Ukrayna Prezidenti Volodimir Zelenski 2026-cı ilin payızında keçiriləcək mümkün prezident seçkilərini müzakirə etmək üçün Kiyevdə qapalı görüş keçirib. "Ukrainska Pravda"nın məlumatına görə, görüşə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Londonda səfir vəzifəsində çalışan Valeri Zalujnı da dəvət olunub.
Məlumatda iddia olunur ki, Zelenskinin komandası onu namizədliyini irəli sürməməyə inandırmağa çalışıb. Qeyd edilir ki, Zelenski Zalujnıdan seçki keçirilərsə, namizəd olub-olmayacağını birbaşa soruşub, keçmiş baş komandan "Bəli, namizəd olacağam" cavabını verib.
"Ukrainska Pravda" həmçinin iddia edir ki, görüşdə Zelenskinin 34%, Zalujnın 28% və Kirilo Budanovun 12% dəstəyini göstərən ictimai rəy sorğusu da paylaşılıb.
Ukrayna hökuməti bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV