çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Bakı-Ankara birliyindən İrəvana növbəti zərbə…

Image


İşğalçı Ermənistanın dövlət sərhədində və cəbhəboyu ərazilərdə təxribatlarını davam etdirməsi bu ölkənin Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etməkdə hələ də maraqlı olmadığını bir daha nümayiş entdirir. Təbii ki, bu vəziyyətdə münaqişənin hərbi həll ehtimadı daha da artır. Elə Azərbaycan ordusunun son təlimləri ətrafında hələ də geniş müzakirə aparan erməni tərəfi bunu yeni savaşa hazırlıq kimi qiymətləndirir.

Xatırladaq ki, təlimlər martın ilk ongünlüyündə keçirilib. Ermənistanda hesab edilir ki, bunlar Azərbaycanın aktiv döyüş hazırlığına daha bir işarədir. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, əslində, erməni tərəfinin qorxmasına əsaslar heç də az deyil: “Düzdür, hərbi təlimlər planlı xarakter daşıyırdı, yəni konkret olaraq hərbi təhlükə ehtiva etmirdi. Lakin bunlar silahlı qüvvələrin döyüş qabiliyyətini artırmaq və silahlı qüvvələri yeni səviyyəyə qaldırmaqla yanaşı, rəqibə təsir göstərmək məqsədilə güc nümayişi üçün düşünülüb”. Erməni politoloq Andranik Tevanyan isə bildirir ki, İrəvan döyüş meydanında təkdir və belə vəziyyətdə Bakı ilə Ankaranın daha da yaxınlaşması Ermənistan üçün böyük təhdiddir. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanda bəziləri düşünür ki, aprel döyüşləri daha böyük həcmdə təkrarlanmalıdır: “Çünki Rusiya Qarabağın təhlükəsizliyi sisteminə birbaşa cəlb olunmayıb, bu, zəif halqadır. Qarabağdan fərqli olaraq, Rusiyanın Suriyada nüfuzu var. Deməli, yeni Qarabağ savaşı başlasa, Rusiya prosesə təsir edə bilməyəcək. Bu isə Azərbaycanın lehinə işləyən mühüm amillərdən biridir”.

Digər  rusiyalı hərbi ekspert Aleksandr Xramçixin isə diqqətə çatdırır ki, əslində, Rusiya hətta Ermənistandakı 102-ci baza vasitəsilə İrəvana kömək etmək istəsə belə, bu, yeni Qarabağ savaşında Azərbaycanı durdurmaq iqtidarında deyil:“Həm də nəzərə almaq lazımdır ki, 102-ci baza Ermənistan ordusu ilə bir qruplaşmada birləşməyib, amma onlar arasında sıx koordinasiya var, eləcə də onlar mütəmadi olaraq müştərək təlimlər keçirirlər. Digər tərəfdən, Rusiya hərbi bazasının vəziyyəti geosiyasi xarakter baxımından çox çətindir. Məsələ burasındadır ki, Ermənistan Rusiyadan Moskvaya düşmən olan Gürcüstan vasitəsilə ayrılıb, Azərbaycanla isə onun özünün düşmənçilik münasibətləri var. Bununla belə, Azərbaycan ordusunun potensialı hazırda Ermənistan, 102-ci baza və Qarabağdakı qoşunların ümumi potensialından daha yüksəkdir. Üstəlik, Türkiyə ordusunun Azərbaycanla müttəfiqliyi və Ermənistanla düşmənçiliyi Rusiya-Ermənistan qoşunları üzərində üstünlüyü təmin etməyə kifayət edir. Belə coğrafi təcrid ucbatından müharibə zamanı Rusiya 102-ci baza və erməni ordusunun təchizatını yalnız Xəzər dənizi və İran üzərindən dövrə vurmaqla təmin edəcək ki, bu da çox uzun, bahalı və etibarsız yoldur.

Ona görə də indiki halda 102-ci bazanın hərbi yox, siyasi əhəmiyyəti var. O, Türkiyə ilə sərhəddə yerləşib. O da faktdır ki, Ermənistana müdaxilə edilməzsə, Rusiya Azərbaycanla müharibəyə daxil olmayacaq. Beləliklə, 102-ci baza Ermənistanın özünün mövcudluğunun qarantıdır. Yəni Rusiyaya bu baza geosiyasi ambisiyaların gerçəkləşdirilməsi, Ermənistana isə sağ qalması üçün lazımdır. İrəvan bunu anlayır, ona görə də bu bazanın ərazisində olması üçün ödəniş edir. 102-ci bazanın Ermənistanda uzunmüddətli saxlanması perspektivlərini söyləmək çətindir, amma bir seyi dəqiq demək olar ki, bu bazanın çıxarılması Ermənistan üçün intihar olar”.

Ekspert bu durumda Ermənistanın çətin vəziyyətdə olduğunu söyləyir və Qarabağ münaqişəsinin dinc müstəvidə həllini vacib sayır. Qeyd edir ki, yaranmış vəziyyətdə yeni savaş Ermənistan üçün böyük problemlər yarada bilər. Eyni zamanda indiki geosiyasi şəraitdə Türkiyənin Azərbaycana yardımı və digər müstəvidə atdığı addımları da İrəvan haqsısa formada neytrallaşdıra bilməz. Yeri gəlmişkən qeyd edək ki, əslində, cari ildə Azərbaycan və Türkiyə Ermənistanın qorxusunu artıracaq növbəti addım atmağa hazırlaşır. Bunun ilkin anonslarını  müdafiə naziri, general-polkovnik Zakir Həsənov artıq verib. Belə ki, Zakir Həsənov bu ayın əvvəlində Azərbaycan ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə xidməti müşavirədə çıxışı zamanı Azərbaycanın Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıq alacağını bildirib. Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlığın alınması bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, Türkiyə ordusu son dövrlərdə Suriyanın şimalında, xüsusən də İdlib əyalətində uğurlu əməliyyatlar keçirib. Bu zaman Türkiyənin pilotsuz aparatlardan kütləvi istifadə etməklə endirdiyi zərbələr  indi bütün dünya miqyasında müzakirə olunur. Məhz bu zərbələr Bəşər Əsəd ordusunun idlibdə çoxsaylı zirehli texnika və canlı qüvvə itirməsi ilə nəticələndi. İndi Azərbaycan tərəfi də bu təcrübəni daha geniş şəkildə öyrənib mümkün Qarabağ savaşında tətbiq etməyi düşünür. Qeyd edək ki, bundan əvvəl də Türkiyəyə rəsmi səfəri çərçivəsində Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub. Müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək, hərbi-texniki əməkdaşlıq məsələlərini  müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib. Elə o vaxtdan qardaş ölkənin pilotsuz uçuş aparatları Azərbaycanın diqqət mərkəzindədir. Ekspertlər isə bu fonda xatırladır ki,  Azərbaycan özü də pilotsuz uçan aparatların geniş çeşidi ilə silahlanan, bu aparatları döyüşdə tətbiq edən ilk ölkələrdən biridir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun Qarabağda düşmənə  pilotsuz aparatlar vasitəsilə endirdiyi zərbələr də bunun təsdiqidir. Amma erməniləri indi narahat edən daha bir məqam Azərbaycan ordusunun arsenalını Türkiyənin milli istehsalı olan pilotsuz zərbə təyyarələri və kamikadze-dronları ilə də gücləndirə biləcəyidir. Söhbət ilk olaraq süni intellektlə idarə edilən və avtonom rejimdə yüzlərlə kilometr məsafəyə uçub 1300 kiloqramdan çox faydalı yük daşıyan “Akıncı” dronlarından, radioelektron mübarizə sistemlərinə qarşı dayanıqlı, süni intellektlə idarə edilən kvadrakopter tipli kamikadze-dronları olan  “Anka” və “Kargu”dan gedir. Bu silahların Türkiyə tərəfindən Azərbaycana satılmasında heç bir problem yoxdur. Elə erməniləri də narahat edən məhz bu məqamlardır. Çünki Azərbaycan ordusunun öz arsenalını Türkiyə milli hərbi sənayesinin istehsalı olan pilotsuz döyüş sistemləri ilə genişləndirməsi Qarabağda müharibə zamanı müqayisəolunmaz üstünlük yaradacaq. Həmin silahların alınması ilə bağlı prosesin getdyini isə Zakir Həsənov yuxarıda qeyd olunan açıqlaması ilə bir daha təsdiq etdi. Elə erməni eksperti Vitali Manqasaryan da bundan əvvəl bildirib ki, Qarabağda vəziyyət gərginləşəcəyi təqdirdə Azərbaycan müasir türk hücum dronlarından Ermənistan ordusuna qarşı istifadə edəcək. Bunlar Türkiyənin Suriyadakı rəqiblərini məhv edən pilotsuz təyyarələrdir.

Ümumiyyətlə, Suriyadakı döyüşlərdə bütün dünya gördü ki, Türkiyə dronlardan çox uğurla istifadə edir. Baş verənlər həm də onu təsdiq edir ki, dronların hərbi əməliyyatlarda rolu artmaqdadır. Çünki dronlar nəinki dəqiq zərbələr endirə, hətta bir tondan artıq yük apara bilir. Dronlardan istifadənin daha bir üstünlüyü ondan ibarətdir ki, bu, insan itkisinin də qarşısını alır. Bu mənada, Türkiyənin dronlarla bağlı təcrübəsi Azərbaycan üçün də olduqca önəmlidir. Azərbaycan, yuxarıda qeyd olunduğu kimi, Türkiyə silahlarına, o cümlədən də dronlara maraq göstərir. Bakı baş verənləri diqqətlə izləyir və müvafiq təhlillər aparır. Amma əsas nəticə budur ki, dronlardan istifadə zəruri və faydalıdır. Bu fonda cari ildə gözlənir ki, Azərbaycan Türkiyədən dronların böyük bir partyasını alacaq. Xatırladaq ki, cari ildə hərbi texnikanın alışı məqsədilə Azərbaycan 1 milyard dollar vəsait ayırmağı planlaşdırır. Bu vəsaitin müəyyən hissəsinin məhz dron alışına sərf olunması istsinalıq təşkil etmir. Özü də nəzərə alınmalıdır ki, Azərbaycanın Türkiyədən silah almasında heç bir problem yoxdur. Ermənistana gəlincə, düşmən belə imkanlardan məhrumdur. Ölkənin həm xarici hərbi tərəfdaşları azdır, həm də maliyyə imkanları məhduddur. Məhz bu durumda Azərbaycanın dron məsələsində də düşmən üzərində böyük üstünlük əldə etməsi qaçılmaz sayılır və erməni tərəfi elə bundan getdikcə daha çox narahat olur. Erməni şərhçi Armen Kareyan bu xüsusda bildirir:“Yəqin ki, biz yaxın tezlikdə Azərbaycan ordusunun ixtiyarında Türkiyə istehsalı olan döyüş dronlarını görəcəyik. Bu, Azərbaycan tərəfinə əlavə üstünlüklər qazandıracaq. Bakı bununla hərbi üstünlüyünü daha da artıracaq. Məsələyə Rusiyanın da münasibəti maraqlıdır. Hazırda Qarabağ məsələsi Rusiya-Türkiyə münasibətləri kontekstində Ankaranı çox maraqlandırır, çünki Ankara bunu Rusiya ilə danışıqlar üçün real resurs hesab edir. Belə vəziyyətdə Azərbaycan ordusuna yeni silahlar satmaqla da Ankara mövqeyini gücləndirməyi düşünür”.

Hər halda, baş verənlər ermənilərin ciddi təşviş içində olduğunu aydın nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ