakirə olunur və bunun ətrafında razılaşma BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək yolunda addım olacaq. Lavrovun Dağlıq Qarabağ münaqişəsi danışıqlarının mərhələli variantla həlli haqqında bəyanatı danışıqların məhz bu xüsusda olduğunu göstərir. Elə bu səbəbdən Lavrovdan sonra yalan danışan Ermənistan xarici işlər naziri istefa verməlidir. Rusiya xarici işlər nazirinin dedikləri reallığa uyğun gəlmirsə, onda bu, sadəcə Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin tam uğurusuzluğunun göstəricidir, çünki dezinformasiya diversiyası heç vaxt səbəbsiz təşkil olunmur. Əgər Rusiya xarici işlər nazirinin dedikləri reallığa uyğun gəlirsə, onda Ermənistanın milli, dövlət maraqlarının uğurusuzluğu və öz cəmiyyətinə ardıcıl olaraq yalan danışmaqla işimiz var. Hər iki halda xarici işlər naziri istefa verməli və ya tutduğu vəzifədən uzaqlaşdırılmalıdır”. Burada ekspertlər xatırladır ki, Sergey Lavrov son zamanlar Paşinyan administrasiyasını münaqişəni uzatdığı üçün sərt tənqid edir. Hətta Münhen Təhlükəsizlik Konfransında bu yöndə Ermənistan təmsilçilərinə xəbərdarlıq belə edildi. Çünki Moskva qəbul edir ki, Ermənistan münaqişənin həllində səyləri artırmalı və aqressiv siyasətdən əl çəkməlidir. Əks təqdirdə Qafqazda heç də Rusiyanın marağında olmayan proseslər cərəyan edə bilər. Rəsmi Moskva bu mənada münaqişənin mərhələli şəkildə həllinə tərəfdir. Ümumiyyətlə, praktiki nöqteyi-nəzərdən də  münaqişənin mərhələli şəkildə həlli ən məqbul variantdır. Sadəcə, Ermənistanın da bunu qəbul edib konfliktin çözümündə əməli addımlar atması vacibdir. Münaqişənin mərhələli şəkildə dinc yolla həllinin tək variantı isə Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılmasıdır. Erməni politoloq Ayk Martirosyan isə qeyd edir ki, Moskvanın mərhələli həlli qabartmasına Ermənistan müqavimət göstərə bilməyəcək. Martirosyan Rusiyanın Minsk Qrupunun aktiv həmsədrlərindən biri olduğunu xatırladıb:“Aydındır ki, bütün erməni hökumətləri özlərini vassal kimi apardılar və Ermənistanı “böyük qardaş”dan ömürlük asılı vəziyyətə saldılar. Bu da Ermənistana olan marağı və Rusiyanın nəzərində onun dəyərini azaltdı. Bütün bunlar Azərbaycana üstünlük qazandırdı, çünki o, Rusiya ilə dost, amma qarşılıqlı hörmətə malik münasibətlər qurdu. Buna görə də Rusiya Ermənistanın maraqlarını nəzərə almadan məntiqi olaraq Azərbaycana üstünlük verməlidir. İrəvan Qarabağın üzərində tam nəzarət əldə etmək üçün oraya daha çox ordu yerləşdirir. Bu, ərazilərin onun təsiri altından çıxmasına və Moskvanın qucağına atılmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, bu istiqamətdə işlər aparılır. Məhz bunun sayəsində Azərbaycan tərəfi Ermənistan üçün uğurlu diplomatik tələ yaradır. Moskvanın da Bakının yanında yer alması Azərbaycanı istədiyi nəticəyə yaxınlaşdırır”.

Beləliklə, qeyd edilənlər Qarabağ danışıqlarında indi Azərbaycanın daha üstün mövqedə olduğunu bir daha aydın nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ