Cümə axşamı günü, 02 iyul 2026
     

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

Image


Dünya təcrübəsi göstərir ki, rəqəmsal inkişaf ölkələrin iqtisadi, sosial və siyasi tərəqqisinin əsas göstəricilərindən biridir. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, təhsilin və səhiyyənin müasirləşdirilməsinə, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradır. Azərbaycan da informasiya cəmiyyətinin qurulması və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar ataraq İKT-ni dövlət siyasətinin prioritet sahələrindən biri kimi müəyyən edib. Bu istiqamətdə qəbul edilən milli strategiyalar və proqramlar ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

Güclü rəqəmsal infrastruktur həm dövlət, həm də özəl sektorun fəaliyyətinin səmərəliliyini artırır

Azərbaycanda rəqəmsal inkişafın əsas istiqamətləri çoxşaxəlidir. Bu fonda xatırladaq ki, iyunun 29-da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Azərbaycanın rəqəmsal inkişaf strategiyasında qarşıdakı üç il üçün prioritet istiqamətlər də müəyyənləşdirilib. Yol xəritəsində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı əsas hədəflər kimi ön planda yer alıb.

"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb, onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Ölkədə rəqəmsal inkişafın əsas istiqamətlərindən biri müasir telekommunikasiya infrastrukturunun yaradılmasıdır. Son illərdə genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi, fiber-optik rabitə xətlərinin çəkilməsi, mobil rabitə xidmətlərinin təkmilləşdirilməsi və yeni nəsil kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Güclü rəqəmsal infrastruktur həm dövlət, həm də özəl sektorun fəaliyyətinin səmərəliliyini artırır, regionlar arasında rəqəmsal fərqlərin azalmasına kömək edir və innovativ xidmətlərin inkişafına şərait yaradır. İKT-nin tətbiq olunduğu əsas sahələrdən biri dövlət idarəçiliyidir. Elektron hökumət xidmətlərinin inkişafı nəticəsində vətəndaşlar və sahibkarlar bir çox dövlət xidmətlərindən onlayn şəkildə istifadə edə bilirlər. Elektron müraciətlər, elektron sənəd dövriyyəsi, rəqəmsal imza və müxtəlif dövlət informasiya sistemləri idarəetmədə operativliyi artırıb, şəffaflığı gücləndirib və bürokratik maneələrin azalmasına şərait yaradıb. Rəqəmsal dövlət idarəçiliyi vətəndaş məmnuniyyətinin yüksəlməsinə və dövlət xidmətlərinin daha əlçatan olmasına mühüm töhfə verir. Elə deputat Pərvanə Vəliyeva da bildirir ki, Azərbaycan üçün rəqəmsal inkişaf sadəcə texniki xarakterli məsələ olmayıb, dövlət idarəetməsinin müasirləşdirilməsi, iqtisadiyyatın diversifikasiyası, milli təhlükəsizliyin gücləndirilməsi və insan kapitalının formalaşdırılmasını özündə birləşdirən hərtərəfli strateji prioritet kimi dəyərləndirilir. Onun sözlərinə görə, cari ilin fevral ayında prezident İlham Əliyevin müvafiq fərmanı əsasında Rəqəmsal İnkişaf Şurasının təsis edilməsi göstərilən strateji məqsədlərin reallaşdırılmasına ciddi impuls verir: “Artıq Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Şura Azərbaycanın regionda rəqəmsal transformasiya və innovasiya sahəsində lider mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir. Dövlət xidmətlərinin bütünlüklə rəqəmsal formata keçirilməsi, xidmət göstərilməsində innovativ yanaşmaların, süni intellektin tətbiqi vasitəsilə vətəndaşlara təqdim olunan xidmətlərin sadələşdirilməsi vətəndaş razılığını yüksəldəcək, vətəndaş-məmur münasibətlərini minimum həddə endirəcəkdir. Bundan əlavə, data suverenliyinin mühafizəsi və süni intellektdən zərərli məqsədlərlə istifadənin qarşısının alınmasına istiqamətlənmiş siyasətin işlənib hazırlanması və icra olunması əsas hədəflərdəndir”. P.Vəliyeva prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın bu istiqamətdə ölkənin strateji yol xəritəsini formalaşdırdığını vurğulayıb: “Bu çərçivədə Azərbaycanda 2025-2028-ci illər üçün “Süni İntellekt Strategiyası”nın qəbul edilməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlət xidmətlərində süni intellektə əsaslanan həllərin reallaşdırılması, virtual köməkçilərin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun qurulması və tənzimləyici sınaq mühitinin yaradılması bu sahədə Azərbaycanın yeni inkişaf pilləsinə keçdiyini nümayiş etdirir. Bütün bu proseslər milli maraqların qorunması və informasiya suverenliyinin təmin olunması prinsipləri üzərində qurulur”.

Rəqəmsal tərəqqi Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini artırır

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi iqtisadiyyatın inkişafında da mühüm rol oynayır. Elektron ticarət, rəqəmsal ödəniş sistemləri, internet bankçılığı, müxtıif elektron xidmətləri və rəqəmsal sahibkarlıq ölkədə yeni biznes modellərinin formalaşmasına səbəb olur. Kiçik və orta sahibkarlıq subyektləri rəqəmsal platformalar vasitəsilə daha geniş bazarlara çıxış əldə edir, məhsul və xidmətlərini beynəlxalq səviyyədə təqdim etmək imkanı qazanırlar. Bu isə qeyri-neft sektorunun inkişafına, məşğulluğun artmasına və ümumi daxili məhsulun yüksəlməsinə müsbət təsir göstərir.

Təhsil sahəsində də rəqəmsal texnologiyaların tətbiqi geniş vüsət alıb. Elektron dərsliklər, distant təhsil platformaları, virtual siniflər və rəqəmsal qiymətləndirmə sistemləri tədris prosesinin keyfiyyətini yüksəldir. İnformasiya texnologiyaları üzrə kadr hazırlığının gücləndirilməsi, proqramlaşdırma və rəqəmsal savadlılıq üzrə tədrisin genişləndirilməsi gələcək əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına xidmət edir. Rəqəmsal təhsil konsepsiyası müasir təhsil sisteminin formalaşdırılmasında mühüm rol oynayır. Deputat Pərvanə Vəliyeva da bildirir ki, rəqəmsal transformasiyanın əhəmiyyətli istiqamətlərindən biri də təhsil sahəsidir: “Gənc nəsildə rəqəmsal bacarıqların formalaşdırılması, tədris prosesində süni intellekt texnologiyalarından istifadə və insan kapitalının möhkəmləndirilməsi gələcəyin rəqabətə davamlı cəmiyyətinin qurulmasına xidmət edir. Digər tərəfdən, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, süni intellektə əsaslanan kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena sahəsində maarifləndirilmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini keyfiyyətcə yeni pilləyə qaldıracaq”. Səhiyyə sahəsində İKT-nin tətbiqi də mühüm əhəmiyyət daşıyır. Elektron tibbi kartlar, onlayn qeydiyyat sistemləri, telemedisina xidmətləri və rəqəmsal diaqnostika üsulları tibbi xidmətlərin keyfiyyətini yüksəldir. Xəstələrin tibbi məlumatlarının elektron bazalarda saxlanılması diaqnozun daha operativ qoyulmasına və müalicə prosesinin səmərəli təşkilinə imkan yaradır. Azərbaycanda texnologiya parklarının, innovasiya mərkəzlərinin və biznes inkubatorlarının yaradılması innovativ ideyaların kommersiyalaşdırılmasına dəstək verir. Gənc sahibkarların rəqəmsal layihələrinin maliyyələşdirilməsi, yeni proqram təminatının hazırlanması və texnoloji həllərin tətbiqi ölkədə yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətin genişlənməsinə səbəb olur. Ümumiyyətlə, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi Azərbaycanın dayanıqlı iqtisadi inkişafının əsas amillərindən biridir. Bunlar fonunda dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində ən mühüm yeniliklərdən biri vahid “mygov” ekosisteminin tətbiqidir. Bu yanaşma xidmətlərin daha sürətli və əlverişli formada təqdim edilməsini mümkün edir. Eyni zamanda, proaktiv dövlət xidmətlərinin genişləndirilməsi nəticəsində bir sıra xidmətlər vətəndaşın əlavə müraciəti tələb olunmadan avtomatik qaydada göstəriləcək. O cümlədən, sürücülük vəsiqəsinin yenilənməsi üçün müraciətin “mygov” platforması vasitəsilə həyata keçirilməsi, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı onlayn qaydada tamamlaya bilməsi, azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin alınması, tərcümə sənədlərinin təsdiqlənməsi kimi çoxsaylı xidmətlərin artıq mygov platforması üzərindən aparıla bilməsi vətəndaşlara operativ və yüksək keyfiyyətli xidmət göstərilməsini və məmnunluğun daha da artmasını təmin edir. Təbii ki, rəqəmsal infrastrukturun gücləndirilməsi, elektron dövlət xidmətlərinin inkişafı, rəqəmsal təhsilin genişləndirilməsi, innovativ sahibkarlığın təşviqi və kibertəhlükəsizliyin təmin edilməsi ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırır. Gələcəkdə bu istiqamətdə həyata keçiriləcək ardıcıl islahatlar Azərbaycanın rəqəmsal iqtisadiyyatının daha da inkişaf etməsinə, qeyri-neft sektorunun genişlənməsinə və vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi-vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

02.07.2026 / 13:25
Rusiya milyarderlərinin sərvəti 4,82 milyard dollar artdı - 6 ayda 5 milyarddan çox itirən də oldu...

02.07.2026 / 13:11
Azərbaycan Ordusunun beynəlxalq əməliyyatlarda iştirakı araşdırılır - Nazir açıqladı....

02.07.2026 / 13:05
Bakıda piyada keçidlərində eskalator və bəzi liftlər yenilənəcək...

02.07.2026 / 12:53
Ukrayna Avropanın “qara kassasına” çevrilir...

02.07.2026 / 12:47
İraq Baş naziri "Əsrin məhkəməsi"nə hazırlaşır

02.07.2026 / 12:43
Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışı oldu - FOTO

02.07.2026 / 12:29
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları

02.07.2026 / 12:23
Ukrayna "Lukoil”un neft emalı zavoduna zərbələr endirdi...

02.07.2026 / 12:08
Rusiya Ukraynada "Flamingo" raketləri üçün hissələr istehsal edən zavodu vurdu...

02.07.2026 / 11:50
Azərbaycan QDTİB-in iclasından yeni maliyyə mənbələrinin cəlbini gözləyir...

02.07.2026 / 11:42
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlandı

02.07.2026 / 11:29
Belçikada Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırıldı

02.07.2026 / 11:10
BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

02.07.2026 / 10:54
İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verildi

02.07.2026 / 10:46
Netanyahu ABŞ-ın yardımından imtina edir – ona ehtiyacımız yoxdur...

02.07.2026 / 10:31
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - FOTO

02.07.2026 / 10:23
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - FOTO

02.07.2026 / 10:20
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi - FOTO

02.07.2026 / 10:18
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO

02.07.2026 / 09:54
Avropa sentyabrdan uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək...

02.07.2026 / 09:52
Kiyevdə qapalı görüş - Zelenski prezidentliyə iddialı Zalujnıdan geri çəkilməsini istədi…

02.07.2026 / 09:37
Rusiya Kiyevdə yaşayış binalarını bombaladı - ölənlər və yaralananların sayı artır…

02.07.2026 / 09:36
Ərəb Əmirlikləri İrəvanda ilk " Zapravkanı" açdı...

02.07.2026 / 09:17
ABŞ B-52 bombardmançılarını Britaniyadan geri çəkdi...

02.07.2026 / 09:09
Bodrumda Kılıçdaroğluna “soyuq duş” - etiraz imza sayı 15 mini keçdi

02.07.2026 / 09:01
Bakıxanovda yanğın - 4 avtomobilə ziyan dəydi...

02.07.2026 / 06:30
Rusiya Yaponiyada Amerika raketlərinə etiraz edəcək - Zaxarova

02.07.2026 / 05:12
Ərbildə partlayışlar - İran əleyhinə kürd qruplarının qərargahına hücum edildi

02.07.2026 / 00:07
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsrin “paslanmış hay silahları”...

01.07.2026 / 23:48
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Avrokomissiya Prezidenti ilə görüşdən görüntülər paylaşılıb

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Lyayen Prezident Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

01.07.2026 / 19:20
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

01.07.2026 / 19:19
Meloni Trampa meydan oxudu - "diz çökməyəcəyəm… icazə verməyəcəyəm”

01.07.2026 / 19:15
Azərbaycandakı yəhudi icmaları Knessetdən "erməni soyqırımı"nı tanımamağı xahiş etdi

01.07.2026 / 19:05
Rusiya Hindistan neftinin ümidinə qaldı...

01.07.2026 / 18:55
Trampdan İranla bağlı yeni açıqlama - "Tehran böyük uğurlar qazandı"

01.07.2026 / 18:53
ABŞ prezidentliyinə qayıtdıqdan sonra Trampın qazancı 1 milyardı keçdi - kriptovalyutadan...

01.07.2026 / 18:39
Avroittifaqın sabiq və hazırkı komissarlarının davası başlayıb...

01.07.2026 / 18:28
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTO

01.07.2026 / 18:11
Rəsmi Bakının Lyayendən konkret umacaqları var - Avrokomissar bunu buraxmasa...

01.07.2026 / 17:43
İsrailin "genosidi siyasi alət etməsi" Paşinyanı çətinə saldı...

01.07.2026 / 17:33
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

01.07.2026 / 17:29
Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

01.07.2026 / 17:07
Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - "...tərəfdaşlığı dərinləşdirmək üçün buradayam"

01.07.2026 / 16:48
Avrokomissiya prezidenti Bakıya gəldi

01.07.2026 / 16:37
Trampın oğulları Qazaxıstan volframında pay aldı, Çin və Rusiya şirkətlərinin arzusu gözündə qaldı

01.07.2026 / 16:22
Respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

01.07.2026 / 16:11
9 mindən çox müəllim işini itirdi...

01.07.2026 / 16:04
Rusiya yanacaq üçün Azərbaycana da üz tutacaq, Moskva möhtac qalıb...

01.07.2026 / 16:01
Polşadan Ukraynaya xəbərdarlıq: “Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz”

01.07.2026 / 15:51
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

01.07.2026 / 15:46
“Ozan Dünyası” Aşıq yaradıcılığının Təbliği İB-də yeni layihəyə start verilib

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ